Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QIŞ GÜNÜNÜN ROMANTİKASI Adalet.az | QIŞ GÜNÜNÜN ROMANTİKASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QIŞ GÜNÜNÜN ROMANTİKASI

37564    |   2007-12-16 21:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tam səmimi deyirəm, son vaxtlar çox fikirləşirəm ki, mən nə edirəm? Niyə yazıram, kimin üçün yazıram? Yəqin hardasa bir gözəllik salonu açıb ona sahiblik eləsəm, hörmətim, qiymətim bundan çox-çox artıq olardı. Yəni ac deyiləm, susuz deyiləm, oturub özüm üçün bu millətin layiqli övladları ilə bütün günü qeybət eləyim. Kimin qızı kimə qoşulub qaçıb, kimin əri kiminlə dingildəşir, kim hansı vəzifəyə keçmək üçün nə qədər yalaqlıq eləyib? İllərlə danışsaq, qurtaracaq qədər deyil. Bu millətin xoşbəxtliyi çoxşaxəlidi. Öz kütbeyinliyindən, nadanlığından, savadsızlığından və ən önəmlisi tərbiyəsizliyindən zövq alır, həm də deyir ki, sən bizdən biri olmasan çərlədəcəyik ha səni. Yəni öz halında qala bilməzsən. Hamı kimi olmalısan, hətta hiss eləyirəm ki, bəzilərinin mənə əməlli-başlı rəhmi gəlir. Məsələn, zəng edib deyirlər ki, çox romantiksiniz, xanım. Deyəsən nağıllara inanırsınız (?!) ör ha, təkcə "Tarixi-Nadir"i yox, bütün tarixləri diqqətlə oxuyan və beyninə həkk eləyən kimsənəyə deyirlər bunu. Tarix romantika deyil ki, real faktlardı. İndi kimsə bundan ibrət ala bilir, ya yox, öz işidi. Çox qəribədi, millətin qəhrəman fərdlərindən danışırsan, xoşları gəlmir. Kif atmış, iylənmiş təfəkküründən danışırsan, yenə "ordan olmayan oralılar" üstünə hücum çəkir. Mən bu fikirləri beynimdə çək-çevir edərkən Nuridə Atəşi Berlindən telefon açır, bir az ordan-burdan danışır və sonda deyir ki, "niyə mübarizə eləmirsən, axı sənin qədrini bilmirlər?" Niyə mübarizə eləməliyəm, mübarizə necə olur, kiminlə mübarizə eləməliyəm və qədrimi bilib mənə qədir ağacını kim əkməlidir? Və ümumiyyətlə, qədir ağacı nə boyda, nə biçimdə, nə görkəmdə olur? Təbii ki, bunları özlüyümdə düşünürəm, Nuridəyə bir söz demirəm. Yuxarı aparatın verəcəyi qədir hədiyyəsindən söhbət gedirsə, xalq yazıçısı istədi, nə oldu? Sağdan-soldan, yuxarıdan-aşağıdan o qədər döydülər ki, nə istədiyi yəqin ki, yadından çıxdı. Vəzifədən-zaddan söhbət gedirsə, burda çox incə nüanslar var. Nəyin, necə olduğunu anlayırıq. Qoy mübarizə məsələləri ilə ANS-də Mübarizin "Mübarizə" proqramı məşğul olsun. Dostumuza isə demək istəyirəm ki, mən romantik deyiləm, çox realistəm. Elə buna görə də sakit oturub "az-az uydururam yeri gələndə". (Xalqımızın görkəmli və savadlı nümayəndələrinin nəzərinə çatdırıram ki, "az-az uydururam" ifadəsi mənə yox, Səməd Vurğuna aiddir. Keçən yazıda başlığa çıxartdığım "Mənim səadətim hardasa itdi" misrası da mənə yox, Söhrab Tahirə aiddi). Mənim istəyim ancaq o ola bilər ki, bildiklərimi, təcrübəmi yeni gələn nəsillərə ötürməyə imkan versinlər və bildiklərim, təcrübəm mənə normal həyatımı təmin etmək üçün şərait yaratsın. Bu da bu günün şərtləri daxilində mümkünsüz görünür. Hələlik mümkün olanı isə iynə ilə gor qazmaq, yəni yazmaqdı. Bunun müqabilində də sənə romantik (oxu- ağılsız) deyirlərsə bu işin də anlamı qalmır. Özü də bilirəm ki, bu barədə təkcə mən yox, bütün yazan-pozan adamlar düşünürlər - yazdıqlarımız kiməsə lazımdırmı? Bu soyuq dekabr günündə bunları içindən keçirdə-keçirdə qəlbini isidəcək bir nəsnə tapmayanda...
   
   Dekabr - latınca "decem" (on) sözündəndi. Yuli Sezarın təqvim islahatlarına qədər onuncu ay sayılırmış. İndi isə ilin sonuncu, on ikinci ay. Uzun müddət mənim üçün bu ay tarixin böyük bir hadisəsi ilə bağlı olub (sonralar başqa hadisələr də oldu, amma məsələ bunda deyil) - 14 dekabr 1825-ci il Dekabristlər üsyanı. Romantika deyil, əsl tarixdi.
   
   
   
   ***
   
   
   
   1812-ci ildə Napoleon Moskvanı yandırıb geri qayıtdı. O vaxta qədər də bir çox Avropa dövlətlərində monarxiya rejimlərini özünə tabe etdirib oralarda istədiyi kimi hakimiyyət dəyişikliyi etmişdi. Yəni özünün çoxsaylı bacı-qardaşına şəhərlər, knyazlıqlar, ölkələr bağışlamış, özünü isə imperator elan etmişdi. Böyük Fransa İnqilabının dalğası ilə gündəmə gələn bu parlaq şəxsiyyət də taxt-tac ehtirasından qurtula bilmədi. Baxmayaraq ki, kralın və kraliçanın edamını görmüşdü. Napoleon böyük sərkərdə olsa da, siyasi uzaqgörənliyi yox idi. Bütün Avropa monarxları ona qarşı birləşdilər. Bu ittifaqa Rusiya imperatoru da qoşuldu.
   
   1814-cü ildən sonra gedən proseslərdə rusların bilavasitə xidməti oldu. Napoleon məğlubiyyətə uğradı, müttəfiq qoşunlar Avropada köhnə sülalələrin hakimiyyətini bərpa etdi. Ruslara hər zaman Avropa jandarmı deyiblər və həm də vəhşi deyiblər, "şvayn" (donuz) deyiblər. Ordu hissələri ilə Fransaya daxil olanda rus zadəganları vətənlərindəki ağır vəziyyəti daha dərindən anladılar. Quldarlıq rejimindən çox-çox əvvəllər qurtulmuş Avropadan fərqli olaraq Rusiya hələ də təhkimçilik sisteminin girdabında idi. Böyük rus ziyalıları anlayırdılar ki, bütövlükdə xalq cəhalət içindədirsə, ölkənin irəliləyişindən söhbət gedə bilməz və həm də anlayırdılar ki, Napoleon üzərində qələbə Rusiyanı məğlub durumdan qurtarmayacaq.
   
   
   
   ***
   
   
   
   1816-cı ildə məşhur zadəgan nəsillərə mənsub bir qrup zabit "Nicat ittifaqı" adlanan gizli təşkilat yaratdılar. Bu cəmiyyətin məqsədi inqilabi dəyişmələrə hazır ola biləcək vətəndaş formalaşdırmaq idi. 1820-ci ildə keçirilmiş gizli iclaslardan birində cəmiyyət üzvləri monarxiyanı respublika rejimi ilə əvəzləmək qərarına gəlirlər. Burda həlledici rolu ordu oynamalı idi. Çünki gizli təşkilatın bütün üzvləri ordunun rəhbərliyində təmsil olunurdular. Onlar inqilabı xalqın naminə, amma onun iştirakı olmadan həyata keçirmək niyyətində idilər.
   
   Təşkilat üzvləri arasında gedən ideya mübarizələri, taktiki axtarışlar "Russkaya pravda" adlı bir sənədi ortaya çıxardı. Bu təxminən Konstitusiyaya bənzər bir şey idi. Rusiya respublika elan olunur, təhkimçilik hüququ ləğv edilir, 20 yaşına çatmış hər bir kişi (zümrəsindən asılı olmayaraq) ölkənin siyasi həyatında iştirak etmək hüququ qazanır, qadınlara isə seçkidə iştirak etmək hüququ verilmirdi (sonradan bütün imtiyazlarından imtina edib ərlərinin dalınca Sibirə sürgünə gedən mətin rus qadınları bunun necə səhv olduğunu isbat etdilər). İmperiyaya daxil olan bütün milli azlıqların da ruslarla bərabər hüquqları olacaqdı. Bu Pestelin başçılıq etdiyi "Cənub" (Ukrayna) cəmiyyətinin hazırladığı sənəd idi.
   
   Peterburqdakı "Şimal" cəmiyyətinin üzvləri isə fərqli düşünürdülər. Onların fikrincə, Rusiya federasiya prinsiplərini və monarxiyanı qoruyub saxlamalı idi. Amma monarxiya konstitusion olmalı idi. Milli məsələ nəzərə alınmırdı, "Şimal" və "Cənub" cəmiyyətləri bir fikirdə birləşirdilər - ölkənin bütün vətəndaşlarına söz, mətbuat, toplaşma, vicdan azadlığı verilirdi (utopiya- müəllifdən).
   
   Bu cəmiyyətlər öz aralarında mübarizə edə-edə gəlib 1825-ci ilə çatdılar. Həmin ilin noyabrında çar I Aleksandr vəfat etdi (onun ölüb-ölmədiyi ilə bağlı çoxlu rəvayətlər var. Bir fərziyyəyə görə atası I Pavelin qətlində iştirak etdiyinə görə ömrü boyu vicdan əzabı çəkən çar hakimiyyətdən öz xoşuna əl çəkib, taxtı qardaşına verib). Ordu Böyük Knyaz Konstantinə and içir, amma o da qardaşı Nikolayın lehinə taxt-tacdan imtina edibmiş. Bu qarışıqlıqdan istifadə edən gizli cəmiyyət üzvləri üsyan edib hakimiyyəti devirmək qərarına gəlirlər. 1825-ci il dekabrın 14-də Peterburqda Senat meydanında I Nikolayın hərbi hissələri üsyançılarla üz-üzə gəlir. Və həmişə olduğu kimi xəyanət, qorxu, sonunda məğlubiyyət... Tarixə "Dekabrist üsyanı" ifadəsi gəlir. Və bundan sonra üsyançılara dekabrist deyirlər. Əslində bu adamların özləri üçün istəyəcəkləri heç nə yox idi, hamısı zəngin idi, təhsilli idi, cəmiyyətdə nüfuzlu idilər. Onları düşündürən məmləkətin vəziyyəti, xalqın səfil və cahil olması idi. Xalq rəzil gündədirsə, ölkənin çiçəklənməsindən və dünyada mövqeyindən söhbət gedə bilməz. Rusiyanın tarixi bunu sübut edir. Ancaq dekabristlərin ən böyük səhvi dəyişmələrə hazır olmayan xalqı xoşbəxt eləmək cəhdi idi. Maariflənməyən, savadlanmayan xalq gözəl həyat haqqında düşünə bilməz.
   
   Üsyanın nəticələrindən danışsaq 1826-cı ilin iyulunda 5 dekabrist Pestel, Murovyov-Apostol, Bestujev-Ryumin, Rıleyev və Kaxovski dar ağacından asılmaqla edam olundular. 121 dekabrist Sibirə sürgün edildi, 3 minə yaxın əsgər cəzalandırıldı.
   
   Rusiya tarixində dekabrist üsyanının müstəsna yeri var. Sonradan ölkəni irəliyə aparacaq bütün hərəkatlar bu üsyandan böyük dərs aldılar. 1861-ci ildə çarın fərmanı ilə təhkimçilik hüququ ləğv edildi. Dekabristlər rus mədəniyyətinin, elminin və maarifçiliyin inkişafına əvəzsiz xidmət göstərdilər. Onlar alovlu vətənpərvər idilər - qabaqcıl ideyaların bütün xalqın sərvəti olduğuna inanır, yeni düşüncə tərzinin, ictimai fikir anlayışının formalaşmasına çalışırdılar. Hətta "Sibir mədənlərinin dərinliyində" də maarifçiliklə məşğul olurdular. Bizim xalqın dərin fəlsəfəsinə məxsus "toxun acdan xəbəri olmaz" ifadəsini onlara aid etmək olmur. Aclar haqqında toxlar düşünməlidir. Ancaq gözü-könlü toxlar...
   
   
   
   ***
   
   İndi yenə deyəcəklər romantikadı. Vallah, yox, konkret tarixi faktlardı, olanı yazmışam. Nahaq yazmışam? Bəlkə də...
   
   ... Açıram qəzetin internet səhifəsini, reytinqə baxıram. örürəm ki, oxucularım çoxdur. Tofiq abi də deyir ki, "sən o göstəricilərə inanma, firma özü sayı artırır". Bunu da eşidəndə əlim-qolum sustalır. Oxucudan başqa bir xeyirim yoxdursa, onda niyə yazıram? Sonra elektron poçtumu açıram. Məktublar çox deyil. Biz kiməsə bir xoş söz yazmağa, məktub göndərməyə də ərinirik. Amma Babək Aruslu maraqlı bir məktub göndərib, ixtisarla verirəm:
   
   "Hörmətli İradə xanım! Məni parçalanmış Vətənin bütövlüyünə inandırdığınız üçün çox sağ olun. Vətənin harayına əlini yumruğa döndərməyənlər üçün Vətən, boya-başa çatandan sonra analarına axtardıqları "Tənha və kimsəsizlər evi"ndən başqa bir şey deyildir. Bu gün "21 Azər"də 21 rəqəminə adi rəqəm kimi baxanlar nə bilsin ki, sabah dünyanın siyasət adlı qumar oyununda bu, millətin düşmənlər üzərində qələbə rəqəmi olacaqdır". Yəqin bir nəfərə görə də yazmağa dəyər. Hə, bax bu oldu soyuq qış gününün romantikası...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK