hacklink Adalet.az | AXTAR, OXUCU, AXTAR Adalet.az | AXTAR, OXUCU, AXTAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AXTAR, OXUCU, AXTAR

47052    |   2008-03-30 13:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Külək vıy-vıy vıyıldayır, adamı lap bezdirir. Yaxşı ki, tətil günlərində hava belə zəhlətökən olmadı. "Yaxşı ki", deyirəm, amma evdə oturandan sonra nə fərqi var, gün çıxdı, yağış yağdı, ya da tufan qopdu. Düşünmüşdüm ki, belə uzunmüddətli istirahət verilibsə, atamın şəxsi təyyarəsində olmasa da, AZAL-ın təyyarəsində harasa gedərəm, bir az dincələrəm. Hər kəsdən və hər şeydən uzaqlaşaram. Olmadı. Görunür mən hələ heç doğulmamışdan əvvəl göylərdə kimlərləsə kontrakt bağlanıb ki, bir qrup tüfeyli əlini-qolunu sallaya-sallaya gəzəcək, yeyəcək-içəcək mən də onların əvəzinə tər tökməliyəm. Yəni bir ağılın budaqından sallanıb neçə-neçə ağlı dayaz yaşayırg Yaşayır demək az olacaq, kef eləyir. Əgər adamcığazlar qarınlarına dürtdükləri hər loxmadan xoşbəxt olurlarsa, həzz alırlarsa qibtə eləməyə dəyər. Nə xoş hallarına...
   
   Uzun sözün qısası bu boş günləri dolu keçirtmək üçün yenə kitablara, yenə Moskva televiziyasına, yenə internetə üz tutdum. Çünki bizim TV-də (subyektiv fikrimi deyirəm, alovlu vətənpərvərlər inciməsin) xonçanı necə düzəltmək, yumurtanı necə boyamaq haqqında mübahisələrə girən, süfrəyə qoyulan yeməklərin neçəsinin "S" hərfi ilə başlanacağına dair fəlsəfi düşüncələrə dalan, tonqal ətrafında atılıb-düşən ağıllılara baxdıqca özümü Afrikada hiss eləyirdim. Bunu televizorda göstərməyi qadağan edəndə bəyəm insanlar xonça tutmurdu, süfrə bəzəmirdi. Hər şeyi gərək elə vəziyyətə gətirəsən ki, baxanda diksinəsən? Nə isə bu da hər kəsin öz işidi. Allah hamıdan razı olsun.
   
   Elektron poçtuma bir xeyli məktub gəlmişdi, özü də xırım-xırda, kiçik məktublar yox, əməlli, neçə səhifəlik yazılar. Məzmun etibari ilə də fərqli, bir-birinə zidd. Məktubların coğrafiyası da fərqli idi. Türkiyə, Amerika, İsveçrə, İtaliya, Fransa, Polşa və özümüzdən. Yəni həmin ölkələrdən gələn məktubları da bizimkilər yazmışdılar.
   
   ... Aişə Kərimova bir neçə il əvvələ qədər "Space"də çalışırdı, cəsarətli, düşündürücü proqramlar hazırlayırdı. Sonra ailə qurdu və İstanbula köçdü. İndi ara-sıra ordan yazılarını "525-ci qəzet"ə göndərir, mən də həvəslə oxuyuram. Həm də məktublaşırıq. Bu tətil günlərində poçtuma bir video məktub da göndərmişdi. Təkrar-təkrar baxdımg Başını örtmədiyi üçün balaca bir qızcığazı məktəbdə təpik altına salıb döyürdülər, döydükcə də telefonla çəkirdilər. Bu XXI əsr Türkiyəsindən mənzərə idi. Hardasa kosmik uçuşlara hazırlıq gedir, hardasa da bu vəhşət.
   
   ...Sonra yenə bir video məktubu açıram. İraqda, özəlliklə də Kərkükdə insanların musibəti. Qan, qada, fəlakət. Slayd-slayd vəhşət. ?zümü toparlamaq üçün barmağımı başqa məktubun üstünə sürüşdürürəm. İngiliscə yazılıb. Əvvəl elə fikirləşirəm ki, reklam xarakterli göndərmədi, sonra mənə ünvanladığını görürəm. Lüğəti götürüb orta məktəb biliklərimi yadıma salıram. Məktubun müəllifi İtaliyada, Milanda yaşayır. Hər halda özü belə yazıb. Bir xəritə də göndərib, İranın parçalanmasından kimlərin yaralanacağı barədə. Separatizmin ermənilərə və kürdlərə xeyri olacağını deyir və mənim yadıma salır ki, İran qüdrətli dövlətdi, heç kimin ona gücü çatmaz. Qardaşım, sən bu məktubu mənə niyə göndərmisən? Pentaqona göndər, Dövlət Departamentinə göndər, FTB-yə, MKİ-ə göndər! Nə bilim DAK-a göndər! Dekabr ayında 21 Azərlə bağlı yazılmış bir yazıya görədirsə bu operativlik nədən? Mən olmuş hadisələri xatırlatmışdım. Deyəcəksən ki, olmayıb? Pişəvəri də olmayıb, fədailər də? O ölənlər də ölməyib? Bəli, uduzdular, uduzanları mühakimə eləmək asan olur. Bəli, bütün dünyanın imperialist qüvvələrinə qalib gəlmək olmur! Sonda yazırsan ki, yarı azəri, yarı fars filankəs. Görürsənmi ortaq dilimiz ingilis dilidi. Səbəbləri orda axtar, qardaşım. Mən nəyi isə bölüb-birləşdirəcək səlahiyyət deyiləm. Bir də oralar belə güllü-gülüstandırsa məktubu Milandan niyə göndərirsən?
   
   ...Lüğəti qoyuram kənara, yeni məktubu açıram. Təmiz, saf ana dilimizdə yazılıb. Avropadakı diplomatik missiyalardan birində işləyən həmyerlimiz tərəfindən. Məktubu oxuduqca təəccüb edirəm. Azərbaycan dilini və tarixini belə bilən adam diplomatik vəzifədə? Çünki orda işləyən adamlar bütün dilləri bilirlər, bircə öz dillərindən başqa. Neçə il bundan əvvəl bir səfirimiz bu barədə mətbuatda danışmağa cəhd etdi, töküldülər üstünə. Nə isə mətləbdən uzaqlaşmayım. Bu məktubda da məni ittiham edirlər. Əgər Milandan gəlmiş məktubda məni İran ərazisinə göz dikməkdə (?!) taqsırlandırırlarsa, burda isə əksinə, ordakı tarixi görməməkdə günahlandırırlar. Böyük və qüdrətli dövlətçilik tarixinə laqeyd münasibətdə günahlandırırlar. Sən demə bizim yenilməz sərkərdələrimiz Makedonyalı İsgəndər kimi qoşun-ləşkər çəkib dünyanın bir ucundan, o biri ucuna gedib torpaqlar fəth eləyiblər, mən bilməmişəm. Böyük donanmalarla dünya okeanlarına çıxıblar, mən unutmuşam. Ərzin siyasi xəritəsini dəyişiblər, mən inkar edirəm. Bütün bunlar olsaydı, çox sevinərdim - amma nə varsa pisiynən, yaxşısıyla olan budur. Şirvanşahlar da, Atabəylər də, Səfəvilər də, ancaq kiçicik bir coğrafiyada mövcud olublar. Böyük, uzaq hərblərə gedə bilməyiblər, gücləri də ancaq öz qardaşlarına çatıb. Hər balaca şahın, hər balaca hakimin yanında şəxsi tarixçisi olub - kiçik bir arxın üstündən hoppananda yazıblar ki, "dəryaları üzdük keçdik". İsgəndər Münşi də həmin sıradandır. Şah Abbas fəxarət yeridirmi? Səfəvi sarayını farslaşdırdığı üçünmü? ?zü də bir qərara gəlmək lazımdı, oxucu - kimin yazdığına inanırsan? Münşinin, yoxsa Mirzə Fətəli Axundovun? Tamam əks qütblərdi. "Aldanmış kəvakib"də bizə gülünc gələn hadisələri Axundov elə Münşinin tərifnamələrindən götürüb də. Və həm də görəsən sizin yazdığınız kimi (və mən də bununla razılaşıram) bizə işıq gətirən Axundovu kim kafir elan edib, meyidini üç gün götürməyə qoymayan kim olub? Bu da olmayıb? Bəli, razıyam ki, Babək böyük qəhramandır! Bizim tariximizdə ondan böyük sərkərdə olmayıb. Və tariximizdə yeganə faktdır ki, yadelli işğalçılarla 22 il mübarizə aparıb. Nəticəsi nə olub? Ona da kafir deyirik. Rəhmətlik Sovet hökuməti olmasaydı Cəfər Cabbarlı da risq edib onu ədəbiyyata gətirə bilməyəcəkdi.
   
   ...Abbas Mirzə yeniliklərə meyilli şahzadə olub - vəliəhd şahzadə, amma şah olmağa qoymayıblar. Əminə Pakrəvan bir müəllifin "Abbas Mirzə və Azərbaycan" adlı çox maraqlı bir kitabı var. Mən bir dəfə bu barədə yazmışam, təkrara lüzum görmürəm. Köhnələri bütə çevirənlər onun şahlığından qorxublar. Əgər köhnədən qalan hər bir nəsnə doğrudursa, müqəddəsdirsə bu da sizin üçün Abbas Mirzənin oğlunun yazdıqları: "Şah Abbas daima intriqaya, biclik və kələyə adət etmişdi. O, heç vaxt düşmənlə üz-üzə müharibə etmirdi. Həmişə düşmən qoşununun gediş-gəliş yollarını, azuqəsini kəsərək fürsət düşdükdə hücum etməklə onları cana yığıb hiylə ilə zəfər çalırdı. Ona tabe olan İran və sair məmləkətlərin böyüklərinin çoxunu hiylə ilə aradan götürürdü. Bəzən birisinə tapşırırdı ki, məst olan zaman filan vəzifə sahibini xəncərlə vursun və bəzən də təhrik edirdi ki, keçən zaman filankəsə bir zərbə vursun. Bəzən tapşırıdı ki, filankəsi hündür imarətin üstündə dayanarkən yanları ilə vurub yerə salsınlar. Bəzən də yemək-içməyə öldürücü zəhər qatdırıb bir kimsəyə verdirirdi. ?mrünü əsasən, eyş-işrətdə keçirmiş, biçarə və bigünahların qanını tökməkdən zövq almışdı". Tarix hər zaman olanları xatırlayır, sadəcə tarixçilər çox zaman yalan danışırlar. İsgəndər Münşinin xələfləri bu gün də var. Biz əlbəttə olmuşuq - amma kimin və nəyin hesabına? Söz və fikir tariximizin. Yaxşı ki, bu tarixi şairlər özləri yazıblar. Yenə o fikri təkrar edirəm ki, bizdə bütün hadisələri ədəbiyyat yönlədirib, bütün tarixləri ədəbiyyat birləşdirib. Və mən tariximizdə Nəsimidən böyük qüdrət tanımıram. Janna Darkı mühakimə edənlərin də fransız olduğunu qeyd edirsiz, doğrudur. Amma katolik kilsəsi həm ona, həm də tonqallarda yandırılmış yüz minlərlə günahsızın ölümünə görə üzr istədi. Bəs Nəsiminin qətlinin günahını kim yuyacaq?
   
   Bir qərara gəlmək lazımdı, əziz oxucu. Adlarını çəkdiyiniz və çəkmədiyiniz söz adamları ki, var onlar hər zaman həqiqəti söyləyiblər, tariximizi də olduğu kimi görüblər. Yuxarıda nümunə gətirdiyim parçanın müəllifi Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacar idi. Qardaşının qorxusundan İrandan qaçanda, rus çarına sığınanda "Şükürnameyi-Şahənşahi" adlandırdığı bir əsər yazmışdı. İran-Turan tarixindəki (qüdrətli dediyiniz) sərkərdələrin nə qədər vəhşi olduğunu söyləmişdi və əsərini rus çarına tərifnamələr yağdıraraq belə bitirmişdi: "Ey Rusiya məmləkəti əhalisi! ?mumilikdə, ey Qafqaz əhalisi, rüzgarın keçən möhnətlərini təsəvvür edin ki, sizin atalarınız qabaqkı hökmdarlardan nələr çəkmişlər?! Və bu təmiz zəmanənin intihasını görün ki, sizin hamınız əbədi olan bu dövlətin himayəsində hər halda asudə və aramsınız. İstədiyiniz vilayətdə hər cürə ticarət etmək üçün qapılar üzünüzə açıqdı, hər vilayətdə tərəqqi və tərbiyə tədarükü görünür. Ordu rüsumu vaxtında və vədəsində hazır olur, işləyənlərin maaşları vaxtında hazırlanıb verilir. Mənsəb və nişan onun-bunun vasitəçiliyi ilə deyil, xidmətə görə verilir. Heç bir kəsə ixtiyar verilməmişdir ki, başqa birisinə zülm etsin. Nə adam öldürmək var, nə birisinin əzasını kəsmək. Nə bir kəsdən cərimə almaq var, nə də bir şəxsin malını zəbt etmək. Bu, böyük nemətdir ki, Allah sizə bəxş etmişdir. Və sonsuz lütufdur ki, kəramət buyurmuşdur. Ona görə də bu nemətə şükr etməyi vacib sayın və bu əmin-amanlığı yaxşılq kimi qəbul edin. Əlahəzrət şahənşahı - əzimin vücuduna həmişə dua edin. Allahdan dövlətin dayağının əbədi və birliyimizin davamlı olmasını arzulayın". Bu da bizim tarix səlnamələrimiz. Onlara inanma, əziz oxucu. Açarları tez-tez əl dəyişdirir. Ədəbiyyatımıza inan. Burda həqiqətin gözünə dik baxmağı bacarıblar. Həqiqəti görə bilmək bacarığı isə sizin dediyiniz kimi gözüqıpıqlıq yaratmır. Və yenə sizin dediyiniz kimi "milli ağlaş" psixologiyasını da ədəbiyyat yox, ziyalılar yox, yalançı tarix yaradıb. 31 mart soyqırım günü ərəfəsindəyik. Yəqin ki, çalışdığınız yerdə bununla bağlı tədbirlər keçirib bir xeyli kədərlənəcəksiniz. Yaddilli, yadtəfəkkürlü insanların diplomatik təşəbbüsləri nə dərəcədə inandırıcı olacaqsag Axı diplomatiya tariximizin başında da yunan qadın dururg
   
   ...Mən bu yazını bitirəndə külək də sakitləşdi. Vıyıltı dayandı, amma qulağımdan bu səs getmir:
   
   
   
   Çox da tərifləmə bu qalaçanı,
   
   Babalar adından danışma çox da.
   
   Kimin əlindəydi onun açarı? -
   
   Yazanı qalmayıb, biləni yoxdu.
   
   
   
   Zaman nə zamandı, kimdi qorunan?
   
   Hər daşda hənir var - ayağa qaldır.
   
   O kərpic qocanın yapış qolundan,
   
   Bəlkə hər divarın özülü qandır?
   
   
   
   Tarix əlifbası daşdan başlanır,
   
   Əl dəydi, yumşalır, göyərir indi.
   
   Başdı - daş olubdu, daşdı - baş olub,
   
   Bunları seçmək də hünərdi indi.
   
   
   
   Tarixə dəyməsin yalan barmağı,
   
   Haqqım yox quşun da haqqını danam.
   
   Mən öz keçmişinə heykəl yonmağı
   
   Alnına yazdıran oğullardanam...
   
   
   
   Bir daşa tarixim yazılıbdısa,
   
   Düz oxu, qoy olsun ikicə kəlmə.
   
   Genişdi - geniş yaz,
   
   Qısadı - qısa:
   
   ?stündən götürmə, üstünə gəlmə.
   
   
   
   
   
   Dilimin ətrindən dili kallaşan,
   
   Təzə dil axtaran dillərdən qorun.
   
   Dünənki tarixi bugünkü daşa
   
   Yamayıb, basdıran əllərdən qorun.
   
   
   
   Bu qala bəlkə bir əsrin günahı...
   
   Har şamda min gözün yağı yanıbdı.
   
   QALACA K?NC?NƏ QISILAN ŞAHIN
   
   XALQI PALÇIQ KİMİ TAPDALANIBDI.
   
   
   
   Çox da tərifləmə bu qalaçanı,
   
   Axtar dünənimdə bu günü, axtar.
   
   KİMİN ƏLİNDƏYDİ ONUN AÇARI? -
   
   AXTAR, BU BİRİNCİ D?Y?N? AXTAR...
   
   
   
   
   
   P.S. Axtar, oxucu, axtar.


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK