deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Yaxın sahillərdə... Adalet.az | Yaxın sahillərdə... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yaxın sahillərdə...

Səfər qeydləri

30873    |   2011-09-10 07:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BİRİNCİ GÜN
   
   Gürcüstan yaşıldı, yaşıl. Hara getsən, harda gəzsən elədi... Hələ dağların arasıyla yol gedəndə çay vadisinin gözəlliyini də bunun üstünə gəlsən... Hələ adamların üzünə yansıyan ruh rahatlığın da bunun üstünə gəlsən.
   
   ... Bu şəhər Qara dəniz sahilində liman şəhərıdı və böyük turistik ərazidi. Orta əsrlərdə Lazikanın, sonra Gürcüstanın bir parçası olub. Daha sonra buraları meqrel knyazları idarə edib. 1547-də hakimiyyət keçib Osmanlılara və 300 il bu torpaqlar onlara aid olub. 1878-də ruslar gəlib və... Bu gün ölkənin mədəni və iqtisadi həyatında mühüm rol oynayır. Tarixçilərin bu şəhər haqqında ilk məlumatlarına ilkin dövrlərdə rast gəlinir. O vaxtlar Batus deyirlərmiş. Aristotelin, Plininin, Flavi Arrianın əsərlərində də belə keçir. Sonra tarixin dolanbaclarında hakimləri, sülalələri, dinləri dəyişdirib - amma əldən-ələ keçsə də gözəlliyi dəyişməz qalıb. Məhz bu amil bu gün əhalinin mozaik tərkibini formalaşdırıb. 20-ci əsrin başlanğıcında siyasi təbəddülatlar yenə dəyişimlərə səbəb olub və Osmanlılar yenə şəhərin sahibi olublar. Sonrası məlum - Birinci Dünya Müharibəsinin sonu, Osmanlının məğlubiyyəti və Sovetlər və yenidən Gürcüstana ilhaq. Yazırlar ki, gürcü müsəlmanları özləri xahiş ediblər onları Gürcüstana birləşdirsinlər. Görürsüz böyük dövlətlər kiçik xalqların xahişlərinə necə diqqətlə yanaşırlar? Ehhh, nə fərqi tarixdə nə olub, nə olmayıb? Əsas odur ki, MƏN burdayam. BATUMİDƏYƏM... ...Oteldə yerləşəndən sonra gedib salamlayacam Böyük dənizi - Qara dənizi. Məni görüb də, mənə baxıb da çırpınsın bir az... ...Üzümü görən kimi hava niyə qaş-qabağını salladı bilmirəm, yağış çisələyir... Hava da mənə oxşayır... Ovqat adamıdı... E, hər nə isə odu... (bu nöqtələrdə yaza bilmədiklərimdi) Küçələrdə asfaltı söküb, yerinə xırda -kəsmə daş düzürlər. Görüntü olaraq gözəldi. Təzadlı olub şəhər-20 il əvvəl belə deyildi... Hə də, 20 il əvvəl çox şey başqa cür idi, mən də başqa idim. Qəribədi, Qara dəniz məni vecinə almadı... Nə çırpındı, nə çabaladı. Elə qıvrım-qıvrım gəlib, döndü geriyə... İnciyimmi dənizdən... Yox, qız, illərdən inci, bəlkə iyirmi il əvvəlki SƏNİ xatırlayır QARA Dəniz... Bugünkü MƏNİ tanımadı... Rəsul Rza demişkən-küləklər də sığallamır çiçəkləri... O yerdəki heç bir əzilib-büzülmə olmadan rahat oturub bir fincan çay içmək olur, ya da... SİQARAMIN DUMANINA SARSAM, SAKLASAM SENİ... Sabah gün çıxsın artıq...
   
   İkinci gün
   
   Gecə bir leysan yağdı ki, gəl görəsən... Yağışın şırıltısı, millət vəkilinin xorultusu mənə laylay çalsalar da yata bilmədim. Yuxum ərşə çəkilmişdi və bu avantajdan istifadə edərək bəzi muşahidələrim də oldu. Gecə kefi kök otelə qayıdan adamların melodiyalarını dinlədim. Qəribədi, içki kimlərisə xoşbəxt edə bilir. Elə şən səsləri vardı ki... ... Aydın və günəşli bir gün oldu. Səhər yeməyinə gedəndə gördüm ki, dünənki kimi otelin holunda qızlar oxuyur. Ağırbaşlı, ədalı bir kişi də lap elə dünənki kimi onlara göstərişlər verir. Otelin sahibidi yəqin, bazburutundan oxşayır. Gürcü dilini bilməsəm də Sakartvelo, Xevsuretiya, İmeretiya, Svanetiya sözlərindən anlaşılır ki, mahnı Gürcüstanı vəsf edir. Otel sahibi səhər tezdəndən qızları oxudub ləzzət alır deyəsən... Əməlli xozeyin görkəmi var.
   
   ...Bu da plyaj. Pullu deyil - amma Türkiyədəki kimi də deyil. Yəni hər otelin öz sahəsi yoxdu. İynə atsan yerə düşməz - o qədər adam var. Bizimkilər də çoxdu buralarda. (Yəni solaxay iş üçün buralara gəlməyə dəyməz). Günəş ilıqdı, yandırmır. Və Qara dənizin sularında islanıram. Akdənizin suyu kimi acı deyil, duzlu deyil... Rəşad, duzlu deyil Qara dəniz! Hüznlü də deyil...
   
   ...Gürcü mətbəxini sevirəm, amma qorxuram yeməkləri təsvir etsəm Seymur Baycanın mətnlərinə oxşasın yazdıqlarım. Vaz keçdim bu fikirdən...
   
   Bütün Gürcüstanda olduğu kimi Batumidə də monumental heykəllər çoxdu. Medeya diqqətimi çəkdi... Medeya bilirsiz kimdi? Qızıl Dərinin dalınca gələn Arqonavtlara yardımçı olan, Yasona yol göstərən, sonra xəyanətə uğrayan və qəzəbindən öz övladlarını qətl edən QADIN. Hər halda dünya ədəbiyyatı bu QADININ yanından ötüb keçməyib. Mən də keçmirəm, durub uzun-uzadı baxıram bu QADINA. Özünə layiq heykəli var. Ümumiyyətlə, Batumidə antik mifologiyaya aid heykəllər çoxdu. Hətta fontanlar da belə təsvirlərlə bəzədilib. Qədim Kolxida sayılır axı buralar. Buralar və Abxaziya. İndi gürcülərin əli çatmır Abxaziyaya, amma bura var da... Nə işdisə hər gecə feyerverk olur burda. Əvvəl elə bildim bayram -zaddı, soruşdum da... Amma yox, elə keflərindən atəşfəşanlıq eləyirlər... Ürəkləri bayram havasındadı... Gecə yata bilsəm, bu da mənimçün bayram olardı...
   
   Üçüncü gün
   
   ...Səhər dəhşətli baş agrısı və Alikin qızlarının səsinə oyandım. (unutdum qeyd edəm ki, qaldığımız otel ALİK adlanır və otelin qarşısında gördüyüm yepyekə Hammerin də nömrəsində yepyekə ALİK yazılıb. Deməli, xozeyin Alikdi, qızları da mələdən odu.) Bu baş ağrısı məndə uşaqlıqdan var və təxminən Ponti Pilatın baş ağrısı kimi bir şeydi. Təbii, mən Pilat olmadığım üçün kimsəni edam edib də baş ağrısından qurtulası deyiləm... Amma hərdən belə bir istək də oyanır içimdə... (gələndən sonra fikirləşdim, fikirləşdim ki, niyə Bulqakov yadıma düşdü, niyə? Sən demə, elə avqust ayında, amma 1939-cu ildə Bulqakovu bura ezamiyyətə göndərməliymişlər - "Batum" pyesini işləmək üçün. Bu pyes yazıçının vicdan sövdələşməsi olacaqmış - Stalinə həsr olunub, onu antik-mifik qəhrəmanlara bənzədəcək bir əsər olmalıymış. Amma sonra Xalqlar Atası nə fikirləşibsə pyesi tamaşaya qoymağı qadağan ediblər. Hər nə isə - bu fəhmlə kimlərisə xatırlamaq da bir xəstəlikdi deyəsən). Deməli, bu ağrı ilə günüm zay olacaq. Günün altında qala bilməyəcəm, bu o anlama gəlir ki, dənizə gedə bilməyəcəm və şəhərdə gəzə bilməyəcəm... Ölü kimi yataqda qaldım. Axşama yaxın bir az özümə gələn kimi işıqları az qala göyləri də parıldadan bu şəhərdə veyillənmək fikrinə düşürəm. ...Millət, burda faytonları ləğv etməyiblər. Atlar, bəzəkli faytonlar şəhərə yaraşıq verir. Mən də bu yaraşıqdan yerimək istəməyən ayaqlarım üçün istifadə edirəm. Batumun gecəsi də bir ayrı aləmdi. Mozaik bir aləmdi. Hər dildə söhbət eşitmək mümkündü, hər rəngdə insan görmək mümkündü... Amma nə müşahidə elədim - yeni, gənc nəsil rus dilini yadırğayıbsa da, balaca uşaqlarıyla bu dildə danışan gürcülərin sayı çoxalıb. Görünür, rus dilinin önəmini anlamağa başlayıblar. Məmləkət daxilində sayın millət vəkili üçün daşıdığım funksiyalara (ensiklopediya, vitrin, katibə, redaktor və sairə ) xaricdə tərcüməçi funksiyası da əlavə olunduğundan bizimçün də gündəmin vacib məsələsidi.
   
   ...Bulvar və plyaj bir aradadı. Bulvarda yerə taxta döşəyiblər. Səbəbləri barədə ancaq mülahizə yürütmək olar. Yenidən qurulur hər şey, amma səliqə-səhmanla qurulur. Maraqlı kompozisiyalar, heykəlciklərlə zəngindi bulvar... ...Baş ağrım yenə baş qaldırır deyəsən... Pilatın ağrısı ay işığında çoxalırdı... Ay olsaydı göydə mən də dənizdə yakamoza tamaşa edərdim - YOXDU... YAKAMOZ yoxdu... Uzaqda bir gəmi ağır-ağir ləngər vurur... Sezən necə oxuyurdu?.. SƏN DƏ OLMAZSAN ƏGƏR BATAR ARTIK BU GƏMİ... ...BEN HALA DOLAŞIYORUM AVARƏ, HANİ GÖRSƏN ENİ -KONU DİVANE... NE YAPDIYSAN OLMADI NƏ ÇARƏ... ...Yetər artıq dolaşdığın...
   
   Dördüncü gün
   
   Göydə süzən paraşütü izləyirəm sahildən... Gülməli gəlməsin, amma neçə illərdi bu paraşüt arzusu mənimçün fiksideya halına gəlib. Hətta keçən il Antalyada tam qərara gəldim, bütün ləvazimatı əynimə keçirdim və... son anda vaz keçdim - göyün bir qatında ürək çatmazlığından ölmək fikri məni daşındırdı arzumdan. Məndən qəhrəman olmaz anlaşılan... Hər şeyi çox götür-qoy edirəm. Yox, bəzən alt-üst elədiyim də olur... prinsiplərimi. Amma bu paraşüt məni birtəhər edəcək... İndi göydəki bəxtəvərə baxıb da fikirləşirəm ki, niyə belə olur, niyə? Niyə istəklərimiz, arzularımız və imkanlarımız üst-üstə düşmür heç vaxt? Belə baxırsan lap yaxındadı, əlini uzatsan götürəcəksən... Amma əlini uzatdığın an elə yandırırlar ki, külünü neçə il təmizləyib qurtara bilmirsən... YORULDUM HƏR BULDUĞUMDA KAYB ETMEKDEN... ...Lənət şeytana, bu nə fəlsəfədi yadıma düşüb? Dəniz var, günəş var... Düzdü, dalğa da var... Amma havaya qalxa bilmirsən, heç olmasa dənizə baş vur, həzz al həyatdan... ... Peşman oldum qəhramanlıq göstərməyimdən, heç suya girmək lazım deyilmiş... Dalğa məni elə çırpdıki ora-bura heç çıxa bilmirdim sudan, dartıb çıxardılar. Arada sevimli eynəyimi də su apardı. Qəribədi həmin eynəyi mənə keçən il elə Gürcüstanda hədiyyə eləmişdilər, elə Gürcüstanda da kayb etdim. Kayıblar yalnızca eynəklər olsaydı nə vardı ki... Hər nə isə, gedənin dalınca ağlamayım, sudan-zaddan içib toxtamaq lazım gələcək. 13-14 yaşlı cocuqlar arada gəzib su, dondurma, qarğıdalı flan satırlar. Balaca zənbilləri var, ağzını açıb da istədiyini verirlər ordan. Amma məsələ bu deyil - bu balaca zənbilin üstündə, bu balaca uşaqların əlində kiçicik kassa aparatı var və onlar hər qarğıdalıya görə bizə çek verirdilər. Allahım, deməli hər şeyi düzəltmək olar -sadəcə istək lazımdı... Yoxsa burda da imkanlar və istəklər üst-üstə düşmür?.. ...Kayb etdiklərimi düşünə -düşünə otelə qayıdıram. Sayın millət vəkili hər zaman olduğu kimi TV seyr edir. Amma birdən səslər diqqətimi cəlb edir. Çoxdan bu filmi görmürdüm, çoxdan... TV-də "Kral Liri " göstərirlər. Maraqla izləyirəm (Şekspiri sevirəm, "Kral Liri"-də xüsusən). Dublyaj variantını xatırladım - Səməndərin möhtəşəm ifasında. Bəli, məhz ifasında . Dublyaj böyük sənətdi - burda neçə anlam birləşir. İndi hər kanalın öz dublyaj studiyası var, ancaq mən tərcümə filmlərə baxa bilmirəm. Zövq vermir. Amma 30 il əvvəl eşitdiyim səs yadımdadı. Nə mane olur görəsən studiya rəhbərlərinə? Imkanlar, yoxsa istəklər... Yoxsa Kral Lir sindromu? Biz ümumiyyətlə, bu sindromdan əziyyət çəkən xalqlardanıq - yalançı təriflərə o qədər aludə olmuşuq ki, nə istəklərizi bilirik, nə də imkanlarımızdan xəbərimiz var... Bu günüm belə keçdi deyəsən... Mövzu ətrafında variasiyalar... İmkanlar və istəklər... Ta gəncliyimdən... motosikl sürmək arzum var idi...Çox istəyirdim...
   
   (Ardı var)


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK