ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Azercell” jurnalistləri Milli Mətbuatın 145 illiyi münasibətilə təbrik edir

83987    |   2020-07-22 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci il iyulun 22-də, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində "Əkinçi” qəzetinin nəşrinə başlayır.

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyətilə ictimaiyyətin köməyinə gəlib. Bu gün dədünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı yorulmadan çalışanlar, həqiqəti göstərmək üçün vuruşanlar, daim araşdıranlar, olanları çatdıranlara ən böyük ehtiyac duyulur.

"Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim edir. 21-27 iyul müddətində 7.000 "Mediacell” tarifi istifadəçiləri simvolik "1875” açar sözünü "5005” qısa nömrəsinə göndərməklə "Azercell”dən hədiyyə olaraq 5GB mobil internet əldə edə bilər.

Qeyd edək ki, 5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür.

Daha ətraflı məlumatlahttps://www.azercell.com/az/personal/campaigns/monthly/metbuatsəhifəsindən tanış olmaq mümkündür.

Mətbuat nümayəndələri üçün "Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan, ölkəmizdə jurnalistikanın inkişafına yönəlik bir sıra layihələr həyata keçirən Azercell, hər zaman bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib.

Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. Vurğulamaq istərdik ki, indiyədək 450-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.

Bizi xəbərsiz qoymadığınız üçün təşəkkür edirik, dəyərli media əməkdaşları!

Daha ətraflı məlumat üçün[email protected]ünvanına müraciət edə bilərsiniz.




İmza:

“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur

“Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib

Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir

"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi

“iPhone”ların satışı 30 faiz azala bilər

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib

Tvitter Tik Toku almaq niyyətindədir

Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib

Telefonun parolunu arvada verəcəksinizsə...

“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər

Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb

SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK