ANA SƏHİFƏ / MƏMLƏKƏT

AQTA “Könüllü Qida Nəzarətçisi“ proqramına yeni qoşulan könüllülərlə videokonfrans keçirib

6720    |   2020-07-02 18:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Könüllü Qida Nəzarətçisi" proqramına yeni cəlb edilən könüllülər ilə videokonfrans keçirilib.

AQTA-dan Adalet.az-a bildirilib ki, Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseynin də iştirak etdiyi videokonfransda muasir dövrün innovativ məşgulluq məsələləri, gələcəyin ixtisasları və peşə seçimində mövcud olan əsas məqamlar müzakirə olunub. AQTA-nın Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri könüllülərə AQTA-nın fəaliyyət istiqamətləri və "Könüllü qida nəzarətçisi” proqramı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində nəzarətçi qismində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb olunmalarını təmin etməkdir.

Onlayn konfransda pandemiya şəraitində yaranan mövcud vəziyyət, COVID-19-un profilaktikası istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə könüllülərə məlumat verilib. Qeyd olunub ki, Agentlik tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla ictimai iaşə obyektləri və ərzaq məhsullarının ticarəti ilə məşğul olan topdan və pərakəndə satış obyektlərində koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlanaraq sahibkarlara təqdim edilib və sözügedən metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə mütəmadi reydlər həyata keçirilir. Bu sahədə sahibkarların və istehlakçıların maarifləndirilməsi işlərinə AQTA-nın könüllü qida nəzarətçiləri də cəlb edilib. Agentlik əməkdaşları videokonfransda könüllüləri maraqlandıran suallara da aydınlıq gətiriblər.

Qeyd edək ki, "Könüllü Qida Nəzarətçisi" proqramı çərşivəsində könüllülərlə videokonfranslar mütəmadi olaraq davam etdiriləcəkdir.




İmza:

Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər

Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ

Aqil Abbas: “Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...”

Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib - FOTO

Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib

Yüzlərlə ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi - SİYAHI

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir - CANLI

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı - SƏRƏNCAM

Hamımız yorulmuşuq karantin rejimindən, bu bir əziyyətdir - Şahmar Mövsümov

Avqustun ortalarında hava sərin keçəcək

Polis və Daxili Qoşunların əməkdaşları Bakı küçələrində - FOTO

Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ

Nurəddin Xoca: Yoluxma sayı artıb deyə camaatı qorxutmayın!

Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”da açıqlama

Rusiya ilə təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Məktəbli formaları neçəyədir? - BTE-dən açıqlama

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

Neftçalada yasda iştirak edən 17 nəfər saxlanıldı

İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur

AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı

Çadırda Üzeyir Hacıbəyov doğula bilməz

SON XƏBƏRLƏR
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK