ANA SƏHİFƏ / İQTİSADİYYAT

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

7534    |   2020-05-21 19:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.

Nazir tədbirin işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında "AmCham Azərbaycan”ın səmərəli fəaliyyətini qeyd edib. ABŞ-la iqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Azərbaycan Birləşmiş Ştatlarla iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə257 ABŞ şirkəti fəaliyyət göstərir.

Qeyd edilib ki, ölkələrimiz investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir: "ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur”.

Xarici ölkələrin təcrübəsi, investisiya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla "İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri "AmCham Azərbaycan”ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən Mikayıl Cabbarov infeksiyanın yayılmasına qarşı mübarizədə xalqımızın dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, iqtisadi, makroiqtisadi stabilliyin qorunması məqsədilə sistemli və operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, insanların sağlamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində təsdiq edilmiş Tədbirlər Planına əsasən, zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.

Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib:"Bununla yanaşı, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlarla əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır”.

Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.




İmza:

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

Mayın 22-də dolların manata qarşı məzənnəsi

Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Vüqar Bayramov: “Azərbaycan Ordusunun təlimləri Ermənistana mesajdır”

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

Astaraçay üzərində yeni körpü tikiləcək

Mayın 20-də dolların manata qarşı məzənnəsi

Bu ödənişi könüllü şəkildə geri qaytarmayanlar məhkəməyə veriləcək

Mikayıl Cabbarova yeni müşavir təyin edilib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK