adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Iyun 2013 10:52
20523
MƏMLƏKƏT
A- A+

Qafqaz Universitetində möhtəşəm bir gün

Qafqaz Universitetinə növbəti məzun günü keçirilib. "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında keçirilən tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Təhsil Naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, millət vəkilləri qatılmışdı.

Tədbirdə çıxış edən Universitetin rektoru Ahmed Sanic rəhbərlik etdiyi təhsil ocağının bir dünya universiteti olma yolunda sürətlə irəlilədiyini dedi: "Qafqaz Universiteti olaraq 45 fərqli ölkədə işləyən və təhsil alan gənclərimizlə qürur duyuruq”. Rektor valideynlərə, müəllim heyətinə, məzunlara ürək sözlərini çatdırıdı: "Əziz valideynlər ! Minbir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz" . A.Sanic qeyd etdi ki, universitet bu il mühəndislik fakültəsindən 65, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 170 və magistratura pilləsində isə 160 tələbə olmaqla 550 tələbəsini məzun edir. Onun sözlərinə görə, Qafqaz Universitetinin tələbələri 2012/2013-ci tədris ilində bir çox nailiyyətlərə imza atıblar: "8 noyabr 2012-ci il tarixində Qafqaz Universitetində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi”nin dörddəbir final mərhələsində Azәrbaycan bölgәsi üzrә komanda müsabiqəsində I yer-Azərbaycan Çempionu, II yer və 2 III yer; 2-5 dekabr 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi”nin yarım final mərhələsi, Cənubi Qafqaz açıq birinciliyi komanda müsabiqəsində 2 III dərəcəli diplom, fərdi müsabiqədə II dərəcəli və III dərəcəli diplom; 28 aprel 2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda komanda müsabiqəsində I yer, 2 II yer və III yerə layiq görülüblər. Eyni zamanda Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak edən Qafqaz Universitetinin komandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı il’ "Univision” - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsində Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə 1-ci yer tutub”. Ahmet Saniç çıxışında onu da bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir.

Azərbaycan Respublikasının təhsil Naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq Təhsil Şurasının sədri dr. Enver Özeren Bakı Dövlə Universitetinin rektoru Millət vəkili Akademik Abel Məhərrəmov Millət vəkili Respublika ağsaqqalar şurasının sədri Fəttah Heydərov çıxışlarında Qafqaz universitetdən məzun olmuş mütəxəsislər haqqında müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiklərini söyləyərək bu ilki məzunlara da belə olmalarını arzuladılar . Daha sonra Qafqaz Universitetinin tələbələrinin keçirdikləri sorğular nəticəsində ilin elm adamı və ilin şirkəti naminasiyaları üzrə hədiyələnmə mərasimi oldu. Millət vəkili Akademik Abel Məhərrəmov ilin elm adamı Azərbaycan Dövlət Neft Şirkəti ilin şirkəti elan olundu.