ANA SƏHİFƏ / YAZARLAR

Qərbli kimi danışıb, şərqli kimi yaşayanlar - Emin Piri yazır

22165    |   2020-07-10 08:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şərq-Qərb. Mənə elə gəlir ki, biz bu iki kəlmə arasındakı defis işarəsini daha çox əvəz edə bilərik. Nə Şərqi, nə də Qərbi. Məhz defis işarəsini. Necə ki, həmişə şərq və qərb düşüncəsinin arasında qalmışıq. Arada qalmaq taleyimizə yazılıb.

İstər siyasi, istər düşüncə tərzi, istərsə də yaşam tərzimiz bu iki fəlsəfənin arasında gəl-getdədir. Bu ikili fəlsəfə həyatımıza o qədər nüfuz eləyib ki, öz şəxsiyyətimizdə belə bir-birinə təzad olan iki şəxs formalaşıb. Düzdü, bu aralıq nə qədər intelektual insanlarımızın yetişməsinə xidmət etsə də, o qədər də həyatımızı acıya çevirib.

Biz qərbli kimi danışıb, şərqli kimi yaşayanlarıq.

Rütbəli insanları, həkimləri, vəzifəli adamları hər zaman qınayırıq. Sosial şəbəkələrdə , mediada qınaq yazanları siz bir də toylarda, hüzr məclislərində görəsiniz. Qınadıqlarına hörmət ən üst səviyyədə olur. Niyə belə təzad? Bu qədər özünü inkar niyə?

Universitetə qəbul zamanı hüquq, tibb fakültəsini birinci sırada yazırıq. Əcəba, özümüz də qınanmaq istəyirik? Yoxsa qınanmaqçün niyə yarışaq? Bəlkə elə qınaqlarımız da ikili prinsipə söykənir?
Şəhərin mərkəzi küçələrində elliklə Qarabağ deyib, hayqırsaq da, övladlarımızın hərbi xidmətini səngərdə keçirməməsi üçün bütün resurslarımızı işə salırıq.

Hətta Keniyadan Amerikaya gedən biri (söhbətin kimdən getdiyini hər halda anlamaq çətin olmaz) "amerikalıyam” deyib ölkəsi uğrunda çox şeyə gedə bilir. Biz isə burda doğulub, bu torpağı yeyib sonrasa kiçik ölkədə "filan rayonluyam” deyə qürurlanırıq. Bu cür kiçilmə zamanla şəxsiyyətin özünün də cılızlaşması prosesini aparır. Düşüncədə regional areal nə qədər böyük olarsa, şəxsiyyətin böyüməsi də o dərəcədə böyük olur. Böyük düşüncənin ruhu da, şəxsiyyəti də böyük olur.

Adi bir söyüş üstündə kimisə öldürə bilərik, amma Qarabağda ermənilərin nəinki söyüşü, həyata belə keçirdiyi söyüşün alt qatı qarşısında susuruq. Nədənsə bu zaman dahilərin səbr etməklə bağlı məşhur kəlamlarını xatırlayırıq.

Hə, bu yerdə Koroğlu yadıma düşdü. And içmişəm, bu gün döyüş olmasın. Məhz Koroğlu nəvələrinin sərf etməyəndə belə andı, səbri xatırlaması da təsadüfi deyil.

Hər hansı fəlsəfi fikir açmadan sadə məişət tərzimizə nəzər yetirərək kiçik münasibətlərdən danışım.

Qadın və kişi fərqi qoymadan cəmi bir neçə detalı deməklə qəribə bir mənzərəylə qarşılaşarıq. Müasir düşüncəli xanımla bir restoranda əyləşirsən. O, sənə saatlarla qadın haqlarından mühazirə oxuyur. Avropa dəyərlərindən danışır, həyatın müştərək olduğunu bildirir. Özünün də qərbli xanım olduğunu isbatlamağa çalışır. Amma bu iki saatlıq mühazirədən sonra bu cür xanımlar hesab zamanı gözlərini sənin əllərinə zilləyəcək. Beləliklə, "qərbli xanım” bir anda şərqliyə çevrilir. Buradan göründüyü kimi bizim qərbli və ya şərqli olmağı maliyyə resurslarının hansı yöndə və meyarlarla hərəkət etməsindən aslıdır.

Və yaxud həyatın müştərək olduğunu,qadının zəif olmadığını isbatlamağa çalışan xanımlar metroda, marşrutda özlərinə yer tapmadığını gördükdə gözləriylə sənin gözlərini eşməyə çalışacaq. hətta biraz yer gec verilsə Azərbaycan kişisi adına bir-iki atmaca da atmağı unutmayacaq....Mən demirəm ki, bu cür dəyərlərimizdən imtina edək. Əksinə, bu cür jestləri bəyənirəm. Amma, ancaq və lakin niyə biz bizə lazım olanda qərbli oluruq, belə anlardasa şərqli. Sırf öz mənafeyimizə sərf edən formada...

İş yerində xanımlarla "qərbli olan milli kişi”, öz ailəsində xanımıyla münasibətdə bircə anın içində şərqliyə çevrilir. Çöldə mehriban, centelmen kişi doğma xanımlarına zindan həyatı yaşadır. İnsanlarımızın belə dəyişmə qabiliyyətinə hər halda avropalılar da heyran olar. Elmin çevrilmə qanunları da belə ani metamarfozalar qarşısında acizdir.

Bütün bunlardan sonra düşünürəm ki, biz bədbəxt adamlarıq. Ancaq ətrafımızda, hər yerdə xoşbəxt görünməyə çalışır, hətta hər vəchlə xoşbəxt olduğumuzu insanlara sübut etməyə çalışırıq. Bir dostumun söylədiyi kimi "biz öz bədbəxtliyini xoşbəxtcəsinə yaşayan insanlarıq”.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK