viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | OVUNDURANI OLSA... Adalet.az | OVUNDURANI OLSA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

OVUNDURANI OLSA...

19663    |   2013-08-24 01:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İçimdə bir qadın yaşar. Ağlamaq istər gecəli-gündüzlü. Xəlvətdə də, aşkarda da, təklikdə də, qələbəlikdə də ağlamaq istər. Bəzən için-için, bəzən hönkür-hönkür. Bacarmaz. Daşa dönüb bədəni də, gözləri də. Sarp qayaları dəlib-deşən damcıların gücü çatmaz onun bəbəklərindən süzülüb axmağa. Geri dönər, içində qalar. Təpədən dırnağa boyaboy yandırar canını. Görən olmaz o yanğının nə alovunu, nə tüstüsünü...
Mən də ağlamağa qoymuram o qadını. Qıymıram. Kimsə sənin göz yaşlarına dəyməz, deyirəm. Kimsəyə görə ağlamıram ki, deyir. Özümçün ağlamaq istəyirəm. Udduğum dərdləri, çəkdiyim əzabları qətrə-qətrə gözlərimdən töküb dincəltmək istəyirəm qəlbimi, ruhumu...
Əvvəllər belə deyildim. Çox inanırdım hər kəsə. Ecazkar, sehrli bir taleyin, dadlı, şirin qismətlərin sorağındaydım. Hər kəsdən sevgi, anlayış umurdu qəlbim. Görməsə də, alışa bilmirdi bunların qıtlığına, bəzən heç olmadığına. Bizə Günəş kimi olmağı, hamıya işıq, hərarət paylamağı öyrədirdilər. Mən də belə olmaq istəyirdim. Hələ bacarırdım da. Bəs, niyə tezliklə buz kəsdi öz qəlbimi?! Sevgilərin tərk etdiyi ürəyi qaynar Günəş də isidə bilməz. Qaralmış könüllərə şüaları çatmaz dünyanı nurlandıranın.
Mən görmüşəm, duymuşam, yaşamışam bunları...
Xoşbəxt görünməyə nə var ki?! Adamları da inandırmaq olar buna. Bəs, özün?! İçəri girib qapını bağlayandan sonra, səni yaraşıqlı, şıq göstərən geyimləri çıxarıb atandan sonra necə? Burda ki, aldadacağın kimsə yox. O saxta təbəssümün də elə qapının ağzında yoxa çıxacaq. Gözlərinin qüssəsi, qaşlarının düyünü kompüter yaddaşı kimi bərpa olunacaq. Yox, əzizim, özüm inanmalıyam həyatımın dolğunluğuna, yuxularımın şirinliyinə, yaşadıqlarımın gerçəkliyinə. Mən xoşbəxtliyi paltar kimi geyinib-soyuna bilmərəm. O mənim üz-gözümdən- gülüşlərimdən, baxışlarımdan tökülməlidi. Kiməsə göstərmək üçün yox, özüm istədiyim kimi lazımdı...
***
Əl çəkmirəm yaxasından. Bütün bacarığımı işə salıb qorumaq istəyirəm. İndi də "adamlar sənin bir damcı göz yaşına da dəyməzlər" deyirəm. Göz yaşlarını sevməz adamlar. Dinləməyi, duymağı, şərik olmağı heç xoşlamazlar. Sən də udmalısan dərdini də, qəhərini, göz yaşlarını da. Aldatmağı sevdikləri kimi, aldanmağı da sevər dörd yanını bürüyənlər. Sən də aldat. Əvvəl özünü, sonra başqalarını. Çətin deyil. Öyrəşəcəksiniz. Sən də, adamlar da...
Adiləşəcək, həqiqət kimi qəbul olunacaq...
Bir də... kədərin qabağında göz yaşı nədir ki?!. Çox azdı, çox gücsüzdü. Ürəyin bir az sərinləyəcək, vəssalam. Gözlərinin qarası gedəcək, rəngin bozaracaq... Kifirləşəcəksən, bir sözlə...
Bu nə acı gülüşdü belə? Ağlasaydın, ondan yaxşıydı. Demək istəyirsən ki, nə mənası var qara bəbəklərimin, gül rəngimin?! Səhv edirsən. Mənası böyükdü. Həm də çox böyük! Qadının hər şeydən gözü doyar, gözəllikdən başqa. Hər itkiyə dözər, hər dərdi, ehtiyacı yenər, acıları udar-gözəlliyini itirsə, özünü tükənmiş bilər...
"Məhəbbətim mənim, kədərim mənim" filminə baxmısanmı?! Görürsənmi, necə böyük və ağır səhvə yol verdi? Gözəlliyini qurban verdiyi bacısı onun sevdiyinə yiyələnəndə isə necə alışıb yandı, düzəlməsi mümkün olmayan qərarına görə necə alovlandı?!.
Gözəlliyin qiyməti budu!.. İtiriləndə verdiyi ağrı-acının qiyməti də elə özü ağırlığındadı...
O bizə əzizlərimizdən də əzizdi...
Bu yerdə razılaşır mənimlə. Ay səni, qadın xisləti... Sən ona gözəlliyindən söz aç, gör necə çiçək kimi açılacaq... Üstəlik, dili də açılır. Gözlərini süzdürüb xatirə də danışır mənə...
- Kəndimizdə gözəl bir qız vardı. Taleyi gətirməmişdi. Mənim ağlım kəsənə qədər onu uzaq bir kəndə, atası yaşında kişiyə ərə vermişdilər. Özünü görməmişdim, amma böyüklərdən tərifini çox eşitmişdim. O qədər tərifləmişdilər ki, oxuduğum nağıl və dastanlardakı, romanlardakı bütün qız-qadınlardan gözəl sanırdım onu...
Axır ki, bir gün gördüm onu. İş yerimə gəlmişdi. Rayonun tanınmış əmək adamlarından sayılırdı o zaman. Eşitdiyim qədər gözəl görmədim onu, amma yenə çoxlarından yaraşıqlı və cazibədar idi...
Həyatımın ən ağır günlərində otağıma gəldi. Mənə xeyli təsəlli verdi. Danışığından hiss olunurdu ki, yaxşı mütaliə sahibidi. Son illər dini kitabları da çox oxuduğu bəlliydi. Söhbət zamanı başımı aşağı dikib fikrə getməyimdən özümün də xəbərim olmayıb. Bir də baxışlarımı qaldıranda diqqətlə mənə baxdığını gördüm. Sonra baxışlarını yayındırıb pəncərədən bayıra baxdı, ağır-ağır, həm də bəlkə təkcə mənim anlaya biləcəyim bir kədərlə dilləndi: "Səndən bir xahişim var. Nə olub-olub, çalış gözəlliyini itirmə..."
Donub qalmışdım. Əgər bunu başqası desəydi, bu qədər təəccüblənməzdim. Eşitdiklərimi elə qadın deyirdi ki, gözəlliyi ona ancaq fəlakətlər, talesizlik, el-obanın tənələrini bağışlamışdı. Dərdindən çoxları dəli-divanə olsa da, qismətinə özünə yaraşan ömür-gün yoldaşı düşməmişdi. Bir təbəssümünə dəyməyənlər ailə, oğul-uşaq sahibi olanda onu minnətlə qoca kişiyə almışdılar...
Belə isə, bu gözəllik deyilən gərəksizi qorumağa dəyərdimi?!
Düşündüklərimi özünə də dedim. Tutuldu, bir qədər susub yenə də əvvəlki inamla dilləndi:
- Dəyər! Ona görə dəyər ki, Tanrı hər bəndəsini gözəl yaratmır. İndi gözəl görünmək üçün çox şeylər edirlər. Adamları da çaşdırırlar. Amma... əsl gözəllik başqa şeydi.
Bir də... Gözəllik elə şeydi ki, onu heç nəynən almaq olmur! İtirdinmi geri qaytarmaq da olmur...
Bu bizim son görüşümüz, son söhbətimiz oldu. Bir-iki il sonra eşitdim ki, rəhmətə gedib...
Tanıdığım qadınların ən gözəlini dünya belə yaşadıb, belə də öldürdü...
Layiq olduğu sevgini vermədən, şirin xəyallar qura-qura, həsrətlə, intizarla o biri dünyaya göndərdi...

***
Danışdığı söhbətdən sifəti işıqlansa da, sözünü bitirən kimi təzədən tutulur, yenə də məni eşitməyəcək hala düşür bu qadın.
Deyir, bezmişəm quruca nəsihətlərdən. Hamı öyrədir, yol göstərir, amma kimsə ovundurmağı bilmir. Bilsə də, bunu eləmək istəmir. Sənin də yenə nə deyəcəyini əzbər bilirəm. Bacarırsan, təzə söz de mənə. İndiyəcən qulaqlarımın eşitmədiyi söz...
İnanım... Təsəlli tapım...
Daha söz tapmıram mən də. "Güclü ol!" kəlməsini də deyə bilmirəm ona. Onsuz da güclüdü. Amma bundan da yorulub. Güclü olmaqdan da bezmişəm, deyir. Nəyimə gərəkdi bu? Güclünü hamı vurmaq istəyir. Tor toxuyur, badalaq vururlar. Adi yaxşılığı da əsirgəyirlər.

Zəif olmaq istəyirəm...
Qadın olmaq istəyirəm...

Kiməsə arxalanmaq, güvənmək, sığınmaq istəyirəm...
Bəlkə onda sevdilər, qorudular məni...
Bu dünyanın çox işləri dolaşıqdı. Ən çox kələfi dolaşan da qadınlardı. Açmasını kimsə bilməz...
Bu üzdən qadın olmaqdan da qorxuram hərdən...
Heç ağlamaq da istəmirəm. Elə bilirlər gözəl görünməkçin, rəhm qazanmaqçın edirəm bunu...
***
Hərdən ekran qarşısında oturanda da qeydlər eləməyi sevirəm. Edama məhkumu sevən qadın haqqında film gedir. Son günlərini yaşayan məhkumla nikaha girmək, Tanrı hüzuruna onun qarısı kimi getmək istəyir...Bilmirəm, qibtə edim, yoxsa, acıyım?! Kifayət qədər cavandı, gözəldi... Bu işdə qazanan təkcə bir neçə gündən sonra gözlərini yumacaq adam olacaq. Gözəl bir qadının sevgisinə inanaraq, surətini gözlərində apararaq öləcək. Bəs, sən?! Qarşıda bütöv bir ömür durur. Qəlbinin, duyğularının gücü çatacaqmı tənhalığın ağırlığını daşımağa?! Ən azından ovunduranın belə olmayacaq...
Özünü aldatmırsan ki?!.
Sənə inanım, yoxsa inanmayım?..
Özüm də bilmirəm...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK