ANA SƏHİFƏ / YAZARLAR

Avtobusa 40 adam buraxmaq olar, meydançaya 22 futbolçu yox? - Aydın BAĞIROV yazır

48759    |   2020-06-18 08:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AFFA İcraiyyə Komitəsi sabah Azərbaycan Premyer Liqasının hazırkı mövsümü ilə bağlı qərar vermək niyyətindədir. Bu günə olan yüksək ehtimal budur ki, mövsüm erkən bitiriləcək. PFL prezidenti Ramin Musayev bunu açıq şəkildə dilə gətirir.

Səbəb kimi son vaxtlar ölkədə koronavirusa yoluxanların statistikasının artması göstərilir.

Azarkeşlərin böyük bir hissəsi, eləcə də klubların yarısı ("Qarabağ”, "Zirə”, "Qəbələ”, "Sabah”) mövsümün davam etməsinə tərəfdardır və qərar verilərkən onların da rəyi mütləq nəzərə alınmalıdır. AFFA-ya yaxın "Neftçi”, "Səbail”, "Sumqayıt” və "Keşlə” isə rəhbərlik səviyyəsində yarışın davam etməsinə qarşı çıxır, məşqçi və futbolçular yox.

Faktiki olaraq hazırkı durumda AFFA koronavirusa yoluxma riskindən ehtiyat edərək, məsuliyyəti öz üzərindən uzaqlaşdırır. Elə buna görədir ki, Ramin Musayev bir neçə gün əvvəl klublara göndərdiyi məktubda yarana biləcək bütün problemlərə görə onlardan məsuliyyəti öz üzərlərinə götürməyi istəyir. Yəni biz sizin arxanızda durmuruq.

Futbol qurumlarının haqlı səbəbləri ola bilər. Yəni istənilən halda birinci yerdə insan sağlamlığı durur. Amma bu zaman AFFA İcraiyyə Komitəsinin çempionatın iyunun 21-də bərpasına dair əvvəlki qərarı unudulmamalıdır. Bir çox klub məhz buna güvənərək müqaviləsi yayda başa çatan futbolçularla əməkdaşlığı avqusta qədər uzadıb. Buna görə yetərincə pul da xərclənəcək. Bəs, çempionat davam etməyəndən sonra həmin pullar niyə boş-boşuna havaya sovrulmalıdır? Onsuz da Azərbaycan futbolunda çox az olan himayəçi iş adamlarının futbol həvəsi nə üçün belə sistemsiz qərarlarla azaldılmalıdır?

Gələk əsas məsələyə. Stadionlarımızı bu gün koronavirus mənbəyi hesab etmək olarmı?

Elə bugünlərdə klublarımızın keçirdiyi bir neçə yoxlama oyunu da təsdiqlədi ki, onlar matçları təhlükəsizlik şəraitində, karantin və epidemioloji qaydalara tam riayət etməklə təşkil edə bilirlər. Azarkeşlər oyuna buraxılmır, gigiyenik tələblərə riayət edilir, tələb edilən şəxslər maska taxır (meydandakı 22 futbolçu, hakimlər və baş məşqçilərdən başqa) sosial məsafə dəqiqliklə gözlənilir. Klublar koronavirus testindən keçirilib, nəticələr hamısı neqativ olub. Bundan sonra yenə də keçirə bilərlər. Yəni bu günə qədər klublarda koronavirusa yoluxma infeksiyası qeydə alınmayıb. Elə isə futbolun bərpasına icazə verilməsində də təhlükəli və qorxulu nəsə olmamalıdır.

Bu gün Avropanın bir çox ölkəsində (hansı ki, yoluxma statistikası indinin özündə də Azərbaycandan 5, 10 dəfə çoxdur) liqalar bərpa edilib. Hətta Ermənistanda belə. Və indiyədək futbolun bərpa olunması səbəbindən Avropanın heç bir liqasında koronavirusa yoluxma qeydə alınmayıb...

Deməli, hazırda azarkeşlərin iştirakı olmadan liqaları bərpa etmək mümkündür. Çünki gedişat göstərir ki, ciddi yoxlama və nəzarət olduqdan sonra futbol meydançaları virusyayıcı məkan ola bilməz. Belə bir problem yaransa, oyunu təxirə salmaq, yaxud, ümumiyyətlə, çempionatı dayandırmaq mümkündür.

Və sonda...

Hər gün avtobuslarda 30-40 adam maska taxmadan, sosial məsafə gözləmədən az qala bir-birinin ağzının içinə kimi girir. Amma bu potensial virus təhlükəsinin qarşısını alan yoxdur. 22 futbolçu isə açıq havada, qaydalara raiyət etməklə futbol oynamaq arzusundadır, amma AFFA çempionatı əngəlləmək istəyir.

Niyə və hanı məntiq?



İmza:qol.az

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-08
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK