ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Bütün qadınlar ya bakirədir, ya da fahişə”

48014    |   2020-07-03 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi adlar var ki, o terminə və ya hansısa xüsusiyyəti, görünüşü adlandırmaq üçün bir brendə çevrilir. Məsələn, elə Kafka. Necə ki, "Kafkaesk” deyə bir kəlmə dilimizə düşüb. Yazdığı roman, əsərlərlə cəmiyyətin, çarəsizlik içində olan insanların nəbzini tuta bilmişdi.

Duyğularının üzə çıxmasının əsas səbəbi atası idi. Atası hər nə qədəroğlunun uğurlu biri olmağı üçün cəhdlər etsə də bu, özünü doğrultmadı. Düzdü, Kafka hüquqdan məzun oldu. Amma vaxtının çoxunu kitab oxumaqla keçirirdi. Həmçinin çəlimsiz olması və vaxtının çoxunu kitablara ayırması atasına görə lazımsız işlər idi.

Vəkillik sahəsində uğur qazana bilməyən Kafka özünü sığorta işində yoxlamağa qərara gəldi. İş qəza sığortasında şöbə müdiri kimi çalışan Kafkanın iş saatları çox, işləri isə sıxıcı idi. O yazıçı dostu Maks Broda hadisələri belə yazmışdı: " Nə qədər işlədiyimi düşünə bilməzsən…İşçilər sərxoş kimi iş maşınlarının içinə yıxılır, bütün nərdivanlar yellənir, yuxarı qoyulan hər şey aşağı yuvarlanır, aşağı qoyulan hər şey də kiminsə ayağına dolaşır. Üstəlik nərdivanlarla enib qalxarkən burcudan gənc qızlar da başımı ağrıdır.”

Kafka gecələri Praqa fahişəxanlarına gedir, bar qızları, ofisiantkalar ilə bir gecəlik həzzini yaşayırdı. Bütün bunlara baxmayaq seks Kafkanı diksindirirdi. Onunçün orta hədd yox idi. Ona görə bütün qadınlar ya bakirə, ya da fahişədir. Yatdığı qadınlarla sonradan əlaqəsinin qalmasını istəmirdi. Evlilik söhbəti onun ürəyini bulandırırdı. Yazıçıya görə dünyaya yeni nəsil gətirmək xoşbəxtliyinin cəzasıdır.

Bu qüsurlarına, özünə əminsizliyinə baxmayaraq Kafka bir neçə uzun müddəıtli münasibət yaşaya bildi. Ancaq bu qadınlarla yatıb və ya yatmadığı məlum deyil. 1912-ci ildə Berlində Maks Brodun evində xanım Bayerlə tanış oldu. Amma qıza fiziki problemləri ilə bağlı xeyli özündən əminsiz məktublar yazdı. Bayer yazıçının bir çox əsərlərinin ilham mənbəyi oldu. Bayer yazıçıya o qədər ilham, özgüvən verdi ki, Kafka ona öz dostu Qrey Blok ilə xəyanət etdi. Blok sonradan uşağının atasının Kafka olduğunu dedi. Yazıçının iş həyatı bu səbəbdən sığorta şirkətində bitdi. Bayer Bloka yazdığı sevgi mətublarını onun iş yerində hər kəsin içində oxumuşdu…

Kafka məktublar vasitəsilə dostu Pollakın arvadı Milena ilə münasibət yaratdı. Bu münasibət isə 1923-cü ildə yazıçının israrı ilə bitdi. Sonradan Milena yazıçının əsərində model kimi obraza çevrildi. Məktublar vasitəsilə xanımla münasibət qura bilən ola Kafkanın müasir facebook, inbox vasitəsilə necə tanışlıqlar qura biləcəyini düşünmək hər halda maraqlı olardı…

Kafka 1923-cü ildə yəhudi uşaq düşərgəsində tərbiyəçi Dora ilə tanış oldu. Yaşının yarsı qədər olan yəhudi Dora yazıçı ilə birlikdə Talmudu oxuyub müzakirə etdilər, Fələstinə köçüb restoran açmağın xəyalını qurdular. Amma Kafka ağır xəstə idi. Kafka baş ofisiant, Dora isə restoran şefi olacaqdı. Amma 1924-cü ildə yazıçının ölməsi bu planları alt-üst etdi.

Kafkanı dostları xəstəliklər xəstəsi adlandırırdı. Miqren, yuxusuzluqdan əziyyət çəkmək, asmabronxit, revmatizm, çiban, barmaqlarının yüngül deformasiyaya uğraması, göz problemi, halsızlıq və bir çox xəstəlik, çatışmazlıqlar onun yol yoldaşı idi. Yazıçı bunlara pəhriz və gimnastika ilə qlaib gəlməyə çalışırdı. Bu səbəbdən vegeterianlıq da seçdiyi pəhriz yollarından biri idi.

1917-ci ildə sitelizə olunmamış süd içdiyinə görə xəstələnən yazıçının ömrünün son yeddi ili müalicə almaq və ciyərlərinə təmiz hava axtarmaqla keçdi. Ölümündən öncə Broda əsərlərini yandırmağı vəsiyyət etmişdi. Amma Brod bu əsərləri yandırmadı, əksinə bir neçə yeni əsərini çapa verdi. O , bu hərəkəti ilə yazıçının ədəbiyyat tarixindəki yerini qorudu.

Təhlükəsizlik üçün taxılan baretin Kafkanın kəşf etdiyini iddia edənlər var. Sığorta şirkətində çalışarkən işçilərin təhlükəsizliyi naminə bunu onun yaratdığını deyirlər. Bu fakt hər nə qədər doğru olsa da, olmasa da Kafka Amerika təhlükəsizlik cəmiyyətindən qızıl medal almışdı.

Cılız bədəni və zəif əzələlərinə görə xarici görkəmindən nifrət edir, bu əsərlərində də öz yerini tapırdı. O, ağırlıq qaldırma ilə də məsləhətlə məşğul olur, həmçinin fitness müəllimi Müllerin planı üzrə pəncərə önündə gimnastika ilə məşğul olurdu.

Kafkanın dietləri arasında ən çox diqqət çəkənlərdən biri Fletçerizm idi. Fletçer hər qidanın 45 dəfə çeynəndikdən sonra udulmasını iddia edirdi. Ona görə təbiət çeynəməyənləri cəzalandıracaqdı. Kafka da bunu edir,masa arxasında dayanmadan qidasını çeynəyirdi. Bundan çimkənən atası üzünə qəzet tutaraq onun arxasında bu mənzərini görməməkçün gizlənirdi.

Ət yeməyini cinayət sayan Kafkanın babası qəssab idi. Bütün bunlardan sonra atası hər halda onu uğursuz biri bilməliydi. Təsəvvür edin, qəssab nəvəsi ət yeməyi cinayət sayır. O hətta akvariumdakı balığı seyr edərkən belə demişdi: " İndi səni huzurla izləyə bilərəm. Çünki daha səni yemirəm.

Nudist sağlamlıq mərkəzinə gedən yazıçı burada soyunmağı rədd etmişdi. Onun bu hərkətinə görə ona şortikli adam deyirdilər.

Qaranlıq məkanlar haqqında daha çox yazan Kafka açıq havaya daha çox meylli idi. Dostu Maks Brodla tez-tez hava yürüşünə çıxdığı deyilir. Dövrün dəbi bu sayılan nudist hərəkatına da qoşuldu. Amma yenə də soyunmağı rədd edirdi. Nudist sağlamlıq mərkəzinin qarşısından çılpaq adamlar keçərkən Kafka xoşagəlməz sürprizlərlə qarşılaşmalı olurdu.

Tərcümə etdi: Emin Piri




İmza:
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK