ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Asəf Zeynallının baxımsız qalan məzarı təmizləndi - VİDEO

17701    |   2020-06-02 20:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə foto yayılıb.

Oxu.Azxəbər verir ki, 23 yaşında vəfat edən bəstəkarın qəbrini ot basıb.

Məsələyə Mədəniyyət Nazirliyi reaksiya verib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov APA-ya bildirib ki, Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb.

O qeyd edib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyəti dövlət qurumları məşğuldur:

"Buna baxmayaraq, biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir:

"Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A. Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu.

Sadəcə, bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur”.

Məlumat üçün bildirək ki, artıq dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkarın məzarını ziyarət ediblər.

Onlar məzar ətrafında təmizlik işləri aparıblar.




İmza:

Şirvan bülbülü - Aşıq Şakir Hacıyev

İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Şahmalı Kürdoğlu: Ey təbib + Video

Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Nazim Hikmətin övladlığa götürdüyü - Çingiz Fərəcov...

Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək

““Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı yazır

Əməkdar artist oğlunun faciəli ölümündən DANIŞDI - VİDEO

İlham Əliyev Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi - FOTO/VİDEO + YENİLƏNİB

Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO

Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK