Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | SÖZÜN MƏHƏK DAŞI Adalet.az | SÖZÜN MƏHƏK DAŞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÖZÜN MƏHƏK DAŞI

Cavid Əfəndinin ruhuna salamlar olsun...

88827    |   2013-08-16 00:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, sözə tapındığım, sözə inam və iman gətirdiyim gündən bu yazını bilgisayara diqtə etdiyim ana qədər yazdığım heç bir sözün, heç bir fikrin qarşısında belə tərəddüd, həyəcan, hətta bir az qorxu hissi keçirməmişdim. Çünki o sözləri mən ətrafımda görmüşdüm, yanımda görmüşdüm, ovcumun içində, ürəyimin başında görmüşdüm. Ona görə də gördüyüm kimi də yazırdım. Amma indi yazmağa başladığım və hələ də tərəddüd içərisində ipucunu tapmağa çalışdığım bu mövzu və bütövlükdə varldığımdan süzülüb gələn fikirlər mənim üçün tamam fərqlidir. Çünki bu sözlər təkcə mənim yanımda, ətrafımda, ovcumun içində, ürəyimin başında deyil, həm də bütün varlığımda, bütün mövcudluğumdadı. Bu söz durduğum yerdən ruhumun olduğu yerə qədər bir göy qurşağı kimi uzanıb gedir və mən də onun rəngləri içərisində, onun hikmət və əlvanlığı qoynunda Sözü bir daha yaxından görüb bir daha əlimlə, nəfəsimlə ona toxunuram...
Kiçik bir arayış verim. Xeyli vaxtdır ki, təkrar-təkrar oxuduğum, az qala hər səhifəsinə saatlar sərf etdiyim bu kitabı mənə çox dəyərli dostum, təpədən-dırnağa su kimi dupduru olan, həyatımda təmasından məmnunlq duyduğum, ziyalılığın gözəl bir nümunəsi saydığım Azər Turan bağışlayıb. Azərbaycan ziyalılarının, söz adamlarının gözəl tanıdığı, hər birimizin dostu, ağsaqqalı sayılan bir kişinin ocağında ziyalılığı bütünlüklə ruhuna hopduran Azər qardaşım bu kitabı mənə hədiyyə edəndə bir kəlməni xüsusi vurğuladı:
- Kitab barəsində nəsə yazmaq istəsən, ancaq kitabdan yaz, məndən yox!
Mən ona söz verdim. Ancaq sözümü tuta bilmədim. Çünki Azərin mənə verdiyi bu kitab və bu kitabın araya-ərsəyə gəlməsi böyük bir elm ocağının görə biləcəyi bir işdir. Həmin işi Azər təkbaşına görüb. Gecəsini gündüzünə qatıb, lüğətləri, Hüseyin Cavid ruhunu və şəxsiyyətini gün işığı kimi göstərən nə varsa hamısını yanaşı qoyub və Hüseyin Cavidi olduğu kimi Türkiyə türkcəsində oxuculara təqdim edib. Kitab Cavid Əfəndinin adına və ruhuna layiq bir şəkildə Türkiyədə işıq üzü görüb.
İndi gələk Cavid Əfəndinin Azər Turanın tərcüməsində türk oxucusuna təqdim olunan külliyatına, əsərlərinə. Kitab yerə enməyən səma şairinin barəsində Azər Turanın yazdığı təqdimatla başlayır. Bu həm ön sözdü, həm də bir növ tanıtımdı. Bundan sonra Cavid Əfəndinin "Şeyh Sanan" əsəri oxucunun üzünə açılır. Təbii ki, Cavid sevərlər böyük ustadın əsərləri barəsində kifayət qədər bilgilərə sahibdilər. Ancaq Türkiyə türkcəsində təqdim edilən "Şeyh Sanan"ın bir özəlliyi də var. O da Azər Turanın yorulmadan, böyük əzmkarlıqla hər bir səhifənin sonunda müəyyən anlaşılmayan, daha doğrusu, Türkiyə türkcəsinin bugünkü variantı ilə eynilik təşkil etməyən sözlərin tərcüməsini oxucuya təqdim etməsidir. Bu da "Şeyh Sanan"ı mütaliə edən oxucuya bir növ fərdi şəkildə işıq yandırır və həmin işıqda anlaşılmayan heç nə qalmır.
"Şeyh Sanan"dan sonra "İblis", onun ardınca "Peyğamber", "Topal Timur", "Seyavüş", "Hayyam" dram əsərləri oxucular üçün öz qapısını açır. əsərdən əsrə keçdikcə istər-istəməz o böyük söz əfəndisinin, söz xiridarının əzəməti önündə daxilən böyüməklə yanaşı, həm də bir həyəcan da yaşayırsan. Necə deyərlər, Nİzaminin, Füzulinin göylərə qaldırdığı sözün yanında Cavid sözünü görüb heyrət etməyə bilmirsən. Məhz həmin heyrət səni yenidən Azər Turanın təqdim etdiyi kitaba qaytarır.
Kitabdakı növbəti bölüm Hüseyin Cavidin 1906-1909-cu illərdə İstanbul Darülfünunda oxuduğu illərdə yazdığı şeirlərdən ibarətdir. Hələ orta məktəb illərindən mənə bəlli olan bu şeirlər "Meral", "Afet", "Uçurum" adlanır. Şeirləri də mükəmməl şəkildə təqdim edən Azər Turan növbəti bölümdə də şairin bir-birindən maraqlı otuz şeirini kitaba daxil edibdi. Həmin şeirlərin də bir çoxunu Azərbaycan oxucusu demək olar ki, tanıyır və hətta bəzilərini əzəbər də bilirik. Kitabın son bölümü şairin "Azer" poemasından ayrı-ayrı parçaların tərcüməsi ilə öz rəngarəngliyini, Cavid Əfəndi yaradıcılığını açıb göstərmək gücünü bir növ sərgiləyir. Burada təqdim olunan "Müharibə və ədəbiyyat" məqaləsi əslində Hüseyin Cavidin bir publisist, bir ədəbiyyatşünas, bir ictimai-siyasi xadim kimi də türk oxucusuna tanıtmaq baxımından çox önəm daşıyır. Zənnimcə, Cavid Əfəndinin həmin məqaləsini bu kitabda oxuculara təqdim edən Azər Turan Hüseyin Cavidi təkcə şair kimi yox, həm də bütöv bir şəxsiyyət kimi türk oxucusuna tanıtmaq istəyinə qovuşa bilib. Artıq hər kəs Hüseyin Cavidi söz səltənətinin sahibi olmaqla yanaşı, həm də sözə və siyasi mühitə nüfuz etmək iqtidarına tam sahib olduğunu da açıq şəkildə görə bilir. Kitabın sonunda təqdim edilmiş fotolar Hüseyin Cavid yaradıcılığının tamaşaçılara sevdirən böyük aktyorlarımız, həmçinin Hüseyin Cavidin nəşinin Azərbaycana gətirilməsi mərasimi böyük Cavidin yardigarı Turan Cavidlə mərhum Heydər Əliyevin Cavid Muzeyinin açılışındakı görüşü, bir sözlə, böyük bir tarix göz önündə vərəqlənir.
Və sonda Hüseyin Cavidin aftobioqrafiyasının yığcam təqdimatı isə o böyük şəxsiyyətin əsərlərinin fonunda ucaldılan abidəsinə bənzəyir.
Mən bu kitabı sevə-sevə mütaliə edərkən onu da öyrəndim ki, Cavid Əfəndinin əsərlərinin Türkiyə türkcəsində işıq üzü görməsində Prezident Adminstrasiyası İctima-Siyasi Şöbəsinin müdiri hörmətli Əli Həsənovun böyük dəstəyi olub. Təbii ki, belə bir kitaba dəstək vermək, Cavidi türk dünyasına olduğu kimi çatdırmaqda mühüm rol oynayır. Mən bir oxucu kimi Əli müəllimə bu xidmətinə görə öz təşəkkürümü bildirirəm. O ki, qaldı Azər Turana...
Bəli, Azər müəllim onun barəsində yazmamağımı desə də, mən bir kəlmə yazmaqdan özümü saxlaya bilmirəm:
- Çox sağ ol, Azər Turan! Sağ ol ki, Hüseyin Cavid böyüklüyünün türk dünyasında yenidən bir abidə kimi ucaltdın. Türkiyəyə, yəni bugünkü türk dünyasına dünənin, bugünün və sabahın Hüseyin Cavidini təkrar qaytardın. Qatardın ki, biz sevdiyimiz kimi, biz tanıdığımız kimi onlar da tanıyıb sevsinlər.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK