deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ELƏ ÖLÜLƏR VAR Kİ... Adalet.az | ELƏ ÖLÜLƏR VAR Kİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ELƏ ÖLÜLƏR VAR Kİ...

30541    |   2012-01-20 08:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilmirəm niyə, amma uşaqlığımda mənə elə gəlirdi ki, Nazim Hikmət Azərbaycan şairidi. Yəni ətrafımda bu adda, bu soyadda o qədər adam vardı ki. Bir az ağlım kəsəndən isə "Nazim Hikmət" və "Türkiyə" xüsusi isimləri mənim üçün sinonim kimi səslənirdi. Və heç bir xırdalığa varmadan Türkiyəni, İstanbulu onun poeziyasında tanıyıb, sevmişdim. Lap sonralar ideoloji məqamlar - "Vətən xaini", "Türkiyə vətəndaşlığından çıxarılmış türk şairi" kimi qavramlar da daxil oldu düşüncəmə. Təbii o vaxt nəyin doğru, nəyin yalan olduğunu müəyyən edə bilmirdim. Müəyyən olan oxuduqlarımın əsl poeziya, onun da Şair olduğu idi. Şeirlər gözəl idi və bu da mənə bəs edirdi.
   
   İllər keçdi. Türkiyədən bura gələn yollarda buzlar əriməyə başladı. Gələn qonaqlara Nazimdən söz edəndə, "Türkiyəni bizə Nazim sevdirdi" deyəndə həmin insanların üz ifadələrini görmək heyrətverici idi. Eyni münasibəti Türkiyədə də yaşadım. Ona nifrət edirdilər. Deyək ki, əqidəsini qəbul etmirdilər, bəs şeirləri? "Yox, yox" - deyirdilər - "o, heç şair də deyil". 12 il sərasər zindanda yatandan sonra azadlıqda qalmaq istəyi, səmanın maviliyini, torpağın yumşaqlığını görmək istəyi, havanı dərindən ciyərlərinə çəkmək istəyi onu baş götürüb qaçmağa vadar edibsə, "iştə, Vətən xaini" sözü onu - ətdən, qandan, sümükdən olan insanı öləndən sonradamı izləyəcək? Bu nə taledi?
   
   Əslində taledən incimək də olmur. İki paşanın nəvəsi, zər-zibalı nənnilərdə böyüyən zadəgan əsilli birisi, ata da, ana da ziyalı insanlar. Uca boy, mavi gözlü, sarı saçlı, yaraşıqlı birisi və həm də Şair. Bunun əvəzində isə cərimələr - xəyanətlər, həbsxanalar, sürgünlər, xəstəxanalar, qürbət. Taleyin ona verdiklərinin əvəzini bol-bol ödəmişdi.
   
   Həyatından keçən hər bir hadisə poeziyasından da yan keçməmişdi. Sevdiyi qadınlar da, müalicə edən həkimlər də, onu gözətləyən nəzarətçilər də vardı şeirlərində. Dost bilib xəyanət gördükləri də, düşmən olub nifrət elədikləri də, qəhrəman bilib baş əydikləri də, sonuncu tikəsini bölüşdüyü kamera yoldaşları da keçib şeirlərdən. Hər hansı bir şeirində sevgi də var, inqilab da, qocalıq və ölüm qorxusu da var, həyat eşqi də var. Var! Onun özü kimi. Nazim Hikmət var. Zatən, yox olanın uğrunda bu qədər savaşlar getməzdi ki...
   
   "Nazim Hikməti, böyük türk şairini bədii iddialardan uzaqlaşdığı yerlərdə arayınız. Həqiqi insan orada gizlidi və axtarışlarınızın qarşısında qayət mahir bir gizlənpaç oynayan bu incə, qıvraq ruhu bir an yaxalamaq istərsəniz, kəlmələrin səthi və zehni qarşılıqlarına deyil, təlqini mənalarına, dərinliklərinə, ahənginə varınız. Nazim Hikmətin həqiqi məftunları və Nazim Hikməti anlayanlar onun görünən tərəfini deyil, görünməyən tərəfini, hətta özünün belə görmədiyini görənlərdir". Bu da türk basınından oxuduğum fikirlərdən biri. Onun haqqında hər zaman rusların və bizimkilərin yazdığını oxumuşdum. Sonra bu qarışıqlıqdan baş çıxarmaq üçün Türkiyədə yazılanlarla tutuşdurmaq qərarına gəldim. Elə bir ciddi fərq yoxdur. Sadəcə bir vaxtlar Sovet hökumətinə lazım olanda Nazimin kommunist olmasından övgü ilə bəhs edilirdi. Türkiyədə də bu amil onu təhqir etmək üçün əsas idi.
   
    Konstantin Simonovun dediklərindən: "O, çörəyin də, ətin də, şərabın da qoxusunu sevərdi. O bütün bunları elə-belə, böyük əhəmiyyət vermədən sevərdi və həm də kiminsə evində əsas qoxulara çevrilmiş - harınlıqdan yaranmış toxluğu, rifahı sevməzdi. Millətçi şovinizmdən zəhləsi gedərdi. Onun yanında heç bir millət haqqında yaman söz demək olmazdı. O, türk idi və xalqını böyük məhəbbətlə sevirdi, ancaq heç bir milləti aşağılamırdı da. O, əqidəcə kommunist idi, ancaq başqa düşüncəli adamlarla mübahisələrində bunu kimsənin gözünə soxmazdı. Hər kəsin düşüncələrinə hörmətlə yanaşardı. O inanırdı ki, kommunizm bütün bəşəriyyətin gələcəyidir. O, hər kəsi sevməyə və hər kəsə qəzəblənməyə hazır idi".
   
   Yaqub Qədri Qaraosmanoğlunun dediklərindən: "Yapdıqları şeydə klassik sənətin ilahi intizamından, əzəli ahəngindən əsər yoxdur. Bütün estetikaları insanların idarə etdikləri cəmiyyətlər kimi anarxikdir. Nazim Hikmətin dediyi bütün bu tərz şeirlər əsla Bethovenin sonatasını yox, bir bando musiqisini, şənlik yerində fanfarı andırır. Təbii ki, belə musiqi ancaq küçələrdə çalınar. Odur ki, Nazim Hikmətin şeirlərinin bugünkü türk cəmiyyətində heç bir yeri olmadığını zənn edirəm. Çünki bizdə bu orkestrin cəhənnəm vəlvələsini dinləyə biləcək dalğalanan böyük bir insan kütlələri hənuz yetişməmişdir. Yetişməsinin imkanını da görmürəm". (Güman edirəm ki, hələ də yetişməyib. Bu da mənim fikrim).
   
   ... Onun haqqında ilk bioqrafik məlumatları Aleksandr Tverskoyun "Bosfor mahnısı" kitabından oxumuşdum. Sonradan öyrəndiklərimi yenə tutuşdurdum - faktlar eynidi, münasibətlər fərqli. Təntənəli yubileyləri də yadımdadı- Moskvada da, Bakıda da. Rus şairi Lev Oşaninin Türkiyə torpağı gətirib Nazimin qəbrinə səpməyi də yadımdadır, "Literaturnaya qazeta"da yazılanları da xatırlayıram və bir də görkəmli heykəltəraş Münəvvər Rzayevanın "Azərbaycan" jurnalında çap olunmuş xatirələri də yadımdadır. Münəvvər xanım Moskvada təhsil alanda Nazim Hikmətlə tanışlığından, şairin ona köməyindən, hətta adına görə özəl münasibətindən (Münəvvər Nazimin Türkiyədə qoyub gəldiyi xanımının adı idi), vəsiyyətindən yazmışdı. (Nazim Hikmət "qəbirüstü abidəmi sən yaparsan" deyibmiş). Neçə illər sonra Münəvvər xanımla görüşəndə bu məsələni onun yadına saldım. "Qaldı nəşinin Türkiyəyə aparılmasına"-dedi Münəvvər Rzayeva. "Buna inanırsınız?"-dedim. "Əlbəttə, bir gün olacaq"- cavabını verdi. İndi Münəvvər xanım da həyatda yoxdu, deyəsən heç Nazimi Türkiyəyə qaytarmaq istəyən də yoxdu. Bəlkə bura gətirsinlər? Çünki Vera Tulyakovanın ölümündən sonra Novodeviçye məzarlığında tək-tənha qalıb Nazim...
   
   
   
   ***
   
   
   
   Bəzi bioqraflarının yazdığına görə, o 1901-ci ilin 20 noyabrında doğulub. 40 günə görə 1 yaş artıq sayılmasın deyibən ailəsi təvəllüd tarixini 1902-ci ilin yanvarı yazdırıb. İki ilin arasında qalan 40 günü gizlətmək də olar, yaşı azaltmaq da. Amma belə dəyişmələr bəxt-tale yazanların xoşuna gəlirmi? Bəlkə onun belə qarma-qarışıq olaylarla dolu həyatını həmin o aradakı 40 gün bəlirlədi. İki ilin arasında, iki ölkənin arasında, iki düşüncənin arasında...
   
   İndi bu qarlı-şaxtalı yanvar ayında onun rəsmi sənədlərdə qeydə alınmış doğum gününü xatırlayıb düşünürəm ki, yazılanı pozmaq olmur. Nə mələklərin, nə insanların.Və mələklər insana "yazmaq" yazıblarsa, bunun da xoşbəxtlik, ya bədbəxtlik olmağını da bilmirəm. Amma onu bilirəm ki, yaza bilənlərin həyatını poza bilənlər də çoxdur.
   
   
   
   ***
   
   
   
   İnsanlarım,ah mənim insanlarım,
   
   antennalar yalan deyirsə,
   
   yalan deyirsə mətbəələr,
   
   kitablar yalan deyirsə,
   
   Divarda afişa, sütunda elan yalan deyirsə,
   
   ağ pərdədə yalan deyirsə çılpaq baldırları qızların,
   
   dua yalan deyirsə,
   
   laylay yalan deyirsə, əgər,
   
   yuxu yalan deyirsə,
   
   meyxanada kamançalan yalan deyirsə,
   
   
   
   yalan deyirsə ümidsiz günlərin gecələrində ay işığı,
   
   səs yalan deyirsə,
   
   söz yalan deyirsə,
   
   əllərinizdən başqa hər şey,
   
   hər kəs yalan deyirsə əgər,
   
   əlləriniz palçıq kimi itaətli,
   
   əlləriniz qaranlıq kimi kor,
   
   əlləriniz çoban itləri kimi axmaq olsunlar
   
   əlləriniz üsyan etməsin deyədir.
   
   
   
   Və onsuz da çox az qonaq qaldığınız
   
   bu ölümlü, bu yaşamalı dünyada
   
   bu alış-veriş səltənəti, bu zülm bitməsin deyədir.
   
   
   
   
   
   ***
   
   Ah insanlarım, mənim insanlarım, doğrunu deyənlərə nədən nifrət edirsiniz? Sizi sevənləri niyə zindanlara atırsınız? "Ruhunuzu əsir zənci kimi bazara çıxardınız" deyənlərə nədən düşmən kəsilirsiniz?
   
   ***
   
   Çox qəribədir - bir kəsim onu solçuluqda, kommunistlikdə günahlandırarkən, bir kəsim də onun zadəgan kimliyini, əsalətini, paşa nəvəsi olduğunu unutmur, başına qaxınc edir. Vətəni çapıb-talayanlar, zəli kimi qanını soranlar cani deyil, vətən xaini deyil, amma vətənin dərdlərini dilə gətirən Şair Vətən xainidi? Bu da məlum ki, canilər irtica üçün qorxulu deyil. Şair isə qüvvədi, qüdrətdi.
   
   Əvət, vətən xainiyim, siz vətənsevərsiniz, siz yurdsevərsiniz.
   
    Bən yurt xainiyim, bən vətən xainiyim.
   
   Vətən ciftliklərinizsə,
   
   kasalarınızın və çek dəftərlərinizin
   
   içindəkilərsə vətən,
   
   Vətən, şose boylarında
   
   gəbərməksə aclıqdan,
   
   
   
   Vətən, soyuqda it kimi titrəmək və isitmədən kıvranmaqsa yazın,
   
    fabrikalarınızda al-qanımızı
   
    içməksə vətən
   
    Vətən, dırnaqlarıysa ağalarınızın,
   
    Vətən, mizraqlı ilmühal isə, vətən,
   
    polis çopuysa,
   
    ödənəklərinizsə, maaşlarınızsa
   
    vətən,
   
    Vətən Amerika üstləri,
   
    Amerikan bombası,
   
    Amerikan donanması topuysa,
   
    Vətən kurtulmamaqsa kokmuş
   
    qaranlığınızdan,
   
    Bən vətən xainiyim.
   
   Yazın üç sütun üstünə
   
   qapqara haykıran puntolarla:
   
   Nazim Hikmət Vətən xainliyinə
   
   davam ediyor hala.
   
   
   
    ***
   
   Kommunist olmaq ayıbmı? Yenə qəribədir ki, hətta bizim məmləkətdə də dünənə qədər kommunist olanlar da Nazimə hücum edir. Bir ədəbi dəstə o birindən hayıf almaq üçün Nazimi hədəf seçir. Demək, Nazim var. Var! Zatən, olmayandan ötrü bu qədər savaşlar getməzdi ki?! Əslində bütün nifrətin kökündə bir səbəb var - onun böyük istedadı. Qalan hər şey bəhanədi.
   
   
   
   ***
   
   ... Amma qadınlar onu sevirmiş. Özü də elə sevirmiş ki, bu uğurda ailələrindən, uşaqlarından da imtina ediblər. Nə qadınlar olub həyatında! Hər sevgisinə də "ilk dafa seviyorum" demiş.
   
   
   
   Gəlsənə dedi bana,
   
   Kalsana dedi bana,
   
   Gülsənə dedi bana,
   
   Ölsənə dedi bana.
   
   Gəldim
   
   Kaldım
   
   Güldüm
   
   Öldüm.
   
   
   
    Bu şeir Veraya yazılıb. Nazim onun yanında öldü... Bir səhər yerindən qalxır, dəhlizə keçib poçt qutusuna əlini uzadır, qəzetləri götürmək istəyəndə yıxılır. İnfarkt! Bir misra da qulağımda çımlayır: "Nazim Vətəninə infarktım demiş"... Və bir də uzun illər əvvəl gənc dostunun ölümünə yazdığı nekroloqu xatırlayıram: "Elə ölülər var ki, mən onların öldüyünü düşündükcə vaxt olur yaşadığımdan utanıram. Onlar qədər dəyərli, onlar qədər böyük, onlar qədər yaxşı olmadığımı anladığımdan yaşamağım mənə ağır gəlir. Sonra yenə onlar qədər yaxşı, dəyərli və böyük olmaq üçün yaşamaq istəyirəm. Yazıçı dostum mənim bu ölülərimdən biridir. Dişlərinə yapışmış dodaqlarından ciyərlərini parça-parça, quru yarpaqlar kimi tökərək öləli bir il olur. Məncə, böyük bir ölünün ildönümündəyik". MƏNCƏ DƏ...
   
   ***
   
    O, mavi gözlü devdi...
   
   VƏə bir qadın hƏr zaman onu sevdi...
   
   
   
   Yanvar 2008


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK