ANA SƏHİFƏ / SİYASƏT

Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

5722    |   2020-07-13 18:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər

Trend-in məlumatına görə, İtaliyanın nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər.

İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında deyilir:

"Avropanın kandarında çox təhlükəli müharibənin yenidən alovlanması təhlükəsi mövcuddur: 1990-cı illərin əvvəllərində otuz mindən çox insanın ölümünə və bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə etməklə baş verən şiddətli silahlı qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və bir müddətdir ki, dalana dirənmiş danışıqların yenidən bərpa edilməsinə böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin hərbi təxribatları barədə məlumat verir və rəsmi İrəvanın uzun müddətdir ki, danışıqları əngəllədiyini bildirir. Atəşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir”.

İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri, Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldinin bəyanatında deyilir:

"Tovuz rayonunda, Dağlıq Qarabağ bölgəsinin şimalında Ermənistan-Azərbaycan sərhədi boyunca silahı qarşıdurmalarla bağlı xəbərləri təəssüflə öyrənirəm. Xatırlatmaq vacibdir ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (İtaliyaya neft təchiz edən boru) və Cənubi Qafqaz qaz boru kəməri Tovuz ərazisindən keçir və qeyri-sabitlik Avropaya da öz ağır təsirini göstərəcəkdir. Təxribatlar və qarşıdurmalar həll yolu deyildir. Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrindən irəli gələrək tərəflərin mümkün qədər qısa zamanda ATƏT-in himayəsi altında danışıqlar masasına qayıtması üçün İtaliyanın səylərinə ümid edirəm”.

Habelə məsələ ilə bağlı İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də birgə bəyanat vermişlər. Həmin birgə bəyanatda qeyd olunur:

"Ermənistan və Azərbaycan sərhədi boyunca, şimal istiqamətində baş verən qarşıdurmaları böyük narahatlıqla izləyirik. İnanırıq ki, hər hansı silahlı qarşıdurmalar həll yolu deyildir, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrini əsas götürərək dialoq yolu ilə həllin vacibliyini bir daha bildiririk. Beləliklə, ATƏT-in himayəsi altında hər iki tərəfin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsi və gücləndirilməsi ilə bağlı tərəfləri danışıqlar masasına gəlməyə təşviq etmək üçün İtaliya Hökumətinə müraciət edirik. ATƏT-in Minsk Qrupunun üzvü kimi bizim ölkə münaqişənin həmişə siyasi həllinin tərəfdarı olmuşdur. Bu yanaşma, 20 fevral tarixində imzalanmış "Azərbaycan və İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə də təsdiq edilmişdir.”

Parlamentarın bəyanatları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri, o cümlədən "Polticamente Corretto”, "Politica News”, "Finanze Yahoo”, ‘Yahoo Notizie”, "Agenzia Nova” kimi xəbər saytlarında, habelə müvafiq sosial media şəbəkələrində dərc olunub.

Müvafiq keçidlər əlavə olunur:

https://www.politicamentecorretto.com/2020/07/13/azerbaigian-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-rischio-nuova-guerra/

https://www.politicanews.it/politica-estera/crisi-armenia-azerbaigian-petrocelli-m5s-rischio-di-una-nuova-guerra-13593

https://www.agenzianova.com/a/5f0c20716652b4.69296668/3020969/2020-07-13/nagorno-karabakh-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-si-rischia-nuova-guerra

https://www.agenzianova.com/a/0/3021277/2020-07-13/nagorno-karabakh-grimoldi-lega-provocazioni-e-scontro-non-risolveranno-nulla

https://it.finance.yahoo.com/notizie/lega-governo-lavori-per-tavolo-di-pace-azerbaigian-120717676.html

https://it.notizie.yahoo.com/lega-governo-lavori-per-tavolo-di-pace-azerbaigian-120717676.html

https://www.facebook.com/422056461203957/posts/3090326374376939/?d=n

https://twitter.com/GrimoldiPaolo/status/1282619913287471107

https://twitter.com/BoldiRossana/status/1282646836822659072?s=20




İmza:

XARİCİ İŞLƏR NAZİRLƏRİ NƏ DANIŞACAQLAR VƏ NƏYİ DANIŞACAQLAR?!

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb

Aİ ölkələrinin XİN rəhbərləri Türkiyə ilə ittifaq arasındakı münasibətləri müzakirə edəcəklər

Qənirə Paşayeva: Aliment ödəyə bilməyənlər üçün...

Sabah Milli Məclisdə 6 məsələ müzakirə ediləcək

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb

Hikmət Babaoğlu: "Birgəyaşayış şərtlərini diqtə edən tərəf biz deyilik"

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK