ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə təcili yardım xidmətinin iş rejimi - VİDEO

5072    |   2020-06-06 23:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu iki gün ərzində sərt karantin rejimi elan olunub və bununla da vətəndaşların çölə çıxışı tam olaraq məhdudlaşdırılıb.

Belə olduqda isə polis və təcili yardım işçilərinin üzərinə böyük yük düşür.

Onlar gücləndirilmiş iş rejimində çalışaraq vətəndaşların köməyinə gedirlər.

8 saylı köməkçi təcili tibbi yardım stansiyasının əməkdaşları səhər-axşam demədən "103” çağrı mərkəzi tərəfindən onların stansiyasına yönləndirilən bütün çağırışların yardımına qaçırlar.

Çağırış briqadasının üzvü Zəhra Məmədova deyir ki, bu gün ötən günlərə nisbətən gələn çağırılarda böyük artım var.

Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva isə bildirir ki, çölə çıxması məhdudlaşdırılan vətəndaşlar 103 çağrı mərkəzindən maraqlı müraciətlərlə kömək istəyirlər.

Adi günlərdə Bakı şəhəri üzrə xətdə hər gün 130 təcili yardım briqadası xidmət edirdisə, bu gün vəziyyətlə əlaqədar onların sayı 155-ə çatdırılıb.




İmza:

Quba RİH-i başçısının müavini və şöbə müdiri koronovirusa yoluxdu

Koronavirusun yayılma sürəti iki dəfə artıb

Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi

Moskvada koronavirusdan daha 27 nəfər ölüb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Koronavirusa yoluxmuş Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb - AÇIQLAMA

Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur - VİDEO

Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb

TƏBİB: Virusa yoluxan şəxsin 21 gündən sonra yenidən test verməsi vacib deyil

Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir - Nadir Zeynalov

İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı - Yaqut Qarayeva

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK