ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: “MEHMANDAROVLAR”

Qarabağda haqqı olan dəyərli dostum Vasif Quliyevə minnətdarlıqla

28167    |   2020-05-23 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan tarixində, xüsusilə onun Qarabağ bölgəsinin varlığını ifadə edən aydınların səcərəsində elə bir nəsil var ki, onu görməmək, onu tanımamaq, ondan yan keçmək qeyri-mümkündür. Ən azından ona görə ki, bu nəsil az qala uşaqlı-böyüklü hər biri öz həyatıyla, öz fəaliyyətiylə tariximizdə bir işıq simvolu olublar. Onların atdığı addımlar, gerçəkləşdirdiyi əməllər həm tərəqqi, həm də bir xalqa bağlılıq baxımından böyük önəm kəsb edir. Bu mənada Qarabağın, onun simvolu olan Şuşanın aydınları böyük önəm kəsb edir. Təəssüf ki, bu aydınlar Sovet dönəmində arxa plana atılmış, araşdırmaçılar onları görməmiş, ya da görmək istəməmişdilər. Təbii ki, bunun əsas səbəblərindən biri o aydınların milli ruhu idi. Bu da sovet ideologiyası ilə ziddiyyət təşkil edirdi. Ona görə də Azərbaycan tarixinin Qarabağ bölümü, o cümlədən də Şuşa aydınları ilə bağlı hissəsi ya öyrənilməmiş, ya da bir cümləylə kimlərinsə adı səhifələrə düşmüşdü.

Şükürlər olsun ki, Azərbaycanın müstəqillik dövrünün bizə verdiyi imkanlardan artıq yararlanmağa, istifadə etməyə başlamışıq. Sevindirici haldır ki, bu dövrün verdiyi imkanlardan yararlanan araşdırmaçılarımızdan biri olan və mənim bir oxucu kimi hər zaman vurğuladığım Qarabağda həqiqi haqqı olan yazıçı-publisist, araşdırmaçı Vasif Quliyev Sovet dönəmində də böyük əmək, zaman sərf edib, izlərini axtarıb-aradığı aydınlarımızı indi daha geniş bir şəkildə ortalığa çıxara bilibdi. Onun müxtəlif mətbu orqanlarda çap etdirdiyi tarixi oçerklərində, publisist yazılarında məhz Qarabağın, Şuşanın ədəbiyyat, mədəniyyət xadimlərinin, bütövlükdə isə aydınlarımızın həyat fəaliyyəti geniş şərh edilmişdir.



Bu ilin Novruz bayramı ərəfəsində Vasif müəllim mənə bir kitab bağışladı. Çox nəfis şəkildə "Şuşa” nəşriyyatında işıq üzü görmüş kitabın redaktoru və ön sözünün müəllifi Əməkdar jurnalist Tahir Aydınoğludur. Mən kitabın adını oxuyanda artıq söhbətin nədən gedəcəyini birmənalı şəkildə anladım. Çünki əvvəldə də dediyim kimi, Vasif müəllim Şuşa aydınlarından silsilə yazıların müəllifidir. O silsilədə Mehmandarovlar xüsusi bir yer tutur.



Biz hər birimiz az-çox məhşur Azərbaycan generalı Mehmandarovun adını eşitmişik. Onun çar ordusundakı xidmətindən və qazandığı nüfuzdan da müəyyən mənada xəbərdarıq. Amma Vasif müəllimin araşdırmaları əsasında bizə təqdim etdiyi 382 səhifəlik bu kitabda Mehmandarovların bütün səcərəsi demək olar ki, araşdırılmış, onların həm Azərbaycanda, həm də onun hüdudlarından kənardakı həyat və fəaliyyətləri geniş əks olunmuşdu. Bəri başdan deyim ki, mən Vasif Quliyevin bu samballı kitabını təkcə bir araşdırma əsər kimi yox, həm də tarixi mənbə kimi qəbul etdim. Çünki burada Mehmandarovların kimliyi ilə yanaşı, onların xidmətləri də Azərbaycana, bütünlükdə dünya elminə, mədəniyyətinə, hərb sahəsinə etdikləri xidmətlər, verdikləri töhfələr geniş şəkildə şərh edilib. Və mən ilk dəfə bu kitabda Azərbaycanın ilk akademikinin də məhz Əbdülkərim bəy Mehmandarovun oğlu Mixail Mehmandarov-Tuşinski olduğunu öyrəndim. Ümumiyyətlə, bu kitabda həm səhiyyə, həm hərb, həm texniki elmlər sahəsində Mehmandarovların böyük bir uğura imza atdıqları birmənalı şəkildə ifadə edilibdir. Biz Vasif Quliyevin kitabını oxuduqca Mehmandarovlar soyadının haradan qaynaqlandığını və bu nəslin Şuşada həm memarlıq və abadlıq, həm təhsil, həm də həyatımızın digər sahələri ilə bağlı gördükləri işlərin izlərindən xəbər tuturuq. Onların adıyla bağlı olan Şuşanın məhəllərini gəzib-dolaşırıq. Təsəvvür edin ki, "Mehmandarovlar” kitabını oxuduqca burada göstərilən mənbələrin kitabdakı şəkillərin hər biri adamın həm o torpağa olan sevgisinə əlavə bir sevgi qatıb, həm onu bir daha üzü Şuşaya çəkir, həm də kövrəldir. Çünki bu şəkillərdəki simalar, onların üzərində dayandığı torpaq doğmadan da doğma gəlir adama. Bilmirəm, başqaları necə, mən şəxsən Vasif Quliyevin böyük zəhməti hesabına başa gəlmiş bu kitabın dəyərini müəyyənləşdirə bilmirəm. Ona görə də birmənalı olaraq Vasif Quliyevə gördüyü bu savab işə görə oxucu təşəkkürümü çatdırmaqla şəxsən mənə Mehmandarovları bu qədər yaxından təqdim etdiyinə üçün "var olan, Vasif müəllim!” - deyirəm. Və inanıram ki, bütün Mehmandarovlar nəslinin Səcərə Ensiklopediyası hesab etdiyim bu kitab öz dəyərini mütləq alacaqdı. Çünki bu kitab Qarabağın, Şuşanın tarixinin önəmli bir səhifəsidir.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO