ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

4584    |   2020-05-21 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 21-də Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib.

Ceyhun Bayramov tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə danışıb. Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmışe-telebe.edu.azelektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.

Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.

Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.

Qeyd edək ki, ATGTİ hazırda Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir. Üzvlər sırasına həm paytaxt, həm də regionların təhsil müəssisələri aiddir. ATGTİ-nin məqsədi təhsil müəssisələrində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.




İmza:

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK