warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | BƏY, XAN, SULTAN VƏ BAŞKAN Adalet.az | BƏY, XAN, SULTAN VƏ BAŞKAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BƏY, XAN, SULTAN VƏ BAŞKAN

33340    |   2008-02-23 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənə görə, tarix bütün elmlərin şahıdır, amma həmişə senzor əlində qalan və redaktor qayçısı ilə yaşayan elmdir.Eyni bir hadisəyə kimsə işğal deyə bilər, kimsə fəth. Eyni bir hadisəyə kimsə çevriliş deyə bilər, kimsə inqilab. Və bu redaktor qayçıları zaman-zaman zamanın ora-burasını elə kəsib-doğrayır ki, tarix özü məəttəl qalır. Çox uzağa getməyək, yaxın günlərimizə bir nəzər salaq. Beş-on ilin içində eyni hadisələrə necə qarışıq qiymətlər verildi? Nə qədər zəkalı olmalısan ki, bu xaosdan baş çıxara biləsən.
   
   Tarixi hadisələri müxtəlif mənbələrdən oxumağı sevmişəm və bu mənbələr mənə hər hansı bir fakta öz münasibətimi formalaşdırmağa yardımçı olub.
   
   Son vaxtlar adı laik cümhariyyət olan bir ölkədə baş verənlər məni vadar etdi ki, həmin cümhuriyyətin sələfi olan imperiyanın tarixinə diqqət edim. Yəni Osmanlı imperiyasının. Biz yaşda insanlar rus tarixini daha yaxşı bilirlər, indi də hansı çarın nə vaxt taxta çıxdığını, hansı fərmanlar verdiyini, hansı döyüşün neçənci ildə olduğunu dəqiq xatırlayıram. Amma dediyim kimi zaman dəyişir (siyasətlər dəyişməsə də), bu gün Türkiyə ilə bağlı hadisələri bilməkdə, öyrənməkdə yarar var deyə düşünürəm. Orda baş verən verən hadisələrin bizimlə birbaşa əlaqəsi var. Gəlin görək vaxtilə ərazisi üç qitədə sərhədlənən dünya imperiyasının, indi isə balaca bir coğrafiyada qısıtlanmış bu ölkənin tarixində nələr olub. Söz verirəm, maraqlı olacaq. Bilmədiyiniz çox mətləblər var.
   
   
   
   ***
   
   
   
   1299 və 1922 - rəqəmlərə fikir verin, bir-birini təkrarlayır. Bu Osmanlı imperiyasının quruluş və çöküş tarixinin rəqəmləridir. Rəqəmlərin mistik bağlantısını qoyaq bir tərəfə (amma yəqin burda da nəsə var), 623 illik dövrdə dövlətin başına 36 padşah keçdi. Bu hökmdarlar fərqli özəlliklərə sahib idilər. Çox qiymətli dövlət yönəticiləri, qüdrətli sərkərdələr də vardı, qadın, içki, ov düşgünü olanlar da. Ruhi xəstələr də, uşaqkən taxta çıxarılanlar da vardı. Bir həftə, bir ay, bəzən 46 il hakimlik eləyənlər də vardı. Yaxşı-pis, doğru-yanlış bu tarixdi. Qüdrətli bir dövləti bu gün asılı duruma gətirmiş tarix. Bəzən 500 il əvvəl verilmiş yanlış bir qərar bu gün topa dönüb məmləkətin tifaqını viran qoyur. Ancaq hər kəs ağıllı olsaydı, hər kəsdən doğru-dürüst addımlar görsəydik, bu gün cahanda kamalın qalibiyyətini bayram edərdik.
   
   
   
   ***
   
   
   
   XIV əsrin başlanğıcında Səlcuq imperiyasının dağılması Anadoluda bir çox kiçik dövlətləri müstəqil hala gətirmişdi. İstəmədən, gözlənilmədən gələn müstəqillik (eynən müasir tarix) özüylə bəzi zorluqlar da gətirmişdi. 1299-cu ildə bağımsızlığını elan edən Oğuz boylarına mənsub Osman bəy döyüşkən, əzmkar və bölgədəki siyasi durumu düzgün qiymətləndirə bilən birisiydi. Və zaman göstərdi ki, Osmanlıların tarix səhnəsinə çıxışı təsadüf deyildi. Bu dövlət daha öncəki Türk-İslam dövlətlərinin mədəni-siyasi irsi üzərində qurulmuşdu.
   
   Dövlətin birinci şəxsi "padşah" adlanırdı. İlk vaxtlar "bəy" və "qazi" ünvanlarından da istifadə olunub. "Xan", "xaqan", "hünkar" da deyilib. "Sultan" ünvanından isə ilk dəfə I Murad istifadə edib. Yavuz Sultan Səlimin Misir səfərindən sonra isə bunların üstünə "xəlifə" adı da gəlib.
   
   Bütün hakimiyyətin bir nəfərin əlində cəmləşməsi dövlətin yönətim şəklini də müəyyənləşdirmişdi. Dövlət tam bir mərkəziyyətçiliklə idarə olunurdu. Bütün bölgələr mərkəzdən yönətilir, icraedicilər mərkəzdən göndərilirdi. Ailə içindəki bütün oğlan uşaqları taxt üzərində eyni haqqa sahib idilər. Və bu səbəblə XVII əsrin başlanğıcına qədər kimin hakim olacağına dair müəyyən bir qayda yox idi. Məhz bu səbəb xanədan içində bir çox qanlı olaylara rəvac vermişdi. Kimin taxta çıxacağını dövlət adamları, üləmalar və əsgərlər tənzimləyirdilər. Burda heç şübhəsiz saray intriqaları önəmli, həlledici yol oynamaqda idi. Osmanlının qürub vaxtlarında isə kimin sultan olacağını hərəmxanada müəyyənləşdirirdilər. Qadın böyük qüvvədir və öz istədiyini yeritməyə qadirdir. Hər hansı bir kişi, hətta sultan olsa belə qadınına qulaq asır. Bunun əksini iddia edənlər gözünün içinə qədər yalan danışır.
   
   Sultandan sonra ikinci şəxs "sədrəzəm", yəni baş vəzir idi. Amma həmin vəzifəni tutana qədər müxtəlif əyalətlərdə xırda görəvlərdə çalışıb özünü göstərmək lazım gəlirdi. İlk vaxtlar vəzirlər elm adamlarından seçilirdi, sonralar əsgər kökənli vəzirlər də oldu.
   
   Gələk əsas məsələyə. Osman və Orxan qazilərdən (yəni sultan) sonra demək olar ki, bütün Osmanlı sultanlarının anası türk deyil. Deyək ki, o vaxtlar dövlətlərarası nigahlar dövrün normal mənzərəsi idi. Amma bunun acı nəticələri sonra özünü göstərməyə başlayacaqdı.
   
   Xanədanın üçüncü hökmdarı "Xudavəndigar" ləqəbli I Sultan Murad (İldırım Bəyazidin atası) böyük müharibələrə başladı. Təşvişə düşən serblər, albanlar, xorvatlar sultana qarşı birləşdilər (indi yenə bir-birini qırırlar) və bu aralarda adı tez-tez hallanan məşhur Kosova ki var, sultan orda öldürüldü. Türk mənbələrində "şəhid edildi" yazırlar. Amma ruslar "millətsevər Miloş Obiliç qəhrəmanlıqla xain düşməni öldürdü" deyirlər. Ancaq dəxli yoxdur, həmin ərazilər Osmanlının torpaqlarına qatıldı. Atasının öldüyü gün taxta çıxan və savaşlarda qazandığı uğurlara görə "İldırım" ləqəbi ilə tanınan I Bəyazid səltənət, taxt davalarını önləmək üçün böyük qardaşı Yaqub bəyi öldürtdü. İldırım Bəyazid imperiyanın ərazisini bir xeyli genişləndirdi: Bolqarıstan, Bizansın böyük bir hissəsi, Anadolunun müstəqil bəylikləri, Ağqoyunlu dövləti ona tabe edildi. Ancaq Bəyazidin əsas planı Konstantinopolun fəthi idi. Sən saydığını say...
   
   Orta Asiyada bir qüdrət baş qaldırmaqda idi və bütün xristian dünyası gözünü qırpmadan ərzin sahibi olan bu iki böyük türkün savaşını gözləyirdi. Gözlənilən oldu - 1402-ci ildə Ankara yaxınlığında iki böyük ordu üz-üzə gəldi. İldırım Bəyazid əsir alındı. Səkkiz ay Anadoluda qalan Əmir Teymur getdiyi hər yerə Bəyazidi də aparırmış. Bəzi qaynaqlara görə, son dərəcə qürurlu bir adam olan Bəyazid aşağılanmağa dözə bilməyib, üzüyünün içindəki zəhərlə intihar edib. Amma dərddən də ölə bilərdi. Mühüm olan bu deyil, əsas nəticələrdi:
   
   1. Balkanlarda torpaqlar itirildi. Arnavutluq (Albaniya) tərk edildi.
   
   2. Çökməsi gözlənilən Bizans bu savaşdan sonra bir az da şans qazandı.
   
   3. Anadolu-Türk birliyi pozuldu.
   
   4. Əmir Teymurun geri çəkilməsindən sonra İldırım Bəyazidin oğulları arasında taxt-tac ixtilafları başladı.
   
   Bu bizim babalarımızın tariximizdə qoyduğu izlər. Ankara savaşından sonra Avropa da, Rusiya da böyük sürətlə dirçəlməyə başladılar. Ancaq tələsməyək, maraqlı hadisələr hələ irəlidədir.
   
   1402-1413-cü illərə Osmanlı tarixçiləri Fetret dövrü (dövlət avtoritarizminin qurulduğu zamana qədər keçən dövr) adlandırırlar. İldırım Bəyazid Ankara savaşına gedəndə özüylə beş oğlunu da aparmışdı. Süleyman, İsa, Mehmet, Musa və Mustafa Çələbilər ("çələbi" şahzadə mənasını verir). Məğlubiyyətdən sonra iki şahzadəni Teymur əsir aparmış, o birilər isə hərəsi bir şəhərdə öz padşahlığını elan etmişdi. Uzun sürən hakimiyyət davasında qardaşlar bir-birini öldürdülər və sonda tək qalan Mehmet Çələbi taxta çıxdı, itirilmiş torpaqları qaytarmağa çalışdı. I Mehmet adıyla hökmdarlıq edən sultana Osmanlı dövlətinin ikinci qurucusu da deyirlər. Sultan Ankara savaşının yaralarını sağaltmaq üçün bir ömür xərclədi və cəmi 42 il yaşadı. Bəzi mənbələrin yazdığına görə, yenə zəhər olayı vardı bu işdə. Onun yerinə keçən Sultan II Murad tarixdə elə bir iz qoymadı.
   
   Tarix səhnəsinə II Mehmet çıxdı. Bəlkə də gələcəkdə olacaq hadisələr olmasaydı bu sultan da şer, musiqi, memarlıq sevən, ədalətli bir padşah kimi anılacaqdı. Amma 49 il ömür sürən və iki dəfə taxta çıxan bu sultana tarix başqa ad verəcəkdi...
   
   
   
   ***
   
   Yeddinci Osmanlı padşahı II Mehmet çoxyönlü, geniş dünyagörüşlü, gözəl təhsil almış bir hökmdardı. Şərq, islam bilikləri ilə yanaşı rum və latıncanı da öyrənmişdi. Xristian dünyasının özünə qarşı birliyini önləməyə çalışmış, türk birliyini yenidən qurmaq istəyində bulunmuşdu. O, bacarıqlı bir sərkərdə, bir fikir adamı olduğu qədər də böyük bir dövlət adamı idi. Çox amansızdı, taxt-tac savaşlarını önləmək üçün "Nizami-Aləm" qanunu onun vaxtında bir maddə kimi yasalara qoyulmuşdu. Bu qanuna görə taxta çıxan hər sultan öz çoxsaylı qardaşlarını - şahzadələri öldürtməliydi və bu qanun neçə yüz il öz qüvvəsində qaldı. Və neçə sultan bir tərəfdə taxta çıxışını bayram edərkən, o biri tərəfdə qardaşlarını dəfn edirlərmiş. Fərqi yoxdur, şahzadə 6 aylıqdı, 6 yaşdadı, ya 60, bu qanun hər kəsə tətbiq olunurdu. Qəribəsi budur ki, hər sultan bunu bilə-bilə çoxsaylı cariyələrdən doğulmuş uşaqlarının taleyini düşünməyiblər. Görünür hakimiyyət elə bir anlamdır ki, insanın beynini dumanlandırır, düşüncəsini korlaşdırır. Bu Şərqdə də belə olub, Qərbdə də. Nə isə, mətləbdən uzaqlaşmayaq. Dedik ki, II Mehmet taxta iki dəfə çıxmışdı. Birinci hakimiyyətində 12 yaşında idi və bu 2 il davam etmişdi. Atası II Murad kiçik yaşda uşağın vəzirlərin əlində oyuncağa çevrildiyini gördüyündən yenidən dövlətin başına keçmiş, sakitliyi bərpa edə bilmişdi. İkinci dəfə isə artıq atasının ölüm səbəbi ilə taxta çıxmışdı. 18 yaşında sultan olan gəncin böyük bir hədəfi vardı. Üsyançı bəylərlə, Balkan dövlətləri ilə sülh imzalayan sultan öz hədəfinə doğru gedirdi. 1452-ci ilin əvvəllərində Bizansı mühasirəyə almaq üçün Rumeli hisarının tikintisinə başladılar. Üfüqlərdə bütün dünyanın göz bəbəyi sayılan Konstantinopol görünməkdə idi. İstanbulun fəthi tarixi çox maraqlıdı və bu tarix 20 yaşlı gənc sultana "Fateh"adını verdi. Sonradan fəth etdiyi (ya da işğal) çox torpaqlar oldu. Qara dəniz sahilləri yunanlardan təmizləndi. Uzun Həsənin qohumları olan və ondan yardım alan Trabzon imperiyasına son verildi (Şah İsmayılın nifrətinin kökündə duran səbəblərindən biri də bu idi), Balkan krallıqları ləğv edildi. Amma onu Fateh edən Konstantinopolun İstanbula çevrilməsi idi.
   
   Fateh elmin, mədəniyyətin inkişafına böyük önəm verirdi. Dönəmin məşhur elm, ədəbiyyat adamları onun sarayında hörmət görürdülər. Səmərqənd hakimi Uluqbəyin qaragüruh tərəfindən öldürülməsindən sonra İstanbula qaçmış məşhur astronom və riyaziyyatçı Əli Quşçu da onun sarayına sığınmışdı. İtalyan rəssamı Bellini Fatehin dəvəti ilə İstanbula gəlib yeni tikilmiş Topqapı sarayının divarlarına freskalar çəkmiş, Fatehin də portretini işləmişdi. Amma hər şeyin bir sonu var, hökmdarların da. 49 yaşlı sultanın da ölüm səbəbini zəhərdə axtaranlar indi də yox deyil.
   
   
   
   (Ardı var)


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK