QAN DAVASI...

FAİQ QİSMƏTOĞLU
35536 | 2012-11-27 23:44
...Kənddəaləm bir-birinə dəymişdi. İş elə səviyyəyə çatmışdı ki, bu ağır hadisədən heçkim baş aça bilmirdi və heç kimin də ağlına gəlməzdi ki, Əhməd bir gecə gedibqonşusu Əlini dəhrə ilə qətlə yetirəcək. Heç Əlinin də ağlına gəlməzdi ki,əlinə dəhrə alan qonşusu onun həyətinə gələcək, qapıya çağıracaq, sonra da birsöz demədən dəhrə ilə onun başını kəsəcəkdi...

Qanlıhadisə baş verəndən sonra iki nəsilarasında ədavət yarandı. Əlinin qohumları ipə-sapa yatmır, tezliklə qisas almaqüçün onların evinə hücum çəkmək istəyirdi. Gecə saat 3 olmasına baxmayaraq,kənddə çoxları bu hadisəyə görə, yuxudan oyanmışdı. Yuxudan oyanmayanlar dasəhərin gözü açılanda bu bəd xəbəri eşitmişdilər...

Güllü arvadsəhər açılanda heyvanları naxıra apararkən qabağına kim çıxırdısa, bu qanlıhadisəni danışırdı:

- Allahevini yıxsın, mərdimazarın! Zalım oğlu, gecə vaxtı gedib camaatın qapısına,orda da Əlinin başını dəhrə ilə kəsib.

Bu sözlərideyəndən sonra Güllü arvad daha da əsəbiləşir və özünü idarə edə bilmirdi.Səhər-səhər heyvanları naxıra aparan adamların çoxu yerində quruyub qalmışdı.Çoxları bu xəbəri eşitsə də, amma ona inanmaq istəmirdi. Çünki çoxdan idi bukənddə belə qanlı hadisə baş verməmişdi. Üstəlik də bu cür hadisənin nədən ötrübaş verdiyini heç kim anlaya bilmirdi. Onu da anlaya bilmirdilər ki, ƏhmədləƏlinin şərikli görəsən nəyi var imiş?! Amma Əhmədlə Əlinin şərikli heç nəyiyoxuydu. Heç aralarında dava da olmamışdı. Hərdənbir sözləri də çəp gələndədavasız-filansız çıxıb gedərdilər.

... Nədənsəaxırıncı dəfə həm Əhməd, həm də Əli tərslik eləmişdi. Birinin sözü o birisininboğazından keçməmişdi. Elə boğazda ilişib qalan söz də axırda qan davası iləqutarmışdı. Söz də belə olmuşdu ki, Əli Əhmədə demişdi ki, sən arvad hesabınadolanan kişisən. Evə qayıdandan sonra Əhməd bir neçə saat bu sözü beynindəfırlatmışdı və axırda da qənaətə gəlmişdi ki, mütləq bu təhqiri qanlayumalıdır.

Evdəkiləryatandan sonra o ayağa qalxmış, dəhrəni götürmüş və onu bir daha bülövləmöhkəm-möhkəm itiləmişdi. Sanki adam öldürməyə deyil, qalın və hündür bir ağacıkəsməyə gedirdi...

...Evdən dəçıxanda heç kimə bir söz deməmişdi. Evdəkilər hiss eləməmişdi ki, Əhmədharasa gedir. Əgər hiss eləsəydi atası Maşallah kişi heç vaxt onu evdən çıxmağaqoymaz və evdən çıxmaq istəsə də, dava üçün getsə də, onun ağzının üstündənmöhkəm bir şillə ilişdirərdi. Çünki Maşallah kişi ağayana bir adam idi və heçvaxt da istəməzdi ki, qonşusu ilə belə bir qan düşmənçiliyi olsun. Əhməd evdən çıxanda Maşallah kişi də, arvadı da,uşaqlar da yatmışdı...

...Qanlı hadisəni törədən Əhməd heç evə də getməmişdi.Bilirdi ki, evə getsə, həmin dəhrə ilə atası Maşallah kişi onu tikə-tikədoğrayacaqdı. Hər şeyi yaxşı bildiyi üçün Əlini öldürəndən sonra üz tutdu milisşöbəsinə. Gecə yarısı milisin növbətçisi onu əliqanlı və dəhrəli görəndəyerindən dik qalxdı:

- Allahevini yıxsın, gecənin bu vaxtı nə zibil qaynatmısan?

Əhməd:

- Adamöldürmüşəm, ona görə də özüm milisə gəlmişəm...

Növbətçi:

- Özüngəlmisənsə, yaxşı eləmisən!..

Növbətçimilis nəfəri hadisə ilə bağlı rəisə və prokurora məlumat verdi. Sonra datelefonun dəstəyini yerinə qoyub Əhmədi aparıb saldı «kpezeyə». Bundan sonravəziyyət daha da qəlizləşdi...

Həmin axşamhadisədən xəbər tutan milis tez bir zamanda Əhmədgilin evini əhatəyə aldı. Çünki xəbərçatdırmışdılar ki, Əlinin qohumları onların evini elə gecəykən yandırmaq vəevdəkiləri bir-bir qətlə yetirmək istəyirlər...

Prokuror,milis rəisi və eləcə də digər hüquq-mühafizə orqanlarının əməkdaşları Əligilinhəyətində istintaq hərəkətləri aparırdılar. Meyitin şəkli çəkilir, hadisə yeriisə müayinə olunurdu. Cinayət aləti kimi Əhməddən dəhrə də alındı. Bütünsübutlar bir yerə yığılırdı. Meyiti müayinə eləyən ekspert isə ölümün səbəbiniaraşdırmaq üçün dəlillər toplayırdı.

... Hamıçətin vəziyyətdə qalmışdı. Qandavasının qarşısını almaqda milis də çətinlikçəkirdi. Dəliqanlı cavanlardan biri əlində balta Əhmədgilin evinə hücum çəkdi.Başqa bir cavansa, əlindəki benzini həyətə sarı atıb, kibritlə çəpərə od vurmaqistədi. Bir göz qırpımında o, kibriti yandırıb çəpərə sarı tulladı.Xoşbəxtlikdən yaxınlıqdakı milis nəfəri cəld tərpənib od tutmaq istəyən yeri söndürdü.Digər bir milis nəfəri isə əlində balta Əhmədgilin evinə hücum çəkəndəliqanlını sakitləşdirdi.

... Aradan15 gün vaxt ötmüşdü. Camaat elə fikirləşirdi ki, artıq hər şey sakitlikləqurtardı və daha ölüm-itim, qandavası olmayacaq. Amma hər axşam Əhmədgilinevinə hücumlar olurdu. Bu hücumun da qarşısını bəzən milislər ala bilirdi,bəzən də aciz qalırdılar və onun qarşısını kəsə bilmirdilər. Artıq Əhmədgilinevinin damında salamat yer qalmamışdı. Atılan daşlar nəticəsində evin şiferidəlmə-deşik olmuşdu. Üstəlik də onların evindən bir insan belə bayıra çıxabilmirdi. Çünki Əligilin adamları demişdilər ki, onların hansı birini görsə,başını kəsəcəyik. Ona görə də bir kimsə risq edib bir neçə gün evdən çöləçıxmadı.

Kəndinağsaqqalları bir yerə yığışdı. Fikirləşdilər ki, hələ bu xəmir çox su aparacaq.Hələ Əligilin qohumlarının hirsi soyumayıb. Hələ Əlinin qardaşları cilov-buxovgəmirir və fürsət gözləyir ki, haçansa hücum edib heç olmasa, onlardan biriniöldürsünlər və hirsləri bir az soyusun. Kəndin ağsaqqalı Seyidəli kişi adamlarıbir yerə yığdı. Daha doğrusu, sözü keçən ağsaqqallar bir yerə toplaşdı.Seyidəli kişi elə bir müqəddəs ocağın adamı idi ki, o hara gedirdisə, kiminqapısına üz tuturdusa, onunla razılaşır və deyilən kimi hərəkət edirdilər. Dəfələrləkənddə belə hadisə olmasa da, bundan yüngül davalar zamanı o kişi qapıya getmişvə iki tərəfi bir-biri ilə barışdırmışdı. Yəni qanı qanla yox, su ilə yumuşdu.

Yaxşıbilirdilər ki, Seyidəli kişinin getdiyi qapıda həmişə onu eşidiblər. Elə birneçə gün də bundan əvvəl Əhmədin atası MaşallahSeyidəli kişiyə yalvarıb-yaxarmışdı ki, Seyid, cəddinə qurban olum,ölmüşük, bizi yerdən götür. Sən bu məsələyə qol qoymasan bu qandavası uzunçəkəcək. Mən də özümdən yox, iki oğlumdan qorxuram. Qorxuram ki, həmin adamlaroğlumun birini qətlə yetirər.

Seyidəlikişi diqqətlə Maşallahı dinlədi və sonra da dedi:

- Bizimkənddə belə hadisə heç vaxt olmayıb. Günah sənin oğlundadı. Adam da bir sözəgörə, gedib başqasını amansızcasına qətlə yetirər?! Axı siz gor qonşususunuz.Həmişə də xeyir-şəriniz bir yerdə olub.Gərək oğlun «lənət şeytana» - deyib bu yoldan dönəydi.

Maşallahkişi:

- Düz deyirsiniz, Seyid, cəddinə qurbanolum! Bütün günahlar mənim o boynu qırılmış Əhmədimdədir. Tərslikdə zalım oğlu,dayısına çəkib. Kimin ağlına gələrdi ki, bir sözə görə gedib camaatın balasınıöldürə. Mən indi Əlinin atası Aşır kişinin dərdini başa düşürəm. Heç üzüm dəyoxdur ki, onun qapısına gedim. Amma gərək bu qandavası uzun sürməyə.

Söhbətəqulaq asan ağsaqqallardan biri yandırdığı popirosu yandıraraq ağzına qoyub birneçə qullab vurdu. Sonra da yavaşdandedi:

- Maşallahkişi, iş-işdən keçəndən sonra həmişə yadınıza ağsaqqallar düşür. Amma başqavaxt bir dəfə demirsiniz ki, balam, bu kəndin ağsaqqalları ölüb, ya qalıb?!

Maşallahkişi hiss elədi ki, yaşlı adamlardan biri onun boynuna minnət qoymaq istəyir.Ona görə də dilləndi:

- Bütüncamaat yaxşı bilir ki, mən necə adam olmuşam. İndiyə qədər bir adamın toyuğunakiş deməmişəm, bir adamın qəlbini qırmamışam. İşdir də, başımıza gəlib. Kimbilir ki, bir neçə saatdan sonra onun başına nələr gələcək?!

Seyidəlikişi Maşallahın sözünü kəsdi.

-Bir-birinizlə söz güləşdirməyin. Hamı yaxşı bilir ki, bu ağır bir işdi. Ammaağsaqqalın da əsas borcu odur ki, qandavasını yatırsın və arada barışıqyaratsın. Maşallah kişi, sizin də günahınız çoxdur. Gərək rəhmətlik Əlinin dəfngünü o qapıya gedərdiniz. Qoy sizi söyərdilər, döyərdilər, bax bundan sonrarəhmətə gedənin adamlarının ürəyi bir az soyuyardı...

Maşallahkişi:

- Seyid, cəddinə qurban olum, onlarbizə xəbər göndərmişdilər ki, bzim evdən kim ora getsə, tikə-tikədoğrayacaqlar. Bu sözdən sonra kim ürək edib o qapıya gedərdi...

Seyidəlikişi:

- Hərhalda, bizim borcumuz kənddə baş verən bu ağır qandavasını soyutmaqdır.

O bu sözləri deyib, yanındakı ağsaqqallarabaxdı. Sonra da əlavə etdi ki, kəndin 5 ağsaqqalı rəhmətlik Əlinin 40-ı günüMaşallah kişini də götürüb onların qapısına getsinlər. Seyidəli kişinin bufikri ilə digər ağsaqqallar da razılaşdılar. 40-dan bir gen qabaq yas sahibi Aşırkişiyə Seyidəli kişi sifariş göndərdi ki, sabah sizin qapınızda olacayıq. Aşırkişi də ağıllı adam idi. Bilirdi ki, Seyidəli kişi elə-belə sifariş göndərməzvə qapıya da elə-belə gəlməz. O, qapıya gəlirsə, deməli nəsə barışıq üçün addımatır.

Aşır kişionların gəlişi ilə bağlı qohum-əqrəbasına məlumat verdi. Onun da ağsaqqallarıdedi ki, əgər Seyidəli kişi həmin adamı bizim qapıya gətirirsə, artıq-əskikhərəkər eləmək olmaz. Artıq-əskik hərəkət eləyərik, onun qəlbini qaraldarıq.Seyidin qəlbini qaraltmaq isə yaxşı deyil...

Əlinin 40-ıgünü Seyidəli kişi, ağsaqqallar və bir də Maşallahın qohumları yas yerinəgəldilər. Onları görəndə rəhmətə gedənin cavan qohumları yenidən cilov-buxovgəmirdilər. Amma elə ki. gözləri öz ağsaqqallarına və Seyidəli kişiyə sataşdı, zəhimli baxışları gördülər vəhəmin an da sakitləşdilər. Məclisiaparan molla gözəl bir ifadə işlətdi. Dedi ki, bizim eldə həmişə qanı qanlayox, qanı su ilə yuyublar. Elə bu sözlər də söhbət üçün bir körpü yaratdı.Sonra Seyidəli kişi üzünü Aşır kişiyə tutub dedi:

- Bilirəm,dərdin böyükdür. Amma dərdi verən Allah, səbri də verir. Maşallah kişi deyirki, oğlumun birini gətirim, qoy Aşır kişi onun başını kəssin və ürəyisoyusun...

Aşır kişi:

- Ay Seyid,məgər Maşallahın oğlunun başını kəsməklə mənim oğlum Əli diriləcək?! Əlbəttədirilməyəcək. Bu dərd qəbrə qədər bizim ürəyimizdə qalacaq. Mən demirəm ki,gedək bu dəqiqə Maşallahın oğlanlarını öldürək. Mən deyirəm ki, bizim günahımıznə idi. Maşallahın oğlu Əlinin başını kəsdi?!

Seyidəli:

- Əlinin heçbir günahı yoxuydu. Allah onun o dünyasını versin. Amma bizim eldə belə biradət var: qapıya gələn ağsaqqallar heç vaxt naümid geri qayıtmır. Biz dəistəyirik ki, sizin aranızdakı qandavası götürülsün...

Aşır kişi:

- Düzdür,hirsli vaxtımızda bizim dəli-qanlı uşaqlar nəsə bir şey eləyə bilərdilər,əllərindən xəta çıxardı, amma indi hər şey dəyişib. Bizim bir tələbimiz var:Maşallahla qandavası eləməyəcəyik. Amma gərək onlar bu kənddən çıxıb getsinlər.

Aşır kişibu sözü deyəndən sonra elə bil ki. qurbağa gölünə daş atdılar. Bir adamdan səsçıxmadı. Handan-hana Seyidəli kişi dilləndi:

- Əgər bunuistəyirsinizsə, onu da eləyərik. Təki aradakı kin-küdurət yaddan çıxsın...

Yasməclisində heç kəs Maşallaha və onun adamlarına pis gözlə baxmadı. Hadisədəniki ay sonra isə Maşallah kişi və ailəsi kənddən köçüb getdi. Bu qətldən 40 ilötdü... Onların arasındakı qandavası ağsaqqalar tərəfindən vaxtında söndürüldü.İndi də söhbət düşəndə deyirlər ki, əgər kənddə Seyidəli kişi olmasaydı, həminqandavasında nə qədər adam ölmüşdü. Ağsaqqalı olan kənd isə həmişə belədavalardan sakitliklə çıxır...

FAİQQİSMƏTOĞLU

[email protected]


TƏQVİM / ARXİV