ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək - VIDEO

26762    |   2020-05-26 11:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin "Bengü Türk” televiziyasında bir ildən çoxdur yayınlanan "Azərbaycan Rüzigarı” programı bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunacaq.

"Azərbaycan Ruzigarı”nın müəllifi və aparıcı, telejurnalist Səidə Ömərin verdiyi məlumata görə, mayın 28-də yayımlanacaq proqram həm möhtərəm qonaqlar, həm də rəngarəngliyi ilə daha fərqli sürprizlərlə dolu olacaq.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının I müavini, MHP-nin İstanbuldan olan millət vəkili İzzət Ülvi Yöntər, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Şamil Ayrım, MHP-li millət vəkili Arzu Ərdəm, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Azərbaycanla sıx dostluq əlaqələrini bu gün də davam etdirən diplomat Hulusi Kılıç 28 May Respublika Günü ilə bağlı təbriklərini çatdıracaqlar.

Daha sonra Türkiyənin məşhur sənətçiləri Muazzez Ersoy, Mustafa Yıldızdoğan, Meral Konrat, Yudum Koral, Aşık Sefai, Murad Pınar Özdemir yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar Azərbaycanı evlərindən videogörüntü ilə salamlayacaq, ən səmimi ürək sözlərini canlı ifalarla bildirəcəklər.

Programda, həmçinin Azərbaycanın müstəqillik yolu və inkişaf edən Azərbaycanı əks etdirən videosujet nümayiş etdiriləcək.

Səidə Ömər Əhməd Cavad, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə kimi görkəmli şairlərin şeirlərini səsləndirəcək, proqramda milli rəqslər və Azərbaycan haqqında kliplər göstəriləcək.(trend)




İmza:
SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK