ANA SƏHİFƏ / SİYASƏT

Ədalət Vəliyev Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb

12106    |   2020-07-31 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb.

Adalet.az-ın məlumatına görə, görüşdə koronavirus pandemiyası, onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətlərində dövlət səviyyəsində həyata keçirilən tədbirlər; iyul ayının 12 -də Ermənistanın Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində təcavüzü və onun nəticələri; iqtidar-müxalifət münasibətlərinin mövcud vəziyyəti və perspektivləri; "Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti; qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi; rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə; əhalinin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Şöbə müdiri Ədalət Vəliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, həyata keçirilən qabaqlayıcı tədbirlər pandemiyanı nəzarət altına almağa imkan vermiş, onun ölkə iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə, heç bir sosial proqram təxirə salınmamışdır. Ədalət Vəliyev pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət büdcəsindən 3,5 milyard manat ayrıldığını, işsizlərə və pandemiya ilə əlaqədar olaraq işini müvəqqəti olaraq itirən vətəndaşlara Prezidentin göstərişi ilə ayada 190 manatın verildiyini qeyd etmişdir.

İyul ayının 12-də Ermənistanın Azərbaycanla Tovuz rayonu istiqamətindəki sərhəddə törətdiyi təcavüzə toxunan Ədalət Vəliyev onu ermənilərin işğalı davam etdirmək cəhdi olduğunu qeyd etmiş və qətiyyətlə pisləmişdir. Ermənistanın bu təcavüz hərəkətinə qarşı Azərbaycan xalqının göstərdiyi misilsiz birliyi, xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini, 43 siyasi partiyanın birlikdə, 4 partiyanın ayrılıqda Ali Baş Komandana dəstəyini ifadə edən bəyanatını yüksək qiymətləndirən şöbə müdiri, bunları xalq- iqtidar birliyinin nümayişi kimi qiymətləndirmişdir.

Ədalət Vəliyev ölkədə iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması, siyasi partiyalarla münasibətlərin sivil formalarının bərqərar olması istiqamətində Pzezident İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində yeridilən siyasətin dönməz olduğunu vurğuladı.

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsir etdiyini qeyd edərək, onun nəticələrinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, ancaq bu sahədə müəyyən boşluqların da olduğunu qeyd etdi.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində "Məşğulluq haqqında”, "Sosial sığorta haqqında”, "Pensiya haqqında” qanunların müstəsna rol oynadığına toxunan Teyyub Qənioğlu bu qanunların vətəndaşların mənfeyinə daha da uyğunlaşdırılmasının vacibliyinə diqqət çəkdi.

Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın müstəsna roluna toxunan Teyyub Qənioğlu bu sahənin daha sürətlə inkişafı üçün hökumətin maliyyə-kredit siyasətinin daha da təkmilləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırdı.

Ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil qaydaya düşməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, PA-nın strukturunda "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi”nin yaradılmasının əlamətdar hadisə hesab etdiyini qeyd edən Teyyub Qənioğlu ölkə həyatında siyasi partiyaların rolunun yüksəldilməsi üçün "Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinin, xüsusilə də partiyaların maliyyələşməsi ilə bağlı maddələrə yenidən baxılmasının vacibliyini nəzərə çatdırdı.

Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan sərhəddini pozmaq, yeni ərazilər işğal etmək cəhdini qətiyyətlə pisləyən Teyyub Qənioğlu, xalqımızın, mövqeyindən asılı olmayaraq demək olar ki, bütün siyasi partiyaların işğalla barışmayacağını, Ali Baş Komandan ətrafında sıx birləşdiyini nümayiş etdirdiyini yüksək qiymətləndirərək torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduğunu qeyd etdi.

Sonda tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqu müsbət qiymətləndirib, onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.




İmza:

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var - Azay Quliyev

Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA

QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi

Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir

Belarusda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlandı

Tarixçi Paşinyanın iddialarına cavab verdi: "Ərsak" sözünü saxtalaşdıra bilmədiklərindən dəyişib "Artsax" ediblər

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib

Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib

Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK