ANA SƏHİFƏ / TEXNOLOGİYA

İşimizi ASAN-laşdıran elektron ödənişlər - imkanlar və çağırışlar

23639    |   2020-06-23 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Günümüzün ən aktual məsələlərindən olan elektron ödəniş sisteminə keçid Azərbaycanda 2017-ci ilin əvvəlindən tətbiq olunmağa başladı. Bu gün ölkə ərazisində fəaliyyət göstərən böyük ticarət obyektlərində elektron ödəniş sistemindən geniş şəkildə istifadə olunur. Təsadüfi deyil ki, 2017-ci il ilə müqayisədə bu gün elektron ticarətin dövriyyəsində dəfələrlə artım olduğunu görürük. Doğrudur, bu, hələ də istənilən səviyyədə olmasa da, xüsusilə paytaxt və böyük şəhərlərdə elektron ödənişlərə maraq artan templə davam edir. Hazırkı rəqəmlərə görə ölkə üzrə elektron ticarətin dövriyyəsi 2 milyard manat civarındadır. Nəzərə alsaq ki, bu rəqəm 2017-ci ildə 300 milyon manat səviyyəsində olub, bu faktın özü elektron ticarətdə gedən inkişafın bariz göstəricisidir. Bu sahənin inkişafı üçün beynəlxalq təcrübədə müxtəlif təşviqedici alətlərdən istifadə olunur. Məsələn, bir çox dünya ölkələri elektron ticarətin iştirakçısı olan vətəndaşlarına müxtəlif qiymətli hədiyyələr verir, o cümlədən ödəniş qəbzlərinin lotoreya kimi müsabiqələrdə iştirakına şərait yaradır. Azərbaycanda da elektron ticarətin inkişafı üçün müxtəlif təşviqedici addımlar atılır. 2018-ci ildən etibarən, təqaüd kartlarının nəğd vəsait olmadığı halda 100 manat həcmində alış-veriş etmək üçün aidiyyəti banklarla bir sıra ticarət obyektləri arasında müqavilə bağlandı. Hazırda da bir sıra ticarət mərkəzlərində təqaüd kartlarından 100 manat həcmində nəğdsiz ödəniş etmək mümkündür. Bu sistemin tətbiqi nəğdsiz ödənişlərin artımında önəmli paya sahib oldu.

Təəssüf ki, hələ də elektron ticarətin həcmi istənilən səviyyədə deyil. Bunun isə bir neçə obyektiv və subyektiv səbəbləri var. Ən başlıca səbəb maliyyə qurumlarına - banklara vətəndaşlar arasında etibar olunmamasıdır. Banklara etimadın az olmasına səbəb kimi 14 bankın bağlanması və vətəndaşların hesablarındakı vəsaitin müəyyən müddətdə dondurulması göstərilə bilər. Bundan başqa zaman-zaman bank sistemində problemlərin yaşandığını görürük. 3 il əvvəl "DəmirBank” ASC-nin sistemindən 3 milyon manatın oğurlanması hələ də maliyyə sistemində təhlükəsizliyin tam şəkildə qorunmasına şübhələr yaradır. Bu da vətəndaşların öz vəsaitlərini banklara əmanət etməsinə çətinliklər yaradır. Nəzərə alsaq ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyanın bank sistemində yaşandığı üçün digər təşviqedici addımlarla banklara etimadı bərpa etmək mümkündür. Azərbaycanda banklar vətəndaşları cəlb etmək üçün "kəşbək” imkanı (Geri ödəniş-müəll.) təklif edir. Banklar arasında kəşbək həcminin fərqli olması maliyyə qurumlarınada müştəri cəlb etmək üçün əsas imkandır. Digər tərəfdən banklar bir neçə il əvvəldən başlayaraq nəğd kreditləri "kredit kartları” ilə əvəzlədi. Kredit kartlarının geniş yayılması da elektron ödənişlərin dövriyyəsinə müsbət mənada təsir edir.

Bu gün kommunal ödənişlər üçün elektron ödəmə sisteminin tətbiq olunması vətəndaşlara həm vaxt, həm də enerji baxımından kifayət qədər üstünlük verir. Hazırki dünyanın böyük bəlasına çevrilən, insanları evdə qalmağa məcbur edən koronavirus (COVID-19) pandemiyasının elektron ödənişlərin nə qədər vacib və aktual olduğunu göstərir. Kommunal ödənişlərin elektron qaydada həyata keçirilməsi üçün kifayət qədər platforma imkanı var. Hətta kommunal xidmət qurumlarının elektron saytlarından da ödəniş etmək mümkündür. Banklar tərəfindən istifadəyə verilən mobil əlavə (əplikeyşnlar) vasitəsi ilə də ödəniş etmək imkanı mövcuddur.

Bütün bunlar onu göstərir ki, rəqəmsal idarəetməyə keçid bütün sahələrdə üstünlüklər yaradır. Bu sistemin tətbiqi və genişləndirilməsi istər sosial, istərsə də iqtisadi baxımdan önəmli və vacibdir. Beynəlxalq təcrübəyə istinad etsək inkişaf etmiş ölkələr öz iqtisadiyyatlarını belə elektron ticarət üzərində qurur. Bu, həm də müasir dövrün tələbidir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə onun verdiyi üstünlüklərdən maksimum dərəcədə yararlanmaq cəmiyyətlərin inkişafına töhfə verir. Hazırda dünyanın ən böyük elektron ticarət platforması "Amazon”dur. "Amazon”un illik ticarət dövriyyəsi 2 trilyon dollar həcmindədir. Bu vəsaiti inkişaf etməkdə olan ölkələrin büdcəsi ilə müqayisə etsək "Amazon”un ticarət dövriyyəsi dəfələrlə çoxdur. Bu da elektron ticarətin gəlirlilik səviyyəsini açıq şəkildə göstərir. Təəssüf ki, Azərbaycanda "Amazon” və bu kimi digər platformalara rast gəlmirik. Bu da elektron ticarətdə hələ çox iş görməli olduğumuzu göstərir. Etiraf etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə işlər görülür. Bu yaxınlarda 18 faizlik əlavə dövlət vergisinin (ƏDV) müəyyən hissəsinin geri qaytarılması üçün "edvgerial.az" platforması yaradıldı. Bu platformada nəğdsiz ödənişlə alınan mallara tətbiq olunan ƏDV-nin 15 faizi alıcıya geri qaytarılır. Nəğd alışlarda isə 10 faiz həcmində geri ödəmə həyata keçirilir. Burada məqsəd həm də nəğdsiz ödənişlərin həyata keçirilməsini təşviq etməkdir. 5 faizlik interval da məhz bunun üçün nəzərdə tutulur. Hələlik bu ximət yalnız böyük ticarət mərkəzləri və yeni nəsil kassa aparatları olan obyeklərdən alış-veriş etdikdə mümkündür. Gələcəkdə bu xidmət sahəsinin də genişlənəcəyi gözlənilir. Hazırda geri qaytarılan ƏDV məbləği ilə kommunal, telefon və digər ödənişlər həyata keçirilir. Platformada banklarla əməkdaşlıq nəzərdə tutulsa da, hələlik heç bir bank kartına köçürmə etmək mümkün deyil. Amma yaxın gələcəkdə bu məsələnin də həlli gözləniləndir. Bu platforma həm vətəndaşların gəlirlərinin müəyyən qədər artmasına, həm də elektron ödənişlərin təşviqinə dəstəkdir. Bu təcrübə bir çox ölkələrdə həyata keçirilsə də bizim üçün yenidir. Məsələn, Türkiyədə hər hansı bir məhsul alarkən ödənilən 18 faizlik ƏDV-nin müəyyən hissəsini xüsusi aparatlar vasitəsi ilə anında geri almaq mümkündür. Azərbaycanda isə bu platforma bir qədər fərqli formada tətbiq olunur.

Yuxarıda qeyd etdiyimiz bütün məsələlər elektron hökumətin tərkib hissəsidir. Elektron hökumətin inkişafı üçün bu gün müxtəlif platformalar istifadəyə verilib. Elektron ödənişlərə dövlət nəzarətinin olması təhlükəsizlik baxımından önəmlidir. "ASAN ödəniş” sisteminin tətbiqi də elektron hökumətin inkişafında önəmli yer tutur. Çoxfunksiyalı "ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin, ölkə daxilində geniş ərazini əhatə edən "ASAN Ödəniş” terminalları, www.asanpay.az portalı və "ASAN Pay” mobil əlavəsi vasitəsi ilə istənilən xidmət üzrə heç bir məhdudiyyət olmadan 24/7 ödəniş etmək mümkündür. 219 qurumun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və digər ödənişləri "ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

"MyGov” portalının Beta versiyasının istifadəyə verilməsi rəqəmsal hökumət quruculuğunun daha bir şərti idi. Bu portalın ilkin mərhələdə test müddətində işlədiyini nəzərə alsaq, hələlik bu tətbiqin tam olaraq istifadəsi mümkün deyil. Portal qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron hökumət sistemidir. "MgGov” portalı vasitəsi ilə vətəndaşlar dövlət qurumları tərəfindən verilmiş məlumatlarla tanış ola, xidmətlərdən elektron qaydada yararlana, e-arayış və digər sənədləri əldə edə biləcəklər. Bu portal, həm də məlumatların doğruluğunu təsdiq etmək imkanı verəcək. 2019-cu ilin mart ayında istifadəyə verilən "e-Satınalma” layihəsin məqsədi yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Azərbaycanda keçirilən satınalmalarda iştirakını təmin etməklə, onların inkişafına zəmin yaratmaqdan ibarətdir. Layihə çərçivəsində, "Dövlət satınalmaları haqqında" Qanunun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulunu tətbiq etməklə elektron qaydada həyata keçirilir.

Tətbiq olunan bütün bu elektron xidmətlər həm də şəffaf ölkə quruculuğuna doğru addımın ilk hissəsidir. Elektron ödənişlər, satınalmalar və digər xidmətlər birbaşa olaraq Vergi Xidməti və digər aidiyyəti qurumların mərkəzləşdirilmiş sistemindən keçdiyi üçün qeyri-şəffaf fəaliyyət mümkünsüzdür. Vətəndaş-məmur münasibətlərini minimuma endirmək, o cümlədən bürokratik əngəllərin yaradılmaması üçün elektron hökumətə keçid ən optimal varinatdır. Bu, həm də idarəetmənin optimallaşdırılması üçün önəmli keçiddir. "ASAN Xidmət” modelinin elektron xidmətlərdə də tətbiqi həm vətəndaşların işlərini, həm də dövlət idarəetməsini ASAN-laşdırır.

Əfsanə Şükürova




İmza:

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!

"Google" "Android" üçün iki yenilənmə buraxıb

“e-Tabib”lə yoluxmanın qarşısını al: Tətbiqdən istifadə edən Bakcell abunəçilərinə hədiyyə

"TikTok" ABŞ-da qadağan edilə bilər

Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı

Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a!

Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir? - VİDEO

“Facebook” nifrət və ayrı-seçkilik məzmunlu reklamlar barədə ölçü götürəcək

“E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edir - VİDEO

Çin ABŞ-dan daha bir asılılığına son qoydu

İşimizi ASAN-laşdıran elektron ödənişlər - imkanlar və çağırışlar

Azercell-lilər bir ay ərzində rəqəmsalgünləri birlikdə qeyd edəcək - VİDEO

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK