hacklink Adalet.az | QURULTAYLARIMIZIN MESAJLARI Adalet.az | QURULTAYLARIMIZIN MESAJLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QURULTAYLARIMIZIN MESAJLARI

23694    |   2012-11-30 23:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü məqaləmdə tariximizin saralmış səhifələrinə üz tutub ən qədim vaxtlarda qurultaylarımız necə keçirilirdi və bizlərdəki demokratiya anlayışı eradan qabaqkı illərdə necə idi ona toxunmaq istəyirəm. Bunun da səbəbi var. Bu gün, əslində əsrlərdir imperiya siyasəti güdən və dünyanın ən vəhşi dövlətləri olan imperialistlər öz gözlərindəki tiri görməyib bizim gözümüzdəki qılı seçmək cəhdinə yönəliblər. Bizi ittiham edirlər ki, «Sizlər demokratik deyilsiniz və sizin həyata keçirdiyiniz dövlət siyasəti demokratiya ilə uyğunlaşmır, sizlər insan hüquqlarını tapdalayırsınız!..» və s. Mənə görə işin ən qəribə tərəfi budur ki, Türk dünyasından hərhansı bir dövlət adamı və ya siyasət xadimi ayağa durub onların gözünün içinə baxa-baxa demir ki, «Biz müasir demokratiyanı eradan qabaqkı min illərdə həyata keçirəndə sizlər hələ icma olmamışdınız və mağaralarda yaşayan vəhşi heyvanlar kimi ibtidai bir həyat sürürdünüz. Sizlər nəinki eradan qabaqkı illərdə, hətta orta əsrlərdə belə vəhşi bir həyat tərzini davam etdirir, bir-birinizin qanını içir, başınızda dayanan rəhbərlər hər cürə rəzilliyi həyata keçirirdi. Məsələn, Avropada bir qızla oğlan evlənmək istədikdə, gəlinqız ilk öncə dərəbəyin qoynuna girməliydi, sonra həyat yoldaşı kimi seçdiyi gənclə evlənməliydi. Sizlər bu cür rəzil bir anlayışa və gələnəyə sahibdiniz. Kəndçinin, rəiyyətin, xalqın ictimai həyatda heç bir ixtiyarı yoxdur, hər şey dərəbəyin dodaqlarının arasından töküləcək sözə bənddir, siz vəhşi idiniz, bu gün durub bizə demokratiya dərsi keçə bilməzsiniz!..».

Buna görə də istəyirəm ki, eradan qabaqkı illərdə, məsələn, Oğuz Xaqan dövründə dövlət idarəsində nələrə fikir verilirdi, insana nə cür yanaşılırdı, bizim dövlətçilik anlıyışımız necə idi, ona toxunum.

Oğuz Xaqan, yəni Metə, Hun dövlətini imperiya səviyyəsinə qaldırmış və Türk dövlət gələnəyinin min illər əvvəl bünövrəsini qoymuş bir şəxsiyyətdir. Onun idari, hərbi, təşkilati, daxili və xarici siyasəti, hərbi texnikası, yaratdığı ordusu, dini anlayışı və xalqına aşıladığı insansevərlik Türk tarixində zəbt olunmuşdur. Üstəlik onunla və dövrü ilə bağlı ən dolğun məlumatlar isə, o çağlardan bəri Türkə düşmən gözüylə baxan çinlilər tərəfindən «Şi-ci» adlı səlnamələrdə qeyd olunmuşdur. Oğuz bizim əfsanəvə huviyyət qazanmış ulu bir babamızdır.

Oğuz zamanında xalqın əksəriyyəti heyvandarlıqla məşğuldu və kənd təsərrüfatı ilə məşğul olanlar həddən artıq azdır. Dövlət iqtisadiyyatının özülü isə ilxıçılıq üstündə yüksəlirdi. O dövrdə Çində isə torpağa bağlı quldarlıq sistemi vardı, ancaq Hunlarda bu sistemin nəfəsi də çəkilmirdi. Bunu da qeyd etməliyəm ki, bizdə tarix boyu quldarlıq sistemi olmayıb. Məsələn, tarixin müəyyən vaxtlarında Azərbaycanda yaranan quldarlıq sistemi ruslar tərəfindən bir dövlət siyasəti kimi onların adına özlərinin seçdiyi müəyyən şəxslər tərəfindən həyata keçirilmişdir. Hunlarda, eynilə Çində olduğu kimi tayfa aristokratiyası yoxdur. Xalqın arasında nüfuzu olanlar ağıllı, düzlüyü ilə seçilən və bilikli şəxsiyyətlərlə, idarəçilik istedadı yüksək olan şəxslərdi. Hər bir kəs dövlət sistemi daxilində və törə adlanan qanunlar qarşısında müsavi idi, rəiyyətə ayrı, idarəçilərə ayrı cür qanun tətbiq oluna bilməzdi. Xaqan ilə adi bir vətəndaş arasında var-dövlət yönündən uçurum yoxdur və hər ikisi qanun qarşısında bərabərdir. Buna misal kimi Dədə Qorqudda Qazan Xanın hər il evini yağmalatmasını nümunə kimi göstərə bilərik. Kişi-qadın fərqi qoyulmazdı. Qadınlar ailədə olduğu kimi dövlət idarəsində də söz sahibi idi. Qurultaylarda qadınların adına iştirak edən nümayəndə, lazım gələrsə ayağa durub xaqanı müəyyən siyasətlərinə görə tənqid oxlarının hədəfinə çevirə bilərdi. Buna görə də onun üçün hərhansı qorxu və hürkü yoxdu. Xalq, qanqohumluğu ilə bir-birinə bağlı, dissiplinli və daim hərbə hazır vəziyyətdə yaşayırdı. Bu dissiplin xüsusilə Oğuz tərəfindən ordunun tənzimindən sonra mərhələli olaraq mərkəzdən idarə edilən hərbi təşkilat vəsfini qazanmışdı və Hun dövlətinin əsil qurğusunu təşkil edirdi. Bir sözlə, Hun dövləti mərkəziyyətçiydi. Müasir dövrümüzə nəzər salsaq Türkiyə Cümhuriyyətinin də, digər Türk cümhuriyyətlərinin də həmin mərkəziyyətçi bir xarakterə malik olduğunu görərik.

Oğuz zamanında tayfaçılıq anlayışı aradan götürülmüş, dövlətə milli və kütləvi bir sosial qurğu anlayışı qazandırılmışdır. Həmin anlayış bu gün də bütün Türk tayfalarında mövcuddur.

Oğuz zamanında ildə üç dəfə qurultay yığışardı. Qurultayların hamısında müxtəlif dövlət məsələləri və kütlənin problemləri müzakirə edilərdi. Bir sözlə, qurultaylar bugünkü milli məclislərin ilkin variantları idi. Qurultayda hamı öz fikrini söyləməkdə azaddır, ancaq axır söz əlbəttə dövlət rəhbəri olan Oğuzundu, yəni xaqanındı. Bu gələnək ondan sonrakı yüzillərdə də davam etdirilmişdir. Oğuz vaxtından qalma bir atalar sözümüz vardır: «Gen libas geyindikdə cırılmaz, məşvərətlə inkişaf edən bilik və təcrübə isə mənfi nəticə verməz».

Axırıncı səmavi din olan İslamın ulu peyğəmbəri Hz. Məhəmməd deyirdi ki; «məşvərət edin, bir işi görməmiş bir-birinizin fikrinə qulaq asın». Bu ideya, əsrlərlə əvvəl Hun dövründə həyata keçirilirdi. Bu nümunənin özü də, Türklərin hələ İslam dini gəlməmiş İslam dininin qaydalarını nə cür həyata keçirdiyini sübut edir.

Hun dövründəki qurultayların ilki yanvar ayında və Oğuzun çadırında təşkil edilirdi. Buna kiçik qurultay deyilirdi. İkinci qurultay isə may ayında təşkil edilirdi. Bu, sədaqət qurultayı kimi də adlanırdı. Dövlətin qabaqda gedənləri, boy bəyləri və Hun imperiyasına tabe olan vassal krallar və bəylər də bu qurultayda iştirak edirdi. İştirak etməyənlər öz müstəqilliyini elan etmiş və ya dövlətə qarşı üsyan etmiş qəbul edilirdi. Bunun mənası da düşmən elan edilməkdi. Bu qurultayda iştirak edənlər Hun dövlətinə və Oğuz Xana sədaqət andı içirdi. İmperiyaya tabe olanlarla, əvvəlcə qol çəkilən sazişlər həmin qurultaylarda yenilənirdi.

Qurultayların üçüncüsü isə payızda təşkil olunurdu. Bu qurultayda dövlətin malı- mənbəyi, xalqın sayılması və onlara nəzarət işləri qaydaya salınırdı. Buna, sayım qurultayı da deyilirdi və sentyabr ayında təşkil olunurdu. Bu aylar isə atların ən kök vaxtı, işlərin qurtardığı və gənclərin hərbi təlimə başlayacaqları aydı.

Buna da işarə etməliyəm ki, bu qurultaylar həddən artıq sakitlik içində aparılırdı. Kiçik qurultay Oğuzun çadırında, digər ikisi isə eşikdə təşkil olunurdu. Birincidə xalqın və dövlətin nümayəndələri, digərlərində isə bütövlükdə xalq da iştirak edirdi. Hər bir şəxsin və ailənin yeri əvvəlcədən müəyyən edilirdi. Bu cür yer tutma anlayışının «Kitabı-Dədə Qorqudda» da eynilə həyata keçirildiyinin şahidi oluruq. Tərs Uzamışın, aşuna-aşuna ocaq başına çıxan Uşun Qoca oğluna, «Ehey Uşun Qoca oğlu, sən başmı kəsdin, qanmı tökdün, acmı doyurdun hamını basa-basa başa keçirsən, bu bəylərin hamısı öz yerlərini qılınclarıyla alıblar» şəklində müraciəti hamımıza məlumdur. Heç kəs bir digərinə məxsus yerdə əyləşə bilməzdi. Hər şey nizam-intizam daxilində yeriyərdi. Xalqın tamamının və hətta uşaqların da iştirak etməsinə baxmayaraq qurultayda milçək uçsa səsi eşidilərdi. Orada nitq irad edənlərin və ozanların səsini hamı eşidərdi. Bu da Hun dövlətinin nə dərəcədə nəhəng bir törəyə və əxlaqi səciyyəyə malik olduğunu sübut edir. Sonra bu qurultaylarda ox atma, güləşmə, cıdıra çıxma müsabiqələri də təşkil olunurdu. Müsabiqələrdə uğur qazananlar Oğuz tərəfindən mükafatlandırılırdı. Bu anlayış və gələnək, hərbi sahədə ən üstün səviyyəyə çata bilmək, ən üstün ola bilmək fikrini hamıya aşılayır və kütlənin inkişafında aparıcı rol aynayırdı.

Oğuz zamanında törələr, dövlətin rəsmi qanunları kimi xalqın fikrində və ürəyində öz yerini tapmışdı. Şəxsi kin və küdurət bəsləmək, özgəsindən qisas almaq, oğurluq qəti qadağandı, buna uymayanlar o saat edam edilirdi. Yüngül cinayət işləyənlərin üzü qılınc və ya xəncərlə yazılırdı. Bu yara izi isə, o şəxsin işlədiyi cinayətdən asılı olaraq cəza gördüğünü hamıya carlamış olurdu. ən başlıcası isə cinayət işləyənlər uzaqbaşı on gün ərzində hakim hüzuruna çıxarılır və məhkəmə qurulurdu. Bir sözlə, ədalət ən tez vaxtda təcəlli edirdi. «Gec təcəlli edən ədalət, ədəlat deyildir» anlayışı tarix boyu Türk dövlətlərinin hüquqi meyarına çevrilmişdi və onun özülü də Oğuz xaqan dövründə qoyulubdur.

Hunlarda dövlət 24 bəylikdən ibarətdir və hər bir bəyliyin başında bir boy bəyi vardı. Boy bəyləri eyni zamanda bəyliyin hərbi komandiriydi.

Ordu, yuxarıdan aşağıya sarı xaqan, sağ və sol şahzadələri, boy bəyləri, tümən bəyləri, minbaşılar, yüzbaşılar və onbaşılar şəklində təşkilatlandırılmışdı.

Hunlar vaxtında dövlətə tabe olan Türk boyları: Hukutlar (bunlar daha sonra Uyğur adıyla yad ediləcəklər və Uyğur dövlətini yaradacaqlar), Ting linglər, Karluklar, Yüəçilər, Vusunlar və Kanqlılardı.

Oğuz Xaqanın bir digər xüsusiyyəti isə özü ilə bəyləri və xalqı arasında hərhansı sərhəd yaratmamasıdır. O da xalqı kimi çadırda yaşayırdı. İnsanların sağlamlığına və xoşbəxt yaşamağına xüsusi fikir verirdi. Qonşuluqda olan Çində olduğu kimi özünə saraylar, qəsrlər tikdirməmişdi. Yalnızca çadırının qabağında yellənən xaqanlıq bayrağı ilə keşikçilər onun çadırını digərlərindən fərqləndirirdi. Oğuzla sıravi vətəndaş arasında var-dövlət yönündən hərhansı fərq yoxdur. Hunlar vaxtında da, Göytürklər vaxtında da xaqanla adi vətəndaş arasında ifrat zənginlik və yoxsulluq fərqi olmayıb. Onlar, sosial dövlət anlayışını hər yönüylə həyata keçirən dövlətlərdi. Təntənəli və dəbdəbəli həyat tərzini mənimsəyən dövlət rəhbərləri ancaq qərbin çirkablı düşüncələri və ideologiyaları ilə tanış olduqdan sonra bizim dövlətlərimizə daxil olubdur.

Şübhəsiz ki, Oğuz Xanın yaratdığı və inkişaf etdirdiyi bu ictimai ünsürlər onu Türk tarixində öz layiqli yerinə oturtmuş və ölümsüzləşdirmişdir. Özündən sonra gələnlər də daim onu nümunə götürmüş və günümüzə kimi Türk dövlət gələnəyini davam etdirmişdir.

Bu gün Türk dünyasına nəzər salsaq, Türk cümhuriyyətləri və xalqlarında həmin anlayışların eynilə davam etdiyinin şahidi olarıq. Hansı Türk dövləti, ictimai dövlət anlayışını mənimsəyibsə imperiya səviyyəsinə çatmış və milyonlarla özgə xalqı öz qanadları altında asudə və firavan yaşatmış, dünyaya nümunə olmuşdur. Haçan ki, o anlayışı tərk etmiş o vaxt özünü tənəzzülün qaranlıq dərəsində tapmışdır, eynilə Osmanlı imperiyası kimi.

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK