ANA SƏHİFƏ / MARAQLI

Həkimlər hamilə qala bilməyən hindistanlı qadına kişi olduğunu dedilər

24938    |   2020-06-28 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hindistanda həkimlər uşaq dünyaya gətirə bilməyən 30 yaşlı qadının kişi olduğunu açıqlayıblar.

Bu barədə PTI nəşri yazıb.

Kəlküttə şəhərinin sakini qadına xas bioloji əlamətlərə sahib olub. Doqquzildir evli olan qadın hamilə qala bilməyib. Onda həmçinin qarın hissədə ağrılar müşahidə olunub.

Qadın kömək üçün həkimlərə müraciət edib və inkişaf etməmiş yumurtalıqlara sahib olduğu üzə çıxıb. Bundan əlavə, yoxlamalar zamanı onun kişi cinsiyyət xromosomlarına sahib olduğu ortaya çıxıb.

Yumurtalıq xərçəngi diaqnozu qoyulan qadın haqqında onkoloq Anupam Dutta bildirib:

"Səsi, inkişaf etmiş sinə, xarici cinsiyyət orqanları - bütün bunlar qadın olduğunu göstərir”.

Həkim qeyd edib ki, bu çox nadir bir haldır. Hindistan sakininin ana tərəfindəki iki qohumunun da oxşar vəziyyətdən əziyyət çəkdikləri məlum olub. Hazırda qadınkimya terapiyası alır, vəziyyəti stabildir.




İmza:
SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK