Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL Adalet.az | SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL

Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmlisi xatırlanan keçmişdən oluşur.

40020    |   2009-11-07 00:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


(Əvvəli ötən şənbə saylarımızda)



... Qalib müttəfiqlər içində məğlub durumda olan bir ölkə vardı - Rusiya. Müharibə başa çatmamış 1917-ci ilin oktyabrında ölkədə inqilabmı, çevrilişmi deyək - hər nə isə bir şey olmuşdu. Vətəndaş müharibəsi məmləkəti tar-mar eləmişdi. Qərb də həmişəki ikili oyun siyasəti ilə həm Leninə, həm də ağqvardiyaçılara kömək edirdi. Qərbdən gələcək yardımın müqabilində Rusiya Brest sülhünün ağır şərtləri ilə barışmaq məcburiyyətində qalmışdı. Həmin çevrilişdən sonra Qafqazlarda üç müstəqil dövlət də yaranmışdı - Gürcüstan, Ermənistan və Azərbaycan. Ancaq Lenin Rusiyası güclənib özünə gələn kimi Qafqazlar yenidən rusların, indi də Sovet rejiminin idarəsi altına keçdi. Nəzərə alsaq ki, hər iki imperiyanın, yəni Osmanlının və Rusiyanın varisləri eyni durumda idilər və bu halda bir-birləriylə anlaşmaqdan başqa çarələri yoxdu - o zaman Mustafa Kamal Türkiyəsi ilə Leninin Rusiyası arasındakı yaxınlaşmanın səbəbləri aydın olur. Qurtuluş savaşı illərində bolşeviklər Türkiyəyə həm maddi, həm də əsgəri təchizat dəstəyi veriblər. Frunzenin Ankaraya gəldiyi də məlum, amma bilmədiklərimiz də var. Məsələn, Kronştadt qiyamı haqqında bilirsiniz. Amma üsyan kimin əli ilə yatırdılıb, onu bilirsinizmi? Bu haşiyənin söhbətə dəxli var. Ona görə bu faktları diqqətinizə çatdırmalıyam. Beləliklə, 1921-ci ilin martında Kronştadtda qiyam başlayanda motroslar dünənə qədər çiyin-çiyinə döyüşdükləri zabitlərə silah qaldırmaqdan imtina edirlər. Üsyandan sarsılan rejim bu üsyanı necə yatıracağını düşündüyü vaxt Ankaradan Moskvaya barış imzalamaq üçün bir heyət göndərilir. Hər iki yeni rejim Qərbdən gələcək təhlükələrdən qurtulmaq üçün buna ehtiyac duyur. Və elə mart ayında Moskvaya ayaq basan nümayəndə heyətindən qəribə xahiş olunur. Biri Moskvada, biri də Kazanda bulunan və hətta Qızıl Ordunun baş komandanı Trotskinin əmrlərinə tabe olmayan tatar birliklərinin bu işə qarışması rica edilir. Koskoca çarlığı devirən, amma bir qiyamın əlində əsir qalan ruslar dünyadakı nüfuzunu itirməmək üçün hər şeyə hazır idilər. 1921-ci ilin martında "Moskva sazişi" imzalanır. Ruslar Qars, Ərdəhan, İqdır üzərində hər bir iddiasından əl çəkir, milli mücadiləyə yardım edirlər. Bunun müqabilində türklər tatar birliklərini örgütləyib qiyamın yatırılmasına yardım edirlər, Batumidən əsgərlərini çıxarırlar. Nümayəndə heyətinin başçısı Əli Fuad paşa tatar birliklərini inandıra bilir və məsələ həll olunur. Bunu bilirdiniz? Heç mən də bilmirdim, yeni faktlardı mənim üçün. Hələ dahası var - İstanbulda olanlar, Taksim meydanından keçənlər ordakı Cumhuriyyət anıtını görüblər yəqin. Görməyinə görüblər, amma ordakı fiqurlar kimə aiddi bilirlərmi? Mən məsələn, bircə Atatürkü və İsmət paşanı tanıyıram orda. Arxa tərəfdə kimlər olsa yaxşıdı? Voroşilov və Frunze. Təsəvvür edirsiniz, İstanbulun ortasında iki Sovet generalının heykəli var. Nəzərə alsaq ki, anıt 1928-ci ildə hazırlanıb və burda İstiqlal savaşında, Cumhuriyyətin qurulmasında əməyi olanlar əbədiləşdirilib - həmin dövr üçün normal durumdu. Hələ bir az da irəli getsək, 1935-ci ildə CHP-nin IV qurultayının açılışında Atatürk öz nitqində Türk-Sovet münasibətlərindən belə danışıb: "Sovetlərlə dostluğumuz hər zamankı kimi sağlamdı və içdəndi. Qara günlərimizdən qalan bu dostluq bağını türk milləti unudulmaz, dəyərli bir xatirə bilir... Dövlətlərimiz hökumətləri ilə və uluslarıyla, hər fürsətdə bir-birlərinə nə qədər inandıqlarını və nə qədər güvəndiklərini bütün dünyaya göstərməkdədirlər... Türk-Sovet dostluğu millətlərarası barış üçün indiyə qədər yalnız xeyir və fayda gətirmişdi. Bundan sonra da yalnız xeyirli və faydalı olacaqdı".

Bütün bunları niyə xatırlatdım? Qars müqaviləsindən danışmaq üçün. Sevri qəbul etməyən Türkiyə Böyük Millət Məclisinin müttəfiqə ehtiyacı vardı. Təbii ki, böyük şimal qonşusu ilə münasibətlərin korlanması yolverilməz idi. Odur ki, 1920-ci ildə Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasını normal qarşılamaq lazımdı.



QARS MÜQAVİLƏSİ

Sovetlərin tərkibinə daxil olan hər üç respublika (Azərbaycan, Ermənistan, Gürcüstan) "Moskva sazişi"nin şərtlərini qəbul etməli idi. 1921-ci ilin 13 oktyabrında Kazım Qarabəkir paşanın təmsil etdiyi Türkiyə Böyük Millət Məclisi ilə yenə üç respublika arasında Qars müqaviləsi imzalanır. Əsas şərtə görə, Türkiyənin cənub sərhədləri müəyyən edilir və erməni məsələsi həll olunur. Amma bu müqavilənin şərtləri haqqında bu gün də doğru-düzgün məlumat yoxdu. Və bəzi fikirlərə görə, sözləşmənin keçərli şərti qəbul olunmayıb. Hər halda Naxçıvan haqqında beş maddədə ifadə edilən şərtlər açıq qalıb. Bəzi məlumatlara görə isə bu sazişin 25 illik keçərlilik zamanı var. Təsəvvür edin ki, bu məsələlər həm Tehran, həm Yalta, həm də Potsdam konfranslarında yenidən gündəmə gətirilib, yenə həll olunmamış qalıb. Hər kəsin oxuya biləcəyi ana mətndə isə tam məlumat yoxdu, gizlilik prinsipləri qorunur. Bilinən imzalanmanın tarixidi və imza qoyan şəxslərdi. Türkiyədən Kazım Qarabəkir paşa, Vəli bəy, Məmduh Şövkət bəy, Rusiyadan Yakov Qanetski, Ermənistandan Aşkenaz Mraviyan, Poqos Makisyan, Azərbaycandan Behbud Şahtaxtinski, Gürcüstandan Şalva Eliava, Aleksandr Svanidze. Və doğal olaraq 1991-ci ildə sovetlər dağılandan sonra Ermənistan Qars anlaşmasını tanımadı. Ruslara aid bu sazişin müstəqil (?) Ermənistana dəxli olmadığını və indiki sərhədlərin də keçərli olmadığını önə sürdü. Ermənistan Sevr anlaşması arzusuyla yaşayır. Görünən də budur ki, xəyallar gerçəkləşir.



LOZANNA ANLAŞMASI

Osmanlının sonuncu padşahı sarayı tərk etmə hazırlığındaykən İsveçrənin Lozanna şəhərində də bir başqa hazırlıq vardı. TBMM buraya 25 nəfərlik bir heyət göndərmişdi. Heyətə rəhbərlik İsmət İnönüyə tapşırılmışdı. Təmsilçilərə Lozannada izləyəcəkləri strategiya anladılmışdı və əsas üç məsələnin üzərində durulma tələb olunurdu:

1. Misaki-milli (Xalqın iradəsi) qəbul edilməli idi.

2. Türkiyə Cumhuriyyəti sərhədləri daxilində erməni yurdu yaradılması fikri əsla qəbul edilməyəcəkdi.

3. Təslimçilik aktları keçərli sayılmayacaqdı.

Son iki maddədə keçən şərtlər qəbul edilməzsə görüşmələr dayandırılmalı idi və saziş imzalanmayacaqdı.

... Ağır zaman idi. Təsəvvürümüzə gətirək - İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Yuqoslaviya və tək, yalqız Türkiyə. Boğazlarla bağlı məsələ müzakirə olunanda Rusiya və Bolqarıstan da duruşmalara qatılır. Burda həll olunacaq məsələlər isə yüz il sonranı əhatə edəcək hesablar idi. Zatən, yeni dünya düzəni anlayışını Qərb artıq tətbiq etməyə başlamışdı. Bu gün də Türkiyədə mübahisələr səngimir. Lozanna anlaşmasının Sevrdən heç bir fərqi olmadığını iddia edənlər var.

Lozanna anlaşmasının şərtləri əsas iki maddə ilə ifadə oluna bilər:

1. Türkiyə-Yunanıstan məsələləri - şərqi Frakiyadakı sərhədlərin müəyyənləşməsi, Egey adaları, Türkiyədə yaşayan yunanların və Yunanıstanda yaşayan türklərin yerdəyişdirməsi, Yunanıstanın Türkiyə torpaqlarındakı yıxıb-dağıtdığı, viranə qoyduğu yerlər üçün verməsi gərəkən savaş təzminatı;

2. Türkiyə ilə digər Avropa dövlətləri arasındakı məsələlər - bu məsələlər də siyasi və iqtisadi olmaq üzrə ikiyə ayrılır. Qərb dövlətləri Osmanlının iç işlərinə qarışırdılar. Etnik azlıqların haqlarından və təslimçilik aktlarından da yetərincə yararlanırdılar. Amma yeni Türkiyə dövləti qurucuları tam müstəqil olmaq və qərb dövlətlərinə verilmiş hər cür imtiyazı aradan götürmək istəyirdilər. Amma təbii ki, Qərb dövlətləri sahib olduğu haqları əldən vermək istəmirdilər. Ekonomik sorunların başında Qərb dövlətlərindən alınmış borclar gəlirdi. Bundan əlavə də Mosul və Boğazlar məsələsi əsas mövzulardan biri idi.

Təbii ki, bütün dünya gözünü sənə dikib parçalamağa hazırdısa və sən də yalnızsansa, mümkün olan nə varsa ona qane olmalısan. Üç qitədəki torpaqları ver və kiçicik bir coğrafiyaya sığın. Bu gün isə həmin kiçik torpaqların da davası gedir.

1922-ci ilin noyabrında başlayan görüşmələr bir nəticə verməyincə konfrans 1923-cü ilin fevralında dağılır. Aprel ayında dövlətlər yenidən toplanırlar. Bu dəfə daha konkret şərtlər irəli sürən Türkiyə təmsilçiləri 24 iyulda barış andlaşmasını imzalayırlar. Şərtlərə görə:



Sərhədlər:

a) Cənub sərhədləri - Suriya

b) İraq sərhədi - İraq İngiltərə himayəsi altında idi. Bu sərhədlər imzalanma ilə müəyyən oluna bilmədi. Zatən önəmli olan Mosuldu. Fəqət, İngiltərə Mosulu əldən vermək istəmirdi. Bu üzdən bu məsələ ertələndi.

c) Qərb sərhədləri - bu sərhədlər Misaki-milliyə görə müəyyənləşdi. Qərbi Frakiya və Egey adaları geri alına bilmədi. Yunanıstan yoxsul olduğu üçün Türkiyəyə savaş təzminatı yerinə Qaraağac və ətrafını verəcəkdi. Bəzi adalar yunanlara veriləcək, amma burda əsgər saxlamağa izn verilməyəcəkdi.



Təslimçilik aktları:

Türkiyənin də istədiyi kimi neçə illər ölkənin qalxınmağına mane olan bu aktlar Lozanna anlaşması ilə tamamən qaldırılır.



Etnik azlıqlar:

Yeni Türkiyə dövlətinin içində yaşayan bütün etnik azlıqlar hamısı Türk vətəndaşı sayılırlar. Şərqi Frakiyadakı türklərlə Anadoludakı yunanların yerdəyişdirilməsinə qərar verilir. Amma bu qərar İstanbulda yaşayan yunanlara aid olmur.



Savaş təzminatları:

Türkiyə Osmanlı dövlətinin borclarını ödəməyi haqlı olaraq rədd edir.



Dövlət borcları:

Osmanlı dövlətinin dövlət borclarını Türkiyənin payına düşən hissəsini taksitlə ödəməyə qərar verirlər.



Boğazlar məsələsi:

Boğazlar Türkiyəyə şərtli olaraq verildi. Şərtlərdən biri Boğazları bir komissiyanın nəzarətə götürməsi idi. Və tərəfsiz, əsgəri məzmun daşımayan gəmilər hər zaman burdan keçə biləcəkdilər. Ancaq savaş zamanı Türkiyə Boğazlardan istədiyi kimi istifadə edəcəkdi.



İstanbulun boşaldılması:

Bu andlaşma təsdiq olunandan sonra 6 həftə içində Antanta dövlətlərinin əsgəri gücləri İstanbuldan çıxmalı idilər.

Təbii ki, Lozanna anlaşmasını da ideallaşdırmaq lazım deyil. İşğalçı dövlətlərin niyyətləri burda da özünü göstərir. Amma nə edəsən? Məşhur türk yazıçısı Kamal Tahirin "Yol ayrıcı" əsərində qəhrəmanının dilindən səsləndirdiyi belə bir fikir var: "Demək dörd milyon yarım kvadrat kilometrlik bir imperatorluğun 700 illik hesabları təsviyyə edildi beş ay içində... Buna təsviyyə də deyilməz, mirası rədd etdik. Həm də borclarından bir qismini qəbul edərək rədd etdik. Nəinki bir dünya imperatorluğunun mirası, bir məhəllə baqqalının mirası belə bu qədər qısa zamanda təsviyyə edilib qərara bağlana bilməzdi". Gözəl deyilib...

Lozanna anlaşmasında həll olunmamış bəzi məsələlər sonralar 30-cu illərdə gündəmə gəldi və Atatürkün iradəsi ilə həllini tapdı. Məsələn, Hatay və Boğazlar məsələləri. Deyək ki, ruslar təslimçi Brest sülhünü sonradan II Dünya Müharibəsində öz xeyirlərinə çevirdilər. Amma həmin vaxt Atatürk həyatda deyildi. Və bu gün Sürixdə imzalanan protokollarda nələr var, bizi çox yaxın gələcəkdə nələr gözləyir bilmirik. Əgər Qars müqaviləsinin şərtləri bu gün də gizli qalırsa, Sürix haqqında bizə kim nə deyəcək?

***

...1933-cü ilin 6 fevralında Atatürk Bursada bir nitq söyləyir. Nitqin həqiqi, ya rəvayət olduğunu kimsə bilmir. Amma mənə elə gəlir ki, bu gün Türkiyədə baş verənləri nəzərə alsaq uzaqgörən Qazi elə belə də deməli idi:

"Türk gənci inqilabların, rejimin sahibi və keşikçisidi. Bunların lüzumuna, doğruluğuna hər kəsdən çox inanmışdır. Rejimi və inqilabları mənimsəmişdir. Bunları zəif düşürəcək ən kiçik və ya ən böyük bir kıpırtı və bir hərəkət duydumu, "bu məmləkətin polisi vardır, jandarması vardır, ordusu vardır" deməyəcəkdir, həmən müdaxilə edəcəkdir.

Polis gələcək, əsl günahkarları buraxıb suçludu deyə onu yaxalayacaq. Gənc "polis hələ inqilabın və Cumhuriyyətin polisi deyildir" deyə düşünəcək, fəqət əsla yalvarmayacaq. Məhkəmə onu məhkum edəcək, yenə düşünəcək "demək ədliyyəni də islah etmək, rejimə görə düzənləmək lazımdı".

Onu həbsə atacaqlar. Qanun yolundan etirazlarını yapmaqla bərabər mənə, İsmət paşaya, Məclisə teleqraflar yağdırıb haqlı və günahsız olduğu üçün təhliyyəsinə çalışmasını, bəraət almasını istəməyəcək. Deyəcək ki, "mən inanc və qənaətimin əvəzini yapdım. Müdaxilə və hərəkətimdə haqlıyam. Əgər buraya haqsız olaraq gəlmişsəm, bu haqsızlığı meydana gətirən səbəbləri və amilləri düzəltmək də mənim vəzifəmdi". Bax, mənim anladığım Türk gənci və Türk gəncliyi budur".

Uzun illər bu nitq yasaq altında qalıb, indi-indi bu barədə danışırlar. Ergenekon hadisələrini xatırlatmırmı?


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-16
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK