ANA SƏHİFƏ / YAZARLAR

POÇTALYON

23156    |   2013-08-03 05:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kəndin poçtalyonu Bahadır kişi səliqə ilə məktubları çeşidlədi, onları bir-bir nəzərdən keçirib gəzdirdiyi çantanın sol gözünə qoydu. Məktublara göz gəzdirəndə gördü ki, həmin məktublardan biri Sənubər arvada gəlib. Hər dəfə Sənubər arvad Bahadır kişi ilə rastlaşanda, deyərdi:
- Oğlum Cavanşirdən düz üç ildir məktub gəlmir. Allah sənin insafını kəsməsin. Hamını sevindirirsən, mənə şad xəbər çatdırmırsan?!
Bahadır kişi başını qaşıyaraq dillənərdi:
- Darıxma, ay arvad, Allah qoysa, səni də sevindirərəm! Yəqin oğlunun ürəyinə hələ rəhm düşməyib. Ya da başı urus qızlarına elə qarışıb ki, sən yaddan çıxmısan...g
Sənubər arvad:
- Mənim oğlum elə gədələrdən deyil. Əgər o mənim döşümdən süd əmibsə, naxələf çıxmaz. Bircə onu bilirəm ki, uşağımın başında nəsə bir bəd iş var. Yoxsa o çoxdan mənə məktub yazmışdı. Elə ay olmazdı ki, poçtla pul göndərməsin.
Bahadır kişi:
- Fikir eləmə, yenə sənə məktub yazar, yenə pul göndərər və səni sevindirər...
...Diqqətlə yenə məktuba baxdı. Məktubun üstündə Sənubər arvadın adı yazılmışdı. Altda da oğlu Cavanşir Moskvadakı ünvanını göstərmişdi.
Poçtalyonun ürəyi ağzından çıxırdı. İstəyirdi ki, quş olub uçsun və məktubu Sənubər arvada çatdırsın. Ancaq bir anın içərisində bu məktubu ona çatdırmaq elə də asan deyildi. Kəndin poçtu ilə Sənubər arvadgilin arası yarım saatlıq yol idi. Nə qədər bərk getsəydin yenə yarım saatdan tez onların evinə çatmaq mümkün deyildi...
Bahadır kişi içi qəzet, jurnal və məktub dolu çantanı çiyninə atdı. Elə bir-iki addım getmişdi ki, şofer Tofiqlə rastlaşdı və sürücü soruşdu:
- Ay Bahadır kişi, kəndin aşağısına gedirsənsə, gəl, otur kabinada!
Bahadır kişi çantanı yenidən çiynindən çıxarıb əlinə götürdü. Maşının qapısını açıb kabinada oturdu. Və çantanı da qucağına aldı. Üzünü şofer Tofiqə tutaraq:
- Allah ömrünü uzun eləsin, yoxsa bir kilometr məsafəni piyada getməliydim. Sənubər arvada oğlundan məktub gəlib, istəyirdim təcili şad xəbər verim! Nə yaxşı sən qabağıma çıxdın və məni götürdün, - deyib şofer Tofiqə minnətdarlıq elədi...
...Beş-on dəqiqədən sonra maşın Sənubər arvadgilin düz qapısının ağzında dayandı. Tərs kimi də həmin günü möhkəm yağış yağmışdı. Həyətdə və yolda bir palçıq yaranmışdı ki, gəl görəsən. Ancaq Bahadır kişi ehtiyatlı adam idi. Elə ki, yağış yağırdı, elə ki, kəndin yolları palçıqla dolu olurdu, bax onda sapoğunu geyinərdi. Bu sapoq da elə-belə sapoq deyildi. On beş ilin sapoğu idi. Nə cırılmaq bilirdi, nə də köhnəlmək. Bir balaca rəngi qaçan kimi o dəqiqə Bahadır kişi onu qəşəng mazlayar, parıldadar və təzə ayaqqabıya döndərərdi.
Maşından düşüb bir daha şofer Tofiqə dil-ağız elədi. Qapının ağzına yaxınlaşıb bərkdən Sənubər arvadı səsələdi:
- Ay Sənubər, Sənubər hey!
Sənubər arvad tövlədə inək sağırdı. Səsindən tanıdı ki, bu poçtalyon Bahadır kişidir. Vedrəni geri çəkdi və əlini də inəyin döşündən yayındırdı. Ayağa qalxıb qəddini düzəltdi. Elə ordan poçtalyon Bahadır kişiyə bildirdi:
- Bu dəqiqə gəlirəm. Bilirəm ki, şad xəbər gətirmisən!
Əvvəlcədən 3 manat da pul hazırlamışdı. Demişdi ki, Bahadır kişi nə vaxt oğlumdan məktub gətirsə, bu göy üçlüyü ona şirinlik verəcəm. Bu göy üçlük də düz üç il idi Sənubər arvadın büküb-düyünlədiyi yaylığın içində qalmışdı. Tez qaçıb düyünlədiyi yaylığı açdı və göy üçlüyü onun içindən çıxardı.
Bahadır kişi darvazanı açıb həyətə girdi və Sənubər arvad da artıq düz onun yanında idi. Çantanın gözündən məktubu çıxardı və ona sarı uzatdı:
- Bu da sənin oğlun Cavanşirdən məktub! Day nə sözün var?!
Sənubər arvad sevincini gizlədə bilmədi. Gözləri doldu. Əlləri ilə məktubu sığalladı. Elə bil məktubu sığallamırdı, oğlu Cavanşirin saçlarına tumar vururdu. Məktubu da Bahadır kişinin yanında açdı. Açdı və oxudu. Oxuyandan sonra gözü bir daha yenidən doldu.
Sən demə oğlu üç il ona görə məktub yazmırmış ki, urus martışkalarından biri ona böhtan atıbmış və bu böhtana görə də üç il iş veriblərmiş. Türmədən çıxan kimi, anasına məktub yazıb. Məktubda da bildirib ki, darıxma, beş-on günə kəndə qayıdacağam.
Məktubu oxuyandan sonra Sənubər arvad yenidən kövrəldi. Əlində tutduğu göy üçlüyü poçtalyon Bahadır kişiyə sarı uzatdı. Bahadır kişi isə iki ayağını bir başmağa dirəyib dedi ki, mən o pulu yeyə bilmərəm. Çünki təqaüdlə aldığın bu pul boğazımdan keçməz.
Sənubər arvad:
- A kişi, əlimi geri qaytarma! Mən əhd eləmişdim ki, oğlumdan məktub gəlsin, mən də sənə bir şirinlik verim. İndi niyə əlimi geri itələyisən!
Bahadır kişi:
- Ay Sənubər, axı biz kəndçiyik, qohumuq. Oğlun da burda yoxdur. Bu göy üçlüyü alsam mən səhərə qədər yata bilmərəm. Allah qoysa, oğlun gələr, bax onda bu şirinliyi verərəsən!..
Bahadır kişinin bu sözləri Sənubər arvadı bir qədər sakitləşdirdi və sonra da dilləndi:
- Nolar, sözümüz sözdü ha! Bax onda Cavanşir gələndə göy üçlüyü götürərsən...
O, göy üçlüyü yenidən əvvəllər saxladığı yaylığa bükdü. Sonra da yaylığı düyünləyib yastığın altına qoydu. Dərindən rahat nəfəs alıb, poçtalyon Bahadıra dil-ağız elədi:
- Allah balalarını saxlasın! Heç vaxt darda qalmayasan! Üç il idi ki, gözüm yol çəkirdi. Elə bilirdim uşaq gedib ondan bir xəbər gəlməyəcək. Amma nə yaxşı Allahın mənə yazığı gəldi və gözüyaşlı qoymadı...
...On-on beş gündən sonra Cavanşir Bakı-Yeravan qatarından düşdü. Səhər saatlarında yenə onun qabağına poçtalyon Bahadır kişi çıxdı. Hər ikisi qucaqlaşıb-öpüşdülər. Və sonra da poçtalyon Bahadır kişi dedi:
- Ay pir olmuş, ananın gözünü niyə üç ildi yolda qoymisan?! Nə yaxşı yenə məktub yazdın. Məktubu Sənubər arvada çatdıranda gözlərindən yaş sel kimi axırdı. Yazıq arvad sənin xiffətini çox çəkib. Bu Moskvada nə ölümünüz var e?! Qoca ananı tək bir evin altında qoyub çıxıb getmisən urus matışkalarının yanına...
Bahadır kişi Cavanşiri danlayıb-dansasa da o, bir şey demədi, başını aşağı salıb durdu. Bahadır kişi gördü ki, Cavanşir dinmir, susur, o da day bir söz demədi.
Fikrindən daşındı. Poçta getmədi. Elə Cavanşirlə birlikdə dəmiryolun üstü ilə onlara sarı üz tutdular. Səhər yenicə açılırdı. Kənddə də tək-tük adam dəmiryolun üstü ilə harasa tələsirdi. Çoxları bir-birinə salam verir və başını qaldırmadan da o birisi də salamını alardı.
...Yarım saatdan sonra hər ikisi Sənubərgilə çatdı. Daha doğrusu, Cavanşir öz evlərinin darvazasının qarşısında durub yazıq bir görkəm aldı. Sənubər arvad hamıdan tez durardı. Darvazanı açıb heyvanları da naxıra ötürərdi. Elə darvazanı açanda poçtalyon Bahadır kişini və oğlunu gördü. Gözlərinə inanmadı. Elə bildi ki, poçtalyon Bahadır kişinin yanında dayanan adam Cavanşir deyil. Cavanşirin səsini eşidən kimi arvad onu qucaqlayıb bağrına basdı. Yenidən gözləri yaşardı. Yenidən qəhər onu boğdu:
- Tay bu dəfə səni Moskvaya buraxan deyiləm...
Cavanşir:
- Heç mən də o xarabaya qayıtmayajam.
Sənubər arvad sevincindən quş kimi uçurdu. Tez evə girib yastığın altına qoyduğu düyünçəni açdı və göy üçlüyü gətirdi və sonra da dilləndi:
- Bahadır kişi, bu sənin qismətindir. Demişdin oğlun qayıtsın, göy üçlüyü alajam.
Bahadır kişi göy üçlüyü aldı və sol cibinə basdı. Sonra da onlarla xudahafizləşib yenidən kəndin poçt şöbəsinə doğru üz tutdu. Yol boyu gözləri dolmuşdu. Yol boyu fikirləşirdi ki, nə yaxşı Allah-Təala Sənubər arvadı sevindirdi. Nə yaxşı Sənubər arvadın oğlu Cavanşir urus matışkalarından canını qurtardı və kəndə qayıtdı...

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-27
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi satıcıdan soruşur:
- Deyin görüm, sizdə boksçu əlcəyi varmı?
- Yox!
- Bəs, üzmək üçün papaq varmı?
- O da yoxdur!
- Bəs, futbol topu necə, varmı?
- Cavan oğlan, bura spirtli içkilər dükanıdır.
- Onda mənə bir dənə ağından ver.
Satıcı araq dalınca gedir. Kişi öz-özünə:
- Allah özü şahiddir ki, mən idmanla məşğul olmaq istəyirdim!




digər lətifələr
ARXİV
FACEBOOK