hacklink Adalet.az | SƏN DƏ DAHİ OLSAN... Adalet.az | SƏN DƏ DAHİ OLSAN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏN DƏ DAHİ OLSAN...

30527    |   2013-07-20 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səni hər şeyə bənzədiblər. Baxışını ceyrana, duruşunu marala, bəzəyini tovuza, yerişini kəkliyə, gülüşünü qumruya...g Daha deməyiblər ki, onların hamısında səndən nəsə var. Uca Tanrı onları yaradanda hərəsinə sənin gözəlliklərindən bir parça verib. Bütövlükdə cəmi gözəlliklər sən özünsən...
Səndə çox şeylər görüb, çox özəlliklər tapıb vəsf ediblər. Bircə qadınlığından başqa. Qadınlığını görmək, duymaq nədənsə kimsəyə sərf etməyib. Dünən də beləydi, bu gün də... Bəs, sabah nə olacaq?!.
İndi də səndən dahi düzəltmək istəyirlər. Razı olma! Dahilik-dəliliyin əkiz tayıdı. İki cür dahi olur: anadan bənzərsiz doğulanlar və normal ömür sürə bilməyəndə özlərini dahiliyə vuranlar. Lap elə dəlilər kimi...
Ağıllı olacaqsan, heç yanda yerin olmayacaq. Səndən qaçacaqlar. Qaça bilməyəndə özlərinə oxşatmağa çalışacaqlar. Bu da alınmayanda ağlına göz yumacaqlar, "başı xarab olub" deyə-deyə özlərinə təsəlli verəcəklər. Sən dayandığın mərtəbəni görməyə-görməyə səndən yaxşı yaşayacaqlar. Sən də bir gün çoxlarında olmayan və bu səbəbdən də heç nəyə yaramayan ağlınla tək-tənha qalacaqsan. Dərd ortağın da, döydüyün də, söydüyün də ürəyin olacaq.
Ağıllı başının əlində girinc qalan ürəyin...
Heç kəsə bənzəmən... Bu lap ağıllı olmaqdan da betərdi...
Dəli olsan... Çoxlarının yarasına su səpmiş olacaqsan. Sayları çoxalacaq, axı. Çoxluq isə qələbə deməkdi...

***
Bir zamanlar dünyanın... yox, Yer kürəsinin sahibi sən idin. O bəxtəvər dövrü də elə sənin adınla tarixə saldılar. Nə gözəl çağları olub dünyamızın. Ana hökmranlığı!.. Əks cinsin nümayəndələri qədrini bilirdilər onda. Dünyaya uşaq gətirəni elə insanı Yaradana bərabər tuturdular. Haqqını bir sayırdılar. Ən ağır işləri özləri görsələr də, böyüklük etmək haqqını sənə buraxmışdılar. Zövq alırdılar sənə əyilməkdən, qulluğunda durmaqdan. Ona görə də başları dik, dizləri bükülməz idi. Güclü bədənlərini zəif cinsin ixtiyarına verməyi, bir baxışına, təbəssümünə, nəvazişinə hədəf olmağı səadət sanırdılar...
Həm də azad, sərbəst idin. Könül istəklərində, ruh yaşantılarında öz sahibin idin. Ürəyinlə bədəninin ayrılmazlığından münbit torpaq kimi barlı-bəhərliydin. Dünyaya igidlər, gözəllər gətirirdin. Şikəstlik, eybəcərlik tanımırdı sənin ixtiyarında olan dünya. Tərəfkeşini özün seçirdin, ona görə.
Mala-mülkə sata, siyasi oyunlara qata bilmirdilər səni...
Özün də qəlbinlə, gözəlliyinlə alver eləmirdin...
Nə oldu? Nə etdin ki, hər şeyə son qoyuldu?! Səhvmi etdin, əks cinsə hədsiz güzəştlərəmi getdin? Güclü olmaqdan yoruldun, yoxsa?! Hökm eləməkdənmi bezdin? Bölüşmək istədin hər şeyi, Səni güclü sayanı, sənə tabe olanı sevə bilmədin bəlkə?! Həyatını özündən güclü ilə bölüşmək, qarşında özündən güclünü görmək, sevginə və sevdiyinə tabe olmaq, hər şeyi onun ixtiyarına buraxmaq qərarına nə vaxtdan gəldin?! Bircə nəvazişi götürdün boynuna. Özünü qurban verməyi, yol gözləməyi, yuxusuz gecələr keçirməyi seçdin. Özünmü istədin bunları? Yoxsa, güclə boynuna qoydular?!
Ancaq çox şey itirdin. Elə dünyamız da...
Sən hökmran olanda dünya daha rahat nəfəs alırdı...
İndi boğulur dünya...
Əvvəl-əvvəl sən deyən oldu. Uca tutuldun, əzizləndin, qol üstündə gəzdirildin, and yeri oldun. Əyilməz başlar əyildi, qatlanmayan dizlər çökdü qarşında. Gücünə görə yox, zərifliyinə, zəifliyinə görə... Zəif yerinin qəlbin, sevgin olduğunu anlayanlar göstərdi bu ehtiramı sənə...
Bu da uzun sürmədi. İndi nə olmuşdu? Bəlkə vaxtında qəddarlıq eləmişdin? Bu üzdən bədəlini ödəyirdin. Ya indi çox güzəştə gedirsən, ondandı. Hər nədəndi, daha əvvəlki gözəl rəftarlar yoxdu. O incə, həm də çox güclü münasibətləri romanlarda oxuyub, filmlərdə seyr edib həsrətlə köks ötürmək qalıb bizlərə...
Hər şey bitdi, itdi, unuduldu. Səni qadınlıqdan çıxardılar. Tanrının boyuna biçdiklərini əlindən aldılar, gözdən saldılar. Xırdaladılar-öz ömürlərinin, istəklərinin bir parçasına çevirdilər. Dilini qısa, gözünü qıpıq eləməkçin boynuna saxta vəzifələr, əslində, minnətlər qoydular. Guya bir kişinin, bir ailənin, bir nəslin namusu-izzəti sənin tövrlərinlə ölçülürmüş. Bir balaca büdrəsən... Ancaq özlərinə sərf edəndə səninlə alver elədilər. Atdılar da, satdılar da, unudub tənhalığın qoynunda boğdular da...
* * *
Çoxdan tarixə qovuşmuş bir dövlət vardı. Tarixdə ilk dəfə qadınlara kişilərlə bərabər hüquqlar vermişdi. Qadın azadlığı traktor, kombayn sürmək, uşağını yad əllərə tapşırıb fabrikdə, zavoda dəzgah dalında durmaq, eksperimentçin kosmosa göndərilməkmiş. Kefləri istəyəndə kişilərlə bərabər, Sibirə, Qazaxıstan çöllərinə sürgün edilməkmiş...
Və həmin dövlətin bir şairi vardı. Qadını qadın kimi görən, bənzərsizliyini, qiymətsizliyini anlayan bu şair "görün, biz qadınları nə qədər alçaltmışıq ki, onları kişilərə bərabər tutmuşuq" demişdi...
Həyatda hər şeyi bütöv, təkcə sənin balışının yarısını istəyən Yevgeni Yevtuşenko idi o şair...

***
Rəssam oldun-beşik başında layla deyən ananın görüntüsündən gözəl tablo yarada bilmədin...
Müğənni oldun, balana çaldığın layladan şirin nəğmələr səsləndirə bilmədin...
Həkim oldun, verdiyin süddən şəfalı dərmanlar tanımadın...
Çox şey oldun... Çox şey... Qadın ola bilmədin...
Qoymadılar... Görmək istəmədilər...
İstədiklərinə çatdılar. Səni xırdaçı məxluqa çevirə bildilər. Hərləyib-fırlayıb mətbəxə bağladılar. Nə etdinsə, başda gələn sualları "hansı yeməkləri bişirə bilirsən" oldu...
Tez təslim oldun! Bundan sonra istəsən də dünyanı idarə edə bilməyəcəksən.
Özünə qayıtmaq həmişə mümkün olmur...
Heç dünya da daha idarə edilməli durumda deyil...
***
İndi də səndən dahi düzəltmək istəyirlər. "Niyə dahilər arasında qadınlar çox azdı" deyib hisslərinlə oynayırlar...
Dahi... Qulağı oxşayan sözdü. Aldanma! Nə qədər olsa da, Qadınlıqdan, Analıqdan uca deyil!
Sözü şərəfləndirməkçin səni şərik qatırlar...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO