ANA SƏHİFƏ / HÜQUQ

Baş Prokurorluq: Tovuzda yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı cinayət işi başlanıb

7796    |   2020-07-16 12:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verildiyi kimi, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi kobud şəkildə pozularaq mövqelərimiz atəşə tutulmuşdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınmaqla onlara sarsıdıcı zərbələr vurulmuşdur.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə, beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini, 1949-cu il tarixli "Cenevrə Konvensiyası”nın müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında müddəalarını, ö cümlədən müharibə hüququnun əsas prinsiplərini və ümumqəbul edilmiş qaydaları kobud şəkildə pozmaqla, mülki əhali və döyüşənləri fərqləndirmədən, mülki əhali arasında itkilərdən qaçmalı olduqları halda, birbaşa və qəsdən mülki əhalının sıx yaşadığı əraziləri hədəfə alıb atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törətmişlər.

Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Əliyeva Telarə Əhməd qızına məxsus evə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulmuşdur.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılmış, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.




İmza:

Baş Prokurorluğun nümayəndələri COVİD-19-la bağlı videoformatda keçirilmiş tədbirdə iştirak ediblər

Saxlanılan bələdiyyə sədri və sabiq icra nümayəndəsinin görüntüləri yayıldı - VİDEO

Baş Prokurorluğun nümayəndələri beynəlxalq videokonfransda iştirak edib

“Muxtar” ləqəbli terrorçu Azərbaycana ekstradisiya olundu - RƏSMİ

Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Prokurorluq Xırdalandakı qətllərlə bağlı məlumat yayıb

Göyçayda evi icazəsiz tərk edən koronavirus xəstəsinə qarşı cinayət işi başlanıb

General: Cinayətlərin 95 faizdən çoxunun üstü açılıb

Baş Prokuror xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Baş prokurorluq mətbuat işçilərini təbrik edib

Prokurorluq Lənkəranda iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yayıb

SON XƏBƏRLƏR
2020-08-07
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK