ANA SƏHİFƏ / MƏMLƏKƏT

Evdə müalicə olunan koronavirus xəstələri bu qaydaları pozarsa, məsuliyyətə cəlb olunacaq

12129    |   2020-06-27 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus xəstələrinin evdə müalicəsinə dair sənəd hazırlanıb.

Adalet.az-ın məlumatına görə, "Evdə müşahidə edilməyə dair iltizam” sənədinə əsasən, karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar

Koronavirus xəstələrinin evdə müalicəsinə dair qaydalar:

1) Müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir.

2) Mobil tətbiq mütləq qaydada yüklənilməlidir.

3) Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir.

4) Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır.

5) Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət edilməlidir.

6) Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir.

7) Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir.

8) Təqdim edilən təlimatın digər müddəalarına riayət edilməlidir.




İmza:

Sığortalan və sağlam ol: İcbari Tibbi Sığorta ilə bağlı mediada yeni layihə

Yas mərasimləri hansı formada keçirilməldir? - RƏSMİ

Abşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycanlı generallar ön xətdə: Tapşırıqlar verildi

Faiq QİSMƏTOĞLU: GÜNVURMA

AĞSUDA YAS, ASTARADA TOY

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

Hacı Şahin: Günahkarlıq hissi + VİDEO

Böyükşor gölünə “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan tullantı suları axıdılmır - Anar Cəbrayıllı

AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı

Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib

Sərt karantin rayonlarından İsmayıllıya istirahətə gələnlər aşkarlandı

SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK