ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO

9228    |   2020-05-18 22:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bunların bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirildi. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.

Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.

Təlimlərdə, döyüş şəraitində texnikalar sıradan çıxa bilər. Bu səbəbdən hərbi texnikalarla yanaşı onların ehtiyat hissələri də gərəklidir. Silahlanmada olan texnikaların ehtiyat hissələri müvafiq müqavilələr əsasında alınır, daxili komissiya tərəfindən yoxlanılır, aktlaşdırılır və bazanın balansına daxil edilir. Hazırda hərbi anbarlarda olan ehtiyat hissələri Rusiya Federasiyasında istehsal edilən "KAMAZ” və Belarus Respublikasının istehsalı olan "MAZ”-a məxsusdur. Anbara qəbul olunan ehtiyat hissələri müəyyən standartlara uyğun olaraq texnikanı istehsal edən qabaqcıl dövlətlərə məxsusdur.
Hərbi hissələrin tələbat sifarişləri, eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin Silah və Texnika İdarəsinin müvafiq normalara uyğun verdiyi naryadlar əsasında birləşmələrin maddi-texniki təminat taborlarında yerləşən zirehli tank əmlakı anbarlarına aparılır. Sonra hərbi hissələrin tələbatına uyğun bölüşdürülür.

Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.




İmza:

Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı

Qusarlı qadın həyətində müxtəlif növ heyvanlar bəsləyir - VİDEO

Azərbaycanda it döyüşləri təşkil edən altı nəfərin kimliyi müəyyənləşdirildi

Sabah Bakıda 29 dərəcə isti olacaq

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ

Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq

Azərbaycanda koronavirusun sərnişin daşımalarına təsirləri açıqlanıb

Azərbaycanda itlərə narkotik vurub, ölümcül döyüşə buraxırlar? - VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK