ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: RƏSUL QULİYEVİ BU QƏDƏR «MÜDRİK» BİLMİRDİM

21531    |   2020-07-31 11:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim qəzetin bir ənənəsi var, işdən getmiş adamların əleyhinə yazı çap eləmirik. Onlar vəzifədə olanda yazarıq, amma elə ki getdilər, day getdilər də. Gedənin ardınca danışmağı sevmərik.

Kim inanmırsa «Ədalət»in 30 illik qəzetlərini araşdırsın.

Rəsul Quliyev hakimiyyətdə olanda «Ədalət» qəzeti dəfələrlə onun əleyhinə yazılar çap edib. Qaldıraq qəzeti baxaq. Qəzetimizdə görə bilərsiz, özü də sənədlərlə, fotofaktlarla. Qarabağ savaşı vaxtı Azərbaycan Ermənistana neft satıb. Bu tərəfdə imza «Azərneftyağ»ın direktoru Rəsul Quliyevdi, qəbul edən isə Yerevandakı Razdan stansiyasının rəhbəridi. Və ora nə qədər neft göndərilib və onlar nə qədər qəbul edib və sair və ilaxır.

O vaxt təbii ki, qəzetimizə qarşı böyük bir hücum oldu, hətta «Azərneftyağ»ın işçiləri redaksiyaya hücum elədilər. Amma mən də gənc idim, Qarabağ dərdim vardı və qorxum yox idi. Çox layiqli cavablarını aldılar. Bunu ayrı bir yazıda yazaram.

Yəni o vaxtlar ki biz Qarabağda döyüşürdük, Rəsul Quliyevin zavodu Ermənistana yanacaq göndərirdi.

İstəsəniz həmin sənədləri və faktları, hətta şəkilləri yenidən dərc edə bilərəm.

Rəsul Quliyev hakimiyyətdən gedəndən sonra mən onun əleyhinə heç bir yazı çap etmədim və yazmadım. Və onu da qeyd edim ki, mən hakimiyyətdən gedənlərin əleyhinə yazı yazmağı xoşlamıram.

Qaldırın qəzeti, bu günə qədər də hakimiyyətdən getmiş Mütəllibovun, Vəzirovun, Rəsul Quliyevin, eləcə də Elçibəyin əleyhinə bizim qəzetdə bir yazı oxuya bilməzsiniz. Bir-iki sancma ola bilər, amma böyük yazılar olmaz.

İndi gələk məsələyə. Deməli, dünyanın bütün xalqlarında xalqın irəlidə olan adamları müdrikləşirlər. Çox qəribədir ki, mən bu günə qədər nə Vəzirovun, nə Mütəllibovun, nə Rəsul Quliyevin (Artur Rasizadə istisna olunur) müsahibələrində bu müdrikliyi görməmişəm. Yəqin heç görməyəcəm də.

Məsələ nədir? Deməli, Rəsul Quliyevin bir açıqlamasını oxudum. Deyir ki, Dağlıq Qarabağın ərazisi 4,4 min kv.kilometr idi və onun da 2,9 min kv.kilometrliyində ermənilər yaşayırdı, 1,5 min kv.kilometrliyində azərbaycanlılar.

Əvvəla, Rəsul Quliyev Qarabağı tanımır, Dağlıq Qarabağı isə heç tanımır. Yenidən qayıdırıq mətləbə.

Və deyir ki, ermənilər yaşayan əraziləri verək Ermənistana, vəssalam, söhbət bitib qurtarsın.

Deməli, Rəsul Quliyevin sözünə görə, ermənilər yaşadığına görə həmin torpaqları ermənilərə bağışlamalıyıq ki, sülh olsun.

Rəsul müəllim, bəs Ermənistanın təxminən 32 min kv.kilometr ərazisinin nə qədərində azərbaycanlılar və həm də nəsliniz yaşayırdı? Onda onlar da həmin torpaqları versinlər də bizə – Qafan, Zəngəzur, Göyçə və sair və ilaxır.

Rəsul Quliyev, imkanınız varsa ensiklopediyaları qaldırın baxın. Son ensiklopediyada (orda da ermənilərin əli var) göstərilir ki, Dağlıq Qarabağın 140 min əhalisi olub.

İndi mən açım sizə. Şuşanın əhalisinin 22,4 mini azərbaycanlıydı. Stepanakert - 55 min əhalisi, 15 mini azərbaycanlıydı. Xocalı - 10 min əhalisi azərbaycanlıydı. Martuni (bugünki Xocavənd) -əhalisinin 8500-ü azərbaycanlıydı. Mardakert (bugünki Ağdərə) - əhalinin yarısı azərbaycanlıydı. Əlimdəki həm rəsmi bəlgələrdən danışıram, həm də ensiklopediyadakı bəlgələrə görə danışıram. Mən hələ Malıbəylini, Quşçuları, Tuğu və sair və ilaxırı qatmıram. Əslində Dağlıq Qarabağda əhali əlli-əlliyə olardı.

Siz Ali Sovetin sədri olmusunuz, sizdə daha dəqiq bəlgələr var. Həmin vaxt ermənilər əhalinin erməni say artımını etmək üçün Bakıda və Yerevanda olan erməniləri də Dağlıq Qarabağda qeydiyyata alırdılar.

Rəsul Quliyev! Tarixə nəzər salsanız Qarabağda 5 erməni kəndi olub, onlar da bəylərinə «Məlik» deyirdilər, yəni beş erməni məlikliyi. Hamısının da ağsaqqalı Məlik Şahnəzər idi. Onun da nəslinin nümayəndəsi Şahnazaryan televiziyada etiraf elədi ki, biz əslində türkük, erməniliyi qəbul etmişik.

Və bu gün Azərbaycan kəndlərinin statistikasına baxsanız, uzaqbaşı bir neçə qəsəbəni siyahıdan çıxarsaq, hər kənddə 1500-2000 adam yaşayır. Deməli, həmin dövrə qayıtsaq, hər bir məliklikdə uzaqbaşı 100-150 ailə olardı ki, bu da eləsin 1000 adam.

Rəsul Quliyev, imkanın varsa bir az kitabları, tarixi oxu. Hətta sizin dediyiniz 2,9 min kv.kilometr əraziədə erməni yaşamayıb.

Faciəmiz bilirsiniz nədi? Başqa xalqların qəbul etdikləri siyasi liderləri və ya ağsaqqalları getdikcə müdrikləşir, bizimkilər isə…




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK