ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ONLAR BİZİ QORUYUR

Bəs onları kim qoruyur?

18258    |   2020-07-14 09:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Onların hər anı, hər saatı, hər günü bir mücadilədir desək, yanılmarıq. Hətta mücadilədən də güclüdür. Çünki onlar koronavirus kimi bir təhlükə ilə mübarizə aparır, insanları xilas eləmək istəyir, bu yolda həyatlarını riskə atırlar...

... Onlar görə-görə, bilə-bilə, hiss edə-edə Əzrayılın qarşısına çıxırlar. Və daha doğrusu, Əzrayılla çiling-ağac oynayırlar! Çox vaxt da bu çilin-ağacda onlar Əzrayılın dizini yerə qoyur, ölümün pəncəsindən bu xəstələri alırlar. Və bəzən də həkim xəstəni xilas eləsə də, Əzrayıl onun özünü yaxalayır...

... Bu gün iki peşə sahibi – həkimlərlə polislər bu böyük bəlaya qarşı Azərbaycanda çox böyük mücadilə edirlər. Bu mücadilə heç də elə-belə başa gəlmir. Yəni xəstəliklə mübarizədə bəzi hallarda həkimlər də, polis əməkdaşları da türk qardaşlarımızın dili ilə demiş olsaq, həyatlarını kayb edirlər.

Hər iki peşə sahibi xəstəliyin məmləkətimizdə ilk gündən tüğyan elədiyi vaxtdan bu günə qədər bu mücadilənin önündə gedirlər. Onlar da başqaları kimi min cür bəhanə gətirər, xəstələndiklərini deyər, çətin vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtararlar. Amma onlar başqalarından fərqli olaraq, bu müharibədə, bu mücadilədə sinələrini qabağa verərək nə az, nə çox, düz 24 saat döyüşürlər...

... Bu döyüş elə-belə döyüş deyil... Bu döyüş çox güclü bir virusla mücadilədi... Bu döyüş insanın ölüm və qalım məsələsidi! Bu məsələni həll etmək, o yükü çiyinlərdə daşımaq və ən çətin, ən ağır anda ölüm ayağında olan xəstəni xilas etmək elə də asan deyil. Çünki bu bir insan taleyidi, bu bir insan həyatıdı...

...Onlar düz 4 aydır doğmalarının, ailələrinin, balalarının üzünə həsrətdirlər... Onlar 4 aydır gecə-gündüz bilmədən xidmət aparırlar... Onlar 4 aydır ürəklərinin atəşini, gözlərinin nurunu, qəlblərinin sevincini kritik anda olan və son nəfəsini yaşayan insanlara bəxş edirlər... Və bu sevgini, bu işığı, bu nuru heç də hər peşə sahibi başqalarına ötürə bilməz...

Həkimlərlə polislərin nələr çəkdiyini bu çətin məqamda bir onların özləri bilir, bir də həyatlarını xilas etdikləri insanlar. Bayaq dedik axı, həkim var ki, düz 4 aydır, ailəsinin üzünə həsrət qalıb. Polis əməkdaşı var ki, düz 4 aydır gecəsi-gündüzü yoxdur. istirahətsiz-filansız 24 saat işləyib sərt karantin rejimində 40 dərəcə istilikdə xidmət aparır və axırda da onun özü də virusa yoluxaraq xəstəxanaya düşüb. Sirr deyil ki, bu gün neçə-neçə həkim və neçə-neçə polis əməkdaşı xidmət apararkən bu bəlaya düçar olub. Onların bir çoxu sağalsa da, neçəsi xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib.

... Bu anlarda həkim var ki, ağır vəziyyətdə reanimasiyada müalicə olunur və həyatı tükdən asılıdı. Tükdən asılı olan bu insanları yəqin ki, əməli-saleh işləri və bir də Allah-Təala xilas eləyə bilər. Onlar neçə-neçə insana şəfa verbilər, ölümün pəncəsinə alıb qurtarıblar və axırda özləri ölümlə üzbəüz dayanıb. Bu mücadilədə Allah-Təala o həkimləri, o gözəl insanları hifz eləsin! Əlimizdən gələn odur ki, onlara Allah-Təaladan can sağlığı arzulayaq və koronavirusla mücadilədə dözüm diləyək!

... Axı onların hər birini gözləyən və nə vaxtsa gəlişinə sevinən doğmaları var. Bəzən onların ayaq səsi doğmalarının qulağında eşidilir. Zarafat deyil, 24 saat kombinzonda işləmək, stres yaşamaq və tez-tez boğulan xəstələri xilas etmək hər bir həkimdən güclü mücadilə və bir də möhkəm səbr tələb edir. Xəstələr heç vaxt kombinzonun içərisində olan o həkimləri tanıya bilmirlər. Yalnız onların gözlərini görür və səslərini eşidirlər. Gözlərini gördüyü və səslərini eşitdiyi bu həkimlərdən ağır vəziyyətdə olan, daha doğrusu, süni tənəffüs aparatına qoşulan xəstə kömək istəyir. Və həkim bu köməyi bəzən göstərir, bəzən də göstərə bilmir. Bax, göstərə bilməyəndə o həkimin nələr çəkdiyini özündən başqa kimsə hiss eləyə bilməz...

... Çünki heç bir həkim istəməz ki, xəstəsi keçinsin və o da o bəd xəbəri xəstənin sahibinə çatdırsın. Çox ağırdı, çox! Başqalarını həyatın xilas edən həkimin ölümü barədə onun ailəsinə başqa bir həkimin xəbər verməsi görün nə qədər gözyaşardıcı, qəlbsıxıcı və kədərli bir məqamdır.

Həyatını riskə atan həkimlər və polis işçiləri dünyasını dəyişərkən adi insanlar kimi vəfat etmirlər. Çünki onlar görə-görə, bilə-bilə odun-alovun içinə gedirlər. Elə bil ki, yağı düşmənin - ermənin üstünə gedən Azərbaycan əsgəri necə döyüşürsə, döyüşüb şəhid olursa, bax, koronavirusla mücadilədə də döyüşən həkimlər və polislər də elə bir şəhiddirlər. Ən azından ona görə ki, onlar dünyanı cənginə alan və İkinci Dünya Müharibəsindən də dəhşətli olan koronavirusla döyüşürlər. Bu döyüş təbii ki, qurbansız keçmir. Bu döyüşdə hətta xəstənin həyatını xilas edən həkimlər belə şəhid olurlar. Bu mücadilədə şəhid olan həkimlərin və polis əməkdaşlarının ruhu şad olsun!

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirir ki, 3 polis əməkdaşı sərt karantin rejimində xidmət apararkən koronavirusa yoluxub, onlar xəstəxanaya yerləşdirilib. Müalicə olunsalar da sağalmayıblar, dünyalarını dəyişiblər. Deməli, dünyalarını dəyişən hər üç polis əməkdaşı həm də şəhidirlər! Bununla yanaşı, bu gün xəstəxanalarda müalicə olunan və müalicə olunub işə qayıdan neçə-neçə polis əməkdaşı var. Onlardan ikisi mənim yaxın dostumdur, hər ikisi polis zabitidir. Və hər gün xəstəxanada müailicə olunan dostlarıma Allah-Təaladan can sağlığı arzulayıram. Çünki hər iki polis zabiti çox ziyalı, savadlı və vətənpərvər bir insandı. Ümidvarıq ki, onlar tezliklə sağalacaq, ailələrinin yanına dönəcək və yenidən iş başına qayıdacaqlar. Təki bütün xəstələr tezliklə sağalsın və ailəsinı dönsün!..

... Gərək biz insanlar da həkimlərin və polislərin tövsiyələrinə əməl eləyək. Sanitar-gigiyenik qaydaları pozmayaq, maska taxaq. Çünki onlar uzun müddətdir əhalini maarifləndirir, əksər insanlar isə deyilənlərə əməl eləmirlər. Amma indi-indi deyəsən əhalinin böyük hissəsi bu təhlükəni hiss edir və virusdan özünü qorumaq üçün qaydalara riayət etməyə çalışırlar.

Həkimlər də, polislər də bizi bu təhlükəli virusdan qorumaq üçün 24 saat xidmət aparırlar. Zarafat deyil ey, 24 saat! Onlar bizi qoruyur, bizi bu bəladan xilas eləmək istəyir, biz isə bəzi hallarda bu məsələlərə çox laqeyd yanaşırıq. Onlar bizi qoruyur! Bəs onları kim qorumalıdır?! Onları da bu xalq, bu millət, bizim hər birimiz qorumalıyıq ki, həkimlər də, polislər də, bu xalqa, bu millətə xidmət eləyə bilsin. Bizi sevənləri və bizi qoruyanları biz də sevməli və qorumalıyıq!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK