ANA SƏHİFƏ / İQTİSADİYYAT

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

3791    |   2020-05-21 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Adalet.az-a Energetika Nazirliyindən bildirilib.

Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu "Azəri-Çıraq-Günəşli”nin, 1,3 mln. tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.

Cari ilin 4 ayında 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır. Neft-kondensatın 9,8 mln. tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 mlrd. kubmetr artımla 13,4 mlrd. kubmetr qaz hasil edilib. Qaz hasilatının 4,6 mlrd. kubmetri AÇG-dən, 6,4 mlrd. kubmetri isə "Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 mlrd. kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 4,6 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 mlrd. kubmetr qaz nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. kubmetrdən çox qaz nəql edilib.

İstismara veriləndən mayın 1-dək olan dövrdə isə "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. kubmetr qaz hasil edilib. Bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. kubmetr qaz isə ixraca nəql olunub.

2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.




İmza:

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

Mayın 22-də dolların manata qarşı məzənnəsi

Qırğızıstan-Türkiyə marşrutu ilə dəmiryol yükdaşımaları Azərbaycandan keçəcək

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Vüqar Bayramov: “Azərbaycan Ordusunun təlimləri Ermənistana mesajdır”

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

“AzerGold” QSC növbəti irihəcmli ixracını həyata keçirib

Astaraçay üzərində yeni körpü tikiləcək

Mayın 20-də dolların manata qarşı məzənnəsi

Bu ödənişi könüllü şəkildə geri qaytarmayanlar məhkəməyə veriləcək

Mikayıl Cabbarova yeni müşavir təyin edilib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK