ANA SƏHİFƏ / MƏMLƏKƏT

BDYPİ: Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır - VİDEO

6034    |   2020-06-06 11:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün gecə saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə xüsusi karantin qaydalarının sərtləşdirilməsi qərarı qüvvəyə minib.

Artıq gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları əməkdaşları istisna olmaqla vətəndaşların evdən çıxması qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilər. Gecə saat 00:00-dan etibarən daxili işlər orqanları əməkdaşları küçələrə nəzarəti gücləndirib, icazəsi olmadan hərəkət edən şəxs məsuliyyətə cəlb olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrədə karantin qaydalarını pozan hərəkət iştirakçılarını saxlayır: "Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir. Sabah sutka ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək".

K.Əliyev qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub: "Bəzi hərəkət iştirakçıları icazə olmadığı halda rayonlara getməyə və ya bölgələrdən bu ərazilərə daxil olmağa cəhd ediblər. Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılıblar".




İmza:
SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK