ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ETİBAR BƏY, BUNLAR DİLİN ZƏNGİNLİYİDİ

19454    |   2020-07-09 09:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostum Etibar Əliyev 1986-cı ildə çıxmış «Xalqımızın deyimləri və duyumları» kitabında 1400-dən çox qarğışın olduğunu yazır. Daha sonra qeyd edir: «Ümumiyyətlə, qarğışın şagird, tələbə, müəllim, professor, evdar qadın, həkim, bənna üçün nə əhəmiyyəti var?»

Dostum, ola bilsin o saydığın insanlar üçün və ya mütəxəssislər üçün qarğışın heç bir əhəmiyyəti olmasın və istəmərəm də ki, kimsə kiməsə qarğış eləsin. Özü də qarğışın iki tərəfi olur, bəzən qarğış onu edənin özünü tutur.

Məsələ başqadı. Ortada dil faktoru var, dil mədəniyyəti, dilin zənginliyi var. Və bu qarğışlar da dilimizin zənginliyinə dəlalət edir.


Özü də bir çox xalqlar da öz dillərindəki nəinki qarğışları, hətta söyüşləri toplayıb dərc edirlər. Çünki o söyüşlər də dilin zənginliyindən yaranır. Elə uzağa getməyək, qardaş Türkiyədə də belə kitablar dərc olunur. Xüsusilə söyüşlər kitabı. O kitabı görmüşdüm, yadımdan çıxıb dəqiq, beş minmi, əlli minmi söyüş vardı. Rəqəm fərq etməz .

Azərbaycanda da Rasim Qaraca söyüşləri toplayıb bir kitabça çap eləmişdi.

Ümumiyyətlə, söyüş söymək və ya qarğış etmək tərbiyəsizlikdi.

Demək istəmirəm ki, bizim xalq tərbiyəsizdi, qətiyyən! Sadəcə olaraq, dildi də.

Dostum, mənim türklərdən başqa ən çox sevdiyim, hörmət etdiyim xalq yaponlardı. Bu xalq haqqında çox məlumatlıyam, çox oxuyuram onlar haqqında. Bir ara dillərini də öyrənmək istədim, sonra hövsələm çatmadı. Özü də deyim ki, yapon dili Altay dil qrupuna aiddi, türk kökənlidi. İstəsəniz bu dəqiqə sizə yapon dilində əllidən artıq söz saya bilərəm ki, Azərbaycan dilində olduğu kimi işlənir. Hətta İsmin 6 hal şəkilçisi də bizim dildə olduğu kimidi.


Niyə yaponlardan misal gətirdim? Yer üzündə yeganə xalqdı ki, dillərində söyüş yoxdu. Bircə dənə həqarətedici ifadələri var: «Mono hito». Tərcüməsi «pis adamsan». Vəssalam! Yəni yaponun ağlına gəlmir ki, kiməsə «eşşək» demək olar, «eşşək oğlu eşşək» demək olar və sair və ilaxır. Görünür, bəlkə də Yaponiyada heç eşşək adam yoxdu ki, ona da eşşək oğlu eşşək deyələr.

Amma bizdə elə adam var ki, gərək ona üç «ş»la «eşşşək» deyəsən. Heç uzağa getməyək, sosial şəbəkələrdə bəzi statusları və şərhləri oxuyun.

Belə-belə işlər, dostum Etibar Əliyev. Sən hamını öz arşınınla ölçmə.

Sözgəlişi. Bizdə adətən qarğışları qadınlar edir. Amma izləsəniz görərsiniz ki, qardaş Türkiyədə görkəmli siyasətçilər, hətta dövlət başçıları belə ağzını qarğışla açır. Onlar qarğışa «bəd dua» deyirlər.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK