hacklink Adalet.az | BELƏ DÜNYANIN Adalet.az | BELƏ DÜNYANIN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BELƏ DÜNYANIN

28688    |   2013-08-03 04:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan yaradılmışların ən şərəflisidir. Belə olduğuna görə Tanrı təbiətdə nə vardırsa hamısını insanın ixtiyarına verib. Kainatda gözə dəyən nə vardırsa tamamı insan üçün yaradılmışdır deyilsə səhv olmazdı.
Tanrı aləmi yaradarkən bir də eko sistem təşkil edib ki, o sistemdən bir misqal da o yan-bu yan olsa təbiətdəki tarazlıq pozulur. Allahın israfı haram buyurmasının bir ucu da gedib həmin yerə çıxır. Tarazlığı pozmaq olmazg Bəs şərəfləndirilərək yaradılan insan oğlu, yaradılıb özünə bəxş edilən təbiətə nə cür baxır, yaxşı ya pisə əslində insanın özü kiçik mənada bir kainatdı, hər bir şeyi öz bədənində daşıyır, ancaq əksəriyəti ya onun fərqində deyil, ya fərqində olsa da məna dərinliyini hifz etmək qüdrəti çatışmır və ya eqoizmi ağlına və inamına qələbə çalır. Deməli bu çatışmazlıq epizodunda, insanda mövcud olan bir növ gücsüzlük deyəbiləcəyimiz şəxsi eqoizmə məğlubiyyət özünü göstərir. Mənəvi olaraq hər bir şeyi əhatə edən insanın, mənəvi qüdrətinin yanında fiziki qüdrəti də yaradılışından asılı olaraq acizlik göstərir. Sonsuzluğu, kainatı dərk etmə qabiliyyətinə malik olan insan, nəinki sonsuzluq və kainat, aləmin kiçicik bir parçasını təşkil edən dünyada olan bir qayanı da yerindən tərpədəcək fiziki qüdrətə malik deyil. Deməli insan kainatı öz daxilində yerləşdirə biləcək qədər qüdrətli, onun kiçicik bir parçasına da zoru çatmayan yazıqdan da yazıq bir varlıqdır.
Ulu babamız Nəsimi, "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" deyərkən də həmin şüurdan çıxış edərək iki cahanı öz mənəvi aləmində hifz edirdi. Lakin bir digər beytdə isə "Zərrə mənəm, günəş mənəm" dedikdə isə insanın fiziki varlığının ülviliyi ilə yanaşı onun mikro reallığını və o reallığın acizliğini də ifadə edirdi.
Madəm bu dünya bizimdir, eləsə onu niyə təxrib edirikə Bu dünya fanidirsə və hər bir şəxs qəbrə gedəndə tapsa beş metr ağ, tapmasa da nə iləsə qara torpağa uzanırsa bəs bu qırğın-qiyamət nədirə əslində insan təbiətdəki digər canlılara baxıb özünə pay biçməlidir.
İki aslan döyüşəndə biri digərinə üstün gəlirsə məğlub olan qaçıb uzaqlaşır, ancaq qalib gələn onu öldürmək üçün dalına düşmür. Bir də köpəklərin boğuşmağını görəsən. Güclü olan digərini altına salırsa ölənə kimi onu buraxmır. Aslan ac olanda bir heyvanı tutur və aclığını təmin edir, digərlərinə toxunmur. Bir qurd və ya tülkü sürüyə cumsa bacardığı qədərini məhv edir, halbuki yeyəcəyi bir qarın ətdir. Bəs insan oğlu xarakter olaraq bunların hansına oxşamalıdırə Özü üçün yaradılan dünyada exo sistemi niyə məhv edirə Hər bir şeyin var olduğu dünyada niyə hər bir şeyi yalnızca özünə götürüb digər insanların acından ölməsinə razılıq verirə İnsan eqoizminin bu cür sərhədsiz olmasının səbəbi nədirə Bu kimi suallar özümü bildim-biləli beynimi deşir.
Tanrının şərəfli bir məxluq kimi yaratdığı bəşər övladı ağa ağ, qaraya qara deməməlidir bəyəmə Bu cür alıb-aldatmaq, dağıdıcı, məhv edici olmaq onun yaradılış xislətinə yaraşırə
Dünyadakı millətləri müşahidə edirəm. Türklər, əslində hamısı bir-birinin davamı olan on altı imperiya, dörd yüzdən artıq dövlət yaradıb. Ölkələr tutub, xalqları basıb özünə tabe edib, ancaq onların milli mənliyinə toxunmayıb, bəşər xislətini təhqir etməyib. Döyüş meydanına çıxıb kişi kimi ya öldürüb, ya ölüb, ya məğlub olub, ya qalib gəlib. Qalib gələndə də məğlub etdiyi düşməninə insan kimi yanaşıb, onun şəxsiyyətinə toxunmayıb. Bir də, bugün özlərini demokratiyanın keşiyində dayanan xalqlar, insanlar kimi göstərənlərə nəzər salaq:
Ruslar, Qafqaza doğru doqquzuncu əsrdə qarətçilik adına soxulmağa çalışdılar. Qızıl Orda dövlətinin əmir Teymur tərəfindən aradan götürülməsindən sonra qarşısındakı əngəlin məhv olduğunu görən ruslar məqam tapan kimi Asiya qitəsinin güneyinə axışmaq məqsədi ilə hücumlara başladılar. Qıpçaq çöllərində və xüsusilə də Qafqazda Türk adına, Müsəlman adına kim varsa onları o yerlərdən çıxarmaq üçün vəhşicəsinə soyqırımlar törətdilər. Bəzən ordularının başında dayanan öz genralları belə çarlara yolladıqları arayışlarda törədilən soyqırımlardan hürkdüklərini bildirdilər.
ABŞ dövlətini Avropadan gedib yaradan, bağışlayın qatillər, oğrular, pozğunlardan, ayağı sürüşkənlərdən ibarət qüvvələr müasir silahlarla təchiz olunub öncəliklə Amerika qitəsinin yerli sakinləri olan xalqların, Xüsusilə də Hindu deyilən Qırmızıdərililərin, Azteklərin kökünü kəsib axırına çıxdılar, sonra qul ticarətində özlərini göstərdilər və Afrikadan tutub apardıqları qaradərililəri boyunlarına və ayaqlarına zincir salaraq bazarlarda satdılar, yüz illər boyu onlara insan kimi yanaşmadılar. Hələ də vəziyyət dəyişməyib, bunu ötən günlərdə Prezident Obama da; "Amerikada izlənməyən bir neçə qaradərilidən biri də mənə" deyərək bir reallığı etiraf etdi. Fransızlar əlcəzayirdə, Tunisdə, ingilislər Misirdə, Yəməndə, ərəbistan Yarım Adasında, nə bilim harda, almanlar Avropanın düz göbəyində, yunanlılar Anadoluda insanı insanlığından nifrət etdirəcək soyqırımlar törətdilər, cinayətlər işlədilər. Bütün bunları, Tanrının bəşər övladı üçün yaratdığı təbii sərvətləri özgələriylə bölüşməmək, yalnızca özlərinin olması adına həyata keçirdilər.
ABŞ, dünyanın super gücüdür, bütün dünya hər Allahın günü gözünü döyüb Prezident Obamanın dodaqları arasından töküləcək sözlərə zilləyir. Misirdə çevriliş olur, xunta hakimiyyətə gəlir, ABŞ qərar çıxarır ki, biz bu hadisəyə çevriliş deyəbilmərik. Bir gecənin içində 200 insan gülləbaran edilir, snayperlər tərəfindən vurulub yerə sərilir, Avropadan və Amerikadan səs-soraq çıxmır. Çünki Misirdə özlərinin hakimiyyətə gətirdiyi Hüsnü Mübarəkin artıq vaxtı qurtarmışdı, o getməliydi. İlanı seyid əhməd əliylə tutub xunta ilə onu aşağı saldılar və özlərinin diktəsini yerinə yətirəcək Sisi hakimiyyətini yaratdılar. Misir onların yağlı quyruğu idi və bu quyruğu daimi olaraq onların ağzında saxlayacaq adam, onlara görə nə etsə demokratiya adına edirdi, onun əməlləri qərblilərə görə caizdir.
"Ya rəbbim, bu dünya sən quran deyil.
Qudurğan, sən görən qudurğan deyil".

Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK