Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Yazıçılar Birliyinə girmək Adalet.az | Yazıçılar Birliyinə girmək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yazıçılar Birliyinə girmək

62413    |   2013-06-08 06:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çimərlik mövsümü rəsmən açıq elan olunan kimi bəziləri kitab-dəftərlərini də yığışdırıb Yazıçılar Birliyindən getdi. Onları qınamalı deyil, Yazıçılar Birliyində adamın nəfəsi tıncıxır. Soyuq havalarda çiyin-çiyinə verib keçinmək olur, amma yayda bu qurumda qalmağın heç yeri yoxdu. Bakının istisini özünüz bilirsiz də, daha nə deyim. Yay gələndə 20-30 nəfərlik avtobusda, 60-70 nəfərlik metro vaqonunda yol getmək zor bir işdi. Nə oturmaq mümkündü, nə də ayaq üstə duruş gətirmək. Bu istidə minlərlə üzvü olan Yazıçılar Birliyinə necə girməli?
Neçə gündü bu məsələ məni yamanca narahat edir. Suriyada baş verənlər heç umurumda da deyil. Türkiyə hökumətinin etirazçılara necə bibər qazı qonaqlığı verməsinə baxmıram. Qonaqlığın birinci günü baxdım, sonra gördüm ki, gözümdən su sel kimi axır. Bu üzdən o tərəflərə heç boylanmıram. Rusiya prezidenti Putinin öz həyat yoldaşından boşanması və bunu telekameraların qarşısında elan etməsi də vecimə deyil. Evlənəndə xonça tutmuşdum ki, boşananda da dərd çəkim? Özü bilər, arvadı bilər.
Fransada eynicinslərin bir-biri ilə evlənməsi xəbəri mənim üçün maraqlı deyil. "Cinsinizə lənət" - deyib, boş verirəm. Almaniyanın, Çexiyanın su altında qalmasını da gündəm xəbəri hesab eləmirəm. Bilmək olmaz, sel suları çəkiləndən sonra bələ oralarda da eynicinslər bir-birilərinə toy tutdular...
Bəzi gənclərin dostumuz Şərif Ağayarla həmrəylik nümayiş etdirib Yazıçılar Birliyindən çıxmaları xəbəri daha maraqlıdı. Müasir dillə desək, mən onları bir məsələdə ikiəlli dəstəkləyirəm. Hava ağırdırsa, nəfəs almaq mümkün deyilsə orada qalmağın nə mənası? Yazıçılar Birliyində qalıb boğulası deyillər ki?
Maraqlıdı ki, yayda havanın ağırlığından şikayət edib Yazıçılar Birliyindən çıxanlar gənclərdi. Əksər yaşlı şair və yazıçılarımızın oradakı havadan narazılığı-filanı yoxdu. Özlərini Maldiv adalarındakı kimi hiss edirlər. Ciblərində də rəhmətlik Əli Vəliyev demişkən, "dınışka" - yəni üzvlük bileti. Yubiley-filan keçirir, kitab təqdimatı qurur, çox vaxt da bir para istedadsız adamların cızma-qaralarını tərifləyirlər. Nadir hallarda daha ciddi işlə məşğul olurlar - Əkrəm Əylisliyə ölüm hökmü yazır, ona 37-ci ili xatırladırlar. Bir vaxtlar yazıçı və şairlərimizə məhkəmə quranlara düşmən kimi baxanlar indi qurduqları məhkəmələrə görə təqaüd-filan da alırlar. 5-6 gəncin Yazıçılar Birliyindən çıxmasını özlərinə dərd eləmirlər. Yazıçılar Birliyinə girmək üstündə həmişə növbə yaratmaq olar. Nə çoxdu girmək istəyən.
Yazıçılar Birliyinə girmək məsələsinə gəlincə... Orada qalıb gedənləri tənqid edənlərin açıqlamaları bu yay günlərində məni lap tərlətdi. Onların deməyindən belə anladım ki, Yazıçılar Birliyindəki havadan narazılıq edib çıxanların bəziləri tanışlıq, kiminsə tapşırığı ilə quruma qəbul edilibmiş. Bəzilərinin ilk kitabı isə Yazıçılar Birliyinə girəndən sonra çıxıbmış.
Bu istidə ağır da olsa, götürək elə Yazıçılar Birliyinə üzvlük məsələsini. Rəhbərliyin ara-sıra mətbuata verdiyi açıqlamaları oxuyanda adam dəhşətə gəlir. Həmin açıqlamalardan məlum olur ki, təşkilat öz üzvlərinin sayını dəqiqləşdirə bilmədiyindən neçə ildi qurultay keçirə bilmir. Üzvlərin sayı ilə bağlı bir-iki dəfə rəqəmlər də açıqlanıb. Bizim Yazıçılar Birliyinin üzvlərinin sayı bəzi babat Avropa ölkələrindəki ordunun sayından çoxdu.
Nizamnaməsini oxumasam da, mən biləni adını, soyadını, varsa təxəllüsünü düzgün yaza biləni həmən Yazıçılar Birliyinə qəbul edirlər. Deyilənə görə, bəzi istisnalar da var. Paytaxtın "Sahil" bağına gəlib yol hərəkəti qaydalarını pozmadan yolu keçən Yazıçılar Birliyinə girə bilər.
Sözün açığı, neçə vaxtı ki, yolumu "Sahil" bağı tərəfdən salmıram. Qorxduğumu bir balaca etiraf edirəm. Deyirəm birdən Yazıçılar Birliyindəki dost-tanışlardan biri qolumdan tutub saldı məni içəri və vəsiqəni də güclə qoydu cibimə.
Kimdi bu istidə Yazıçılar Birliyinə girən...
Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK