ANA SƏHİFƏ / DÜNYA

Rusiyada turizm mövsümü gec bitəcək

9226    |   2020-06-29 20:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il Rusiyada turizm mövsümü gec başlayacaq, lakin oktyabr-noyabr aylarına qədər davam edəcək.

Vesti.ru xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Baş nazir Mixail Mişustinlə görüşü zamanı açıqlayıb.

Ümumiyyətlə, D.Çernışenko bütün istirahət mərkəzlərininuzun sürən koronavirus pandemiyasından sonra normal işə qayıtdığını qeyd edib. Baş nazirin müavini bildirib ki, Rusiyada turizm qiymətləri artmayıb - hotellərdə və kurortlarda yaşayış qiymətləri 2018-2019-cu illər mövsümü səviyyəsində saxlanılıb.

M.Mişustin ölkənin 70-dən çox bölgəsinin iyulun 1-dən etibarən turistləri qəbula başlaya biləcəklərini deyib.

Onun sözlərinə görə, turizm sənayesi xidmətlərinə tələbat artmağa başlayır, lakin Rusiyada yerləşmə obyektlərinin yüklənməsi bu günə qədər 20-30 faiz arasında dəyişir. Ölkə hökuməti bu mövsüm 20-22 milyon insanın tətilini Rusiya daxilində keçirəcəyini gözləyir.




İmza:
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK