ANA SƏHİFƏ / YAZARLAR

Fazil Mustafa: "Hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa..."

10218    |   2020-07-13 11:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkədə koronavirusa qarşı mübarizədə uğurlarla yanaşı çətinliklər də kifayət qədərdir. Xəstəxanalarda yer olmadığına görə evində müalicə alanların sayı da günbəgün artmaqdadır. Həkimlərimizin və tibb bacılarımızın da bəzilərinin bu xəstəliyə yoluxması durumu daha da mürəkkəbləşdirir. Əlbəttə, bu müalicənin evlərdə peşəkar nəzarətdənkənar qalan hissəsinin problemləri də ortaya çıxmaqdadır. Belə durumlarda insanları ən çox düşündürən vətəndaşların hüquq bərabərliyi məsələsidir. Hansısa tanınmış vətəndaşla bağlı mediada həyəcan qaldırılır ki, bəs vəziyyəti ağırdır, ona xüsusi diqqət göstərilməlidir. Bu cür məsələlərə həmişə həssaslıq göstərən ölkə prezidenti, birinci vitse-prezidentimiz bu kimi çağırışlara da dərhal reaksiya verərək məsələni öz nəzarətlərinə götürürlər, virusa yoluxmuş bu dəyərli insanların xilası üçün yardım edirlər. Digər tərəfdən tanınmış bir alim, yazar, həkim, müəllim və ya jurnalistlə bağlı müraciətlər olanda da bizlər də deputatlar olaraq gücümüz çatan köməyi etməyə çalışırıq və onların yerləşdirilməsi və sağlıq durumu barədə ictimaiyyətə məlumat veririk.


Bunlar əlbəttə nəcib işlərdir və səlahiyyəti olan hər bir şəxsin yardım göstərməsi bir insanlıq borcudur. Xüsusilə də bu gün əgər bir fərqləndirici peşə sahibləri varsa, onlar da həkimlər və tibb bacılarıdır, xəstəxanalarda ilk öncə ən yüksək xidmət onlara göstərilməlidir. Bununla belə, fikrimcə, bu kimi dəstəkləyici addımların mediada, sosial şəbəkədə işıqlandırılmasını dayandırmaq çox vacibdir. Koronavirusa yoluxmuş xəstələrə yönəlik rəsmi və ya qeyri-rəsmi dəstəkləyici addımların mediada işıqlandırılması cəmiyyətimizdə xəstəliyə yoluxmuş vətəndaşlarımız arasında qeyri-bərabərlik duyğusu yaratmış olur. Haqlı olaraq vətəndaş dilə gətirir ki, hamımız xəstəyiksə, hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa, dəyərli və dəyərsiz xəstə ayrımını cəmiyyətə tirajlamanın nə mənası var? Düşünürəm ki, mediada ancaq həmin tanınmış insanların sağlıq durumu ilə bağlı məlumatlar verilə bilər, ancaq "necə yerləşdirilib, kim yerləşdirib, əlahiddə hansı qayğı göstərilir" kimi ifadələrin, bilgilərin mediada, sosial şəbəkədə yerləşdirilməsi ciddi narazılıq yarada bilər. Vətəndaşın hamısı dövlət üçün əzizdir, dəyərlidir və müalicə olunmaqda bərabər hüquqlara sahibdirlər. Belə bir həssas dövrdə onsuz da gərginlik içində olan xəstələrimizi, onların yaxınlarını incitməmək üçün ərdəmli davranış sərgiləməyimiz olduqca vacibdir.





İmza:

YAZARIN ARXİVİ

2013-06-15 : Ərdoğana istefa
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK