ANA SƏHİFƏ / SİYASƏT

Mir Şahinin vaxtı - VİDEO

7919    |   2020-05-18 14:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Dünyada gedən meqaislahatlar korpusunda Azərbaycan özünəməxsus fenomendir. Necə deyərlər, idarəetmənin ibtidai hesab mərhələsindən Ali Riyaziyyat qatına keçiddə respublikamız Ağıllı Dövlət modeli kimi ortadadır. Bu gün planetin idarəolunmasının kibernetika səviyyəsi Azərbaycanıklassik sükançılıqdan sürətlə aralanmağa sövq və təşviq edir. Prezident Əliyev başlanğıc və son nöqtələri uğurla bir-birinə bağlayan daxili və xarici siyasət kursuyla effektli beynəlxalq nəticəyə işləyir.

Məsələn, bu ilin əvvəlində Əliyevin Davosda CISCO şirkətinin icraçı vitse-prezidenti və Baş Maliyyə direktoru Kelli Kramerlə görüşünü xatırlayıram. Bu görüşdə CISCO Prezidentiməmnuniyyətlə bəyan etmişdi ki, Azərbaycan bu nəhəng şirkət üçün bölgədə ən önəmli dövlətdir. Azərbaycanın rəhbəri də bu münasibətə adekvat reaksiya göstərmişdi. Hətta o da yadımdadır ki, Davosdan Bakıya verdiyimiz reportajda anons etmişdik ki, nüfuzlu CISCO-nun nümayəndələri bu il Bakıya gələcəklər. Şirkətin mətbuat xidmətilə danışmışdıq ki, Azərbaycanda kanalımıza müsahibə imkanı da tapsınlar. Ortaya pandemiya girdi... Amma elə bugünlərdə Prezident CISCO-nun rəsmiləri ilə keçirdiyi videokonfransla nümayiş etdirdi ki, onun planlarına heç nə əngəl ola bilməz. Görüş baş tutdu. Olsun videokonfrans formatında. Hər halda qəbul keçirildi. İlham Əliyevi qarşı tərəf təkcə Azərbaycanın yox, həm də krizisli situasiyaların, böhran dünyasının unikal lideri kimi etiraf etməkdən çəkinmədi. Bəşəriyyətin koronavirusla düya müharibəsinə qalxdığı bir zamanda belə bir görüşün xüsusi əhəmiyyəti, Azərbaycanın dövlət başçısının şəxsinə verilən yüksək qiymət xüsusi idi.

CISCO şirkətininicraçı vitse-prezidenti və baş maliyyə direktoru, Kelli Kramer:"İcazənizlə, başqa bir məsələni də deyərdim. Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq."

Beləliklə, söhbətin həm mövzusu, həm məzmunu, həm də tərəflərin ona yanaşma tərzi göstərirdi ki, müzakirə ediləcək məsələlər ənənəvi insanın asan qavraya biləcəyi iş deyil. Məsələn, burada məntiqin təmas nöqtələri öyrəşdiyimiz kimi deyildi. "SMART ölkə”, kibertəhlükəsizlik, "Ağıllı şəhər”, " Ağıllı Avtovağzal” kimi sözlər, ifadələr mütləq əksəriyyətimizdən ötrü tam yenidir. Amma İlham Əliyev üçün yox.

CISCO şirkətininvitse-prezidenti, Qay Ditrix:"Müzakirə etmək istədiyimiz üç sahə belədir: "Smart ölkə”, təhsil və kibertəhlükəsizlik. Onların hamısı Sizin əsas prioritetlərinizlə bağlıdır. Siz onları təxminən iki il əvvəl bizim qarşımızda təsvir etdiniz. Biz ildə iki dəfə Bakıda, yaxud Davosda keçirdiyimiz görüşlərdə Sizə yenilikləri çatdırırdıq."

Ya da cənab Qay Ditrixin başqa bir mühüm strateji-innovativ plan barədə dediklərinə qulaq asaq.

CISCO şirkətininvitse-prezidenti, Qay Ditrix:"Cənab Prezident, ümumi məqsədimiz bir-biri ilə bağlantısı olan "Ağıllı məktəblər” və təhsil proqramlarını yaratmaqdır ki, bu sahədə qlobal liderlik qazanılsın. Sizin qeyd etdiyiniz miqyas və öhdəlik tam uyğundur. Biz bunun öhdəsindən gələ və təhsilin səviyyəsini qaldıra bilərik. Həmin bir-biri ilə bağlantısı olan məktəblər vasitəsilə Sizin dünyadakı statusunuz qalxacaq."

O saat sezilirdi ki, CISCO Azərbaycana açıq rəğbət bəsləyir. Hətta o qədər ki, Azərbaycanın qlobal lider olmasına çalışdığını belə, gizlətmirdi. Deməli, orta beyin üçün mürəkkəb olan məsələn, "SMART ölkə”, Kibertəhlükəsizlik, "Ağıllı şəhər”, " Ağıllı Avtovağzal, Ağıllı məktəblər” kimi anlayışlar Azərbaycan liderinin son iki il ərzində üzərində davamlı işlədiyi stolüstü temalarmış. Hə, bir mətləb də diqqətimdən qaçmadı. CISCO-nun rəsmilərinin dediklərindən aydın görünürdü ki, şirkətin nailiyyətləri ilə bir neçə videokonfrans, videomitinq keçirən Azərbaycan lideri üçün faydalı olmaq quruma açıq-aşkar ləzzət edib.

CISCO şirkətininicraçı vitse-prezidenti və baş maliyyə direktoru, Kelli Kramer:"Onu da söyləməliyəm ki, CISCO-nun teleiştirak texnologiyasından istifadəni görmək də çox yaxşı hal oldu. Bir sözlə, əgər bununla Sizə kömək edə bildiksə, bu, çox xoşdur.”

İndi isə Prezidentin çıxışından ayrı-ayrı parçaları təqdim edəcəyik. Şərhimiz də ona hesablanıb ki, eştdiyimiz planların reallaşacağı günə, yerləşəcəyimiz, daxil olacağımız yeni elmi-texniki atmosferə hazır olaq. Ola bilsin ki, hansısa komponentin anlaşılması bir az mürəkkəb olacaq, bəlkə nələrisə bir dəfəyə dərk etmək çətin başa gələcək, amma başa düşməyə özümüzü məcbur edək. Çünki, bir müddət sonra bu planlar alidən adiyə hər bir vətəndaşımızın gündəlik həyat tərzinin qaydalarına çevriləcək.

Bunu da unutmayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfrans CISCO-nun icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələrinin xahişi ilə baş tutub.

Yəqin ki, bu da az əhəmiyyət daşımır. Yeni zaman üçün yeni texnologiyalar yaradan bir innovasiya, kreativlik divinin Azərbaycanı regionda ən əhəmiyyətli sayması, hər bir azərbaycanlını da regionda ən önəmli hesab etməsi deməkdir. Prezident həm videoiştirak instrumentinin yüksək keyfiyyətini qeyd etdi. Həm də etiraf edildiyi beynəlxalq dərəcəli lider kimi cavab nitqində məhz bu texniki imkanların rolunu yüksək səviyyəyə qaldırdı. CISCO nümayəndələrinin üzünün ifadəsindən görünürdü ki, çox məmnundurlar.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Siz haqlı olaraq qeyd etdiyiniz kimi, biz iki mühüm tədbirin təşkilində Sizin əla avadanlığınızı istifadə etdik. Texniki nöqteyi-nəzərdən deyə bilərəm ki, hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar var idi. Yeri gəlmişkən, ilk dəfə idi ki, Qoşulmama Hərəkatı və Avropa İttifaqı eyni tədbirdə iştirak edirdi. Əvvəllər, bu, heç zaman baş verməmişdir. Azərbaycan həmin iki mühüm beynəlxalq tədbiri başladı. Təbii ki, onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla idi. Mən bu fürsətə görə minnətdaram. Hazırda bu imkanlardan sizinlə söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla, yəni, dövlət başçıları ilə artıq bir neçə söhbətim olub. Lakin bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri ilə bu cür söhbət edirəm. Fikrimcə, xoş təsadüfdür ki, bu, CISCO-dur. Bu, ölkələrimiz arasında çox sıx və deyərdim ki, strateji tərəfdaşlığı nümayiş etdirir. İlk bu cür söhbət apardığım şirkət Birləşmiş Ştatları təmsil edən şirkətdir."

Elə buradaca, İlham Əliyevin bütün görüşlərində qırmızı xətt kimi keçən bir mətləb barədə.

Prezident istənilən mövzunu dövlət müstəqilliyi müstəvisinə məharətlə köçürür. Davos forumunu, Münhen Konfransını, Valday klubunu xatırlayaq. Dövlət müstəqilliyi Azərbaycan Liderinin siyasi-milli kəlmeyi-şəhadətinə çevrilib. Bu konfrans da istisna olmadı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür."

Trampın Azərbaycanın əsas dövlət bayramı münasibətilə Əliyevə göndərdiyi təbrik məktubunda məhz suverenlik və müstəqillyi dəstəklədiyini, güclü şəkildə dəstəklədiyini qeyd etməsi həm də belə anlaşılmalıdır ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə qarşı çıxanları, onu zəiflətmək istəyən qüvvələri dəstəkləmir, güclü şəkildə dəstəkəmir. Burada həm xarci, həm daxili düşmənlər üçün ciddi mesajlar var. Özü də bu trafaret, növbətçi təbrik olmamaqla, müstəqil dövlətə, ləyaqətli dövlətə layiq olduğu hörməti hər dəfə və hər dəfə göstərmək şansını dəyərləndirməkdir.

Məsələn, Amerika Birləşmiş Ştatları Prezidentinin ötən il göndərdiyi təbrik məktubu xatırlayaq. Orada da açıq mövqe nümayişi var idi.

"Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın Enerji Təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”.

Sizin liderliyinizi dəyərləndirirəm. Görürsüz? Nə olursa-olsun, nə baş verirsə versin, müstəqilliyi dövlət isməti, dövlət namusu kimi qoruyanlara həmişə bir hörmət, bir ehtiram var.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Qeyd etdiyiniz məsələlərə gəldikdə, biz onları əvvəllər müzakirə etmişik. Şadam ki, Davosda keçirdiyimiz görüşdən sonra böyük irəliləyişə nail olmuşuq. Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi "Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni "Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal "Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik. Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz kimi, əlavə edərdim ki, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasını əhatə edir. Mən buna sonradan qayıdacağam. Lakin ilk olaraq mənə sizin "Quantela” şirkəti ilə əməkdaşlığınız haqqında məlumat verildi. Əlbəttə ki, biz bunu tam dəstəkləyirik. "Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ "yol xəritəsi”nin hazırlanması da fikrimcə, çox faydalı olardı. Bundan sonra, qarşımızda tam mənzərə aydınlaşacaq. Atacağımız addımların planı hazır olacaq və yekun nəticə çıxacaq və bu nəticəyə nail olmaq üçün hansı növ ehtiyatların toplanmasına ehtiyac duyulduğunu da biləcəyik. Hazırkı vəziyyətdə "bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq. Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq."

Göründüyü kimi, koronavirus qaranlığı bir qısa qapanma aktı deyil. Bizi irəlidə hələ sürəkli tənzif və spirt möhləti gözləyir. Planet yeni eranın qayda-qanununa nə qədər çətin olsa da öyrəşməlidir. COVID-19 bir epoxal formatdır. İlham Əliyev yeni zamanın lideri kimi gələcəyin məsuliyyətinin həcmini və mahiyyətini əla başa düşür. Ona görə də istənilən kreativ təşəbbüsə ani reaksiya verir. Azərbaycanın liderini hələ bir neçə ay əvvəl, Davos forumunda çox qayğılı görmüşdüm. Forumun keçirildiyi zalın girişində, dəhlizlərdə qoyulan dispensorlardakı su düüüüz Alp Dağlarından gətirilmişdi və əsas məqsəd də insanlığın suyu qorumaq kimi bitki, heyvan, torpaqla kollega olaraq bir canlı mükəlləfiyyətini xatırlatmaq idi. Şirin su ehtiyatlarına görə dünya sonuncularından olan ölkənin liderinin qayğısını başa düşmək olardı. Son illər Prezident su mövzusuna çox böyük diqqət ayırır. Həqiqətən də, bu gün konyuktura başları neftə qarışıb. Hətta-nefti su qiymətinə saldılar-deyə narazılıq bildirənlərin əslində suyun qiyməti, nə qədər böyük dəyərə malik olması haqqında dərindən düşünməyə sadəcə vaxtları yoxdu. Il ildən quraq gəlir. Neft erası demək olar ki bitib. Qeyri-neft dövrü isə həm də aqrar dövrdür. Su isə ciddi surətdə azalır…

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Bilirəm ki, siz kənd təsərrüfatının rəqəmsallaşdırılması ilə bağlı artıq təmasdasınız. Bu sektor hazırkı vəziyyətdə neft qiymətlərinin tənəzzülü ilə aparıcı sektorlardan biri olacaq. Buna görə kənd təsərrüfatı məşğulluq, ərzaq təhlükəsizliyi və ixrac deməkdir. Gözəçarpan nəticələrə nail olmaq üçün bizim su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemimiz olmalıdır. Elə bu yaxınlarda mən Baş Nazirin müavininin rəhbərliyi altında xüsusi dövlət komissiyasının yaradılması ilə bağlı Sərəncam imzalamışam. Onlar artıq işə başlayıblar. Bir çox nazirlər həmin komissiyanın üzvləridir, çünki bizim çoxlu itkilərimiz olub. Ötən il isə bizdə çox ciddi quraqlıq oldu. Bu il, həmçinin gözlənilir. Düzdür, daha yüngül olsa da, amma yenə də proqnozlaşdırılmayan haldır. Hava şəraiti gözlənilməz şəkildə dəyişir. Beləliklə, su ehtiyatlarımızın düzgün qiymətləndirilməsi, layihənin prioritetlərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının və balansın elektron idarə edilməsi qarşıdan gələn illərdə bizim üçün ən vacib məsələdir.

Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq tamamlandığını nəzərə alsaq, bu, infrastruktur layihələri sırasında bir nömrəli layihə olacaqdır ki, onun icrası nəticəsində su ehtiyatlarına nəzarət, idarəedilmə və bərabər bölgü təmin olunacaq. Çünki burada narahatlıq doğuran məsələlərdən biri odur ki, bəzən su ehtiyatlarının paylanılması zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə edirlər və nəticədə müəyyən şirkətlər qrupu əsassız üstünlük əldə edir. Bu ədalətsizlik isə öz növbəsində, ciddi çətinliklər yaradır. Bu səbəbdən hesab edirəm ki, bu məsələ də bizim gündəliyimizə əlavə edilə bilər və beləliklə, biz gələcəkdə hansı işlərin görüləcəyi ilə bağlı geniş mənzərəyə malik olacağıq."

CISCO şirkətininvitse-prezidenti, Qay Ditrix:"Çox gözəl. Cənab Prezident, biz çağırışları sevirik. Su ehtiyatlarının idarə edilməsi dünyanın hər yerində çağırışdır. Biz bu sahədə bir sıra layihə və texnologiyalara malikik. Bu, təkcə su ehtiyatlarının idarə edilməsi və nəzarət deyil. Buraya müvafiq sahədə qanunvericilik də daxildir. Çünki dünyanın elə bölgələri var ki, orada infrastruktur olduqca inkişaf etmiş səviyyədədir, lakin orada boru kəmərlərinin zədələnməsi nəticəsində böyük su itkisi baş verir. Mən iki layihəni nəzərdə tuturam ki, biz pilot layihə çərçivəsində orada sensor texnologiyasının tətbiqi və su ehtiyatları sahəsində qanunvericiliklə bağlı məlumatın toplanılması ilə məşğuluq. Biz, əlbəttə, Sizinlə də bu sahədə çalışa bilərik.

Daha bir mövzu "Ağıllı kənd təsərrüfatı”dır. Siz bu sahədə olduqca irəlidəsiniz və Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı baxışınızı reallaşdırmaq üçün müvafiq texnologiyalar artıq mövcuddur."

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Su ehtiyatlarının idarə edilməsi məsələsinə qayıdaraq, siz su itkisi məsələsini düzgün qeyd etdiniz və bizdə də belə problem var. Bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir. Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik.

Bizim münbit torpaq ehtiyatımız məhduddur. Kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq. Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür."

Hər şey dəyişir. Bir mutasiya dövründən keçir. Elə təhlükəsizlik məsələləri də. Bizə tanış olan, ənənəvi təhlükə formaları öz yerini yeni təhdid şəkillərinə verir. Məsələn. Kibertəhlükəsizlik. Prezidentin bu təhdidlə bağlı öz qabaqlayıcı planı var. Ən yaxşı sipər, şübhəsiz ki, yeniliklərlə, innovativ sursatla özünü təmin etməkdir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Hesab edirəm ki, yeni əməkdaşlıq formatımızın strukturu rəsmi müəyyən edildikdən sonra bizim qısamüddətli icra planımız olmalıdır, çünki bizim bu məsələlərə ciddi ehtiyacımız var. Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq. Bu yaxınlarda, pandemiya vaxtı mən "Azərenerji”nin əməliyyat mərkəzinin açılışında iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat sistemləri çalışır. Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var. Mövcud elektrik stansiyalarında yenidənqurma və təmir işləri aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600 meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalnız resursların optimallaşdırılması sayəsində biz səmərəliliyi artıraraq böyük generasiya gücü əldə etmişik. Beləliklə, bu, əlbəttə, bizim üçün prioritet təşkil edən məsələ olacaq."

Yeni dövrün xəstəliyi də bambaşqadır. Yəqin biz bundan sonra yer kürəsinin, bəşər övladının məhz belə bəlalarala mübarizəsinə hazır olmalıyıq. Tibb sənayesi yeni əhəmiyyət qatına qaldırılmalıdır. Dünya artıq başa düşdü ki, silah, yəni dava haqqında o qədər düşünüb ki, əsas davanıunudub. Söhbət dərədə davadan gedir. Təbabət ölüm yatağından qaldırılmalıdır ki, dirildə bilsin, ölməyə qoymasın. Bu baxımdan koronavirus əla müfəttiş oldu.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır. Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir."

CISCO-nun rəsmisi Kelli Kramerin İlham Əliyevlə sağollaşarkən dediklərinə və Prezidentin yekun sözlərinə qayıtmaq istərdim. Burada Azərbaycan dövlət, onun liderinin çəki və əhəmiyyət daşıyıcısı olaraq görünüşü çox maraqlı və informativ açılır.

CISCO şirkətininicraçı vitse-prezidenti və baş maliyyə direktoru, Kelli Kramer:"CISCO heyəti və Azərbaycan arasında keçirilən bu görüş çox səmərəlidir. Cənab Prezident, Sizin kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Şadam ki, CISCO bu sahədə Sizinlə əməkdaşlıq edir və hesab edirəm ki, qeyd etdiyimiz məsələlərin icrasını sürətləndirə bilərik. Bu əməkdaşlığın davamlı olmasını arzulayıram. Siz təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdənsiniz və bu işdə öndə getdiyinizə görə Sizə təşəkkür edirəm. Düşünürəm ki, biz bu tərəfdaşlığı yaratmaqla ölkəniz haqqında da çox şey öyrənə bilərik."

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Çox təşəkkür edirəm. Əməkdaşlığa və dəstəyinizə görə sizə minnətdaram. Əminəm ki, bizim strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür. Bizim baxışlarımız tam üst-üstə düşür və potensialımızı səfərbər etməklə biz nisbətən qısa müddət ərzində çox işlər görə bilərik. Bu isə bizim Azərbaycanın müasirləşdirilməsi baxışımıza tam uyğun olacaq. Koronavirus pandemiyası başa çatdıqdan sonra sizi Bakıda görməyə ümid edirəm. Xatırlayıram ki, sizi buraya dəvəm etmişəm və beləliklə, müzakirəmizi regional formatda davam etdirə bilərik."

Xanım Kelli Kramer:

" -Əlbəttə. Biz bu qorxunc pandemiyaya qədər artıq hər bir şeyi planlaşdırmışdıq və vəziyyət yaxşılaşdıqdan sonra mütləq səfər edəcəyik. Hər şeyə çox görə çox sağ olun."

Prezident İlham Əliyev:"Çox sağ olun. Sizə ən xoş arzularımı çatdırıram. Bu müzakirələrə görə sağ olun."

İlham Əliyevə xas çoxmaştablılıq, onun eyni zamanda həm ən uzağı, həm ən yaxını sərrast və eyni anda görməsi onun ən mühüm keyfiyyətlərindəndir. Multikultural dünyagörüşü ideoloji konseptin milli maraqlardan sonra dövlətin ikinci təməl prinsipinə çevirən lider korrupsiya ilə mübarizəyə də elə bu kontekstdə baxır. Yəni rüşvət Biləsuvarda alınır, amma fəsadı Cenevrədə hiss olunur. Bir Vilyam Azərbaycanın mənəviyyatına rüşvət boyda zərbəni İmişlidə vurur, amma əziyyəti həm də başqa Vilyam, gerçək Vilyam Almaniyada çəkir. Ona görə də Prezident CISCO-yla danışanda unutmur ki, söhbət, görüş keçən həmin monitorda Kəlbəcərin yeni icra başçısı ilə söhbətin izi durur.

Xalq qarşısında məsuliyyət. Bəşəriyyət qarşısında cavabdehlik.

Eyni monitorda iki səviyyə. CISCO və Kəlbəcər. Davos və Azərbaycan. Çətindir, əlbəttə 1 trilyon ağac əkməklə Planetə yaşıl ciyər köçürmək, o biri tərəfdə də dövləti, xalqı feodal təfəkkürlü icra məmurlarından, vətən daş mamırlarından təmizləmək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir.

Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.

Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar."

Keçən görüşlərdən birində biz İlham Əliyevin korrupsiya və rüşvətlə mübarizə xəttini ulu öndər Heydər Əliyevin yolu kontekstində şərh etmişdik. Heydər Əliyevin kasıb-kusub haqqına girən nanəciblərə münasibətini isə sadəcə sitat kimi qrafikada təqdim etmişdim.

Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti həmin kadrları nümayiş etdirib və mən böyük minnətdarlıq hissilə onu təqdim edirəm:Həmin beyinlər, həmin tamah. Adama elə gəlir ki, belələrinin ruhu yox, ancaq tamahı olur. Tamah da bədəndən bədənə keçir. Öləndə də canlarını yox tamahlarını tapşırırlar. Yox, əzizlərim. Təfəkkür dəyişməlidir. Və təkcə mamır-məmurların yox. Elə sadə vətəndaşların da. Prezidentin islahat kursu təkcə icra başçıları, yüksək çinli məmurlar üçün deyil. Bu islahat kursunu bir müayinə, müalicə kursu kimi hamı keçməlidir.

Məsələn Biləsuvarda, Səbayılda, Yasamalda, İmişlidə, Bərdədə, Tərtərdə kiməsə elə gələ bilir ki, urra, əmlakın yenidən bölüşdürülməsinə start verildi. Mənim babam Mursaqullu xanım nənəm Sazəndəyə verdiyi torpağısonradan alıblar əlimdən. Davay sökək e hasarlar! Polis, yaxınlaşma mənə vurram səni! Ay dədəm vay qoymayın! Prezidentin tapşırığını icra etmirlər. Sakit, əziz camaat! Ölkədə proletar inqilabı baş verməyib. Gedən islahatlardır, ən yüksək səviyyədə. Prezidentin daxili siyasəti bitkindir. O Azərbaycan vətəndaşlarının sosial həssas hissəsini ilk növbədə qoruyur. Onun cibinə girən əllərə qarşı amansızdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:"Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir”.

Amma Azərbaycanın Prezidenti eyni zamanda sahibkarı da qoruyur və onun da haqqına girənlərə qarşı amansızdır. Fərqi yoxdur, xüsusi mülkiyyət haqqını kim pozur, məmur, yoxsa əlinə külüng alıb fürsətcillik edən sosial həssas üzv. Qanunsuz fəaliyyət göstərən başçının və ya başqa yüksək çinli məmurun əlindən sahibkar da əzab çəkib.

Beləliklə, təfəkkür dəyişməlidir. Bir az əvvəl dediyimiz kimi. Və dəyişir də. Amma unutmayaq ki, biz özümüzü özümüz dəyişməliyik. Bunu Prezident sərəncamı ilə etmək olmur. Azərbaycanda dəyişmələr üçün rüşvətdən, haramdan sağalmaq üçün kütləvi vaksinasiya məntəqələri var.

Məsələn. ASAN modeli. Burada gələcəyimiz müayinə olunur. Milli eksklüzivliyi qorumaqla bəşəriləşmək, dünyanın tərkib hissəsi olmaqla, həm də planet üçün yükə çevrilməmək, əksinə yer kürəsi naminə faydalı iş əmsalını artırmaq. Bu gün Azərbaycan dövlətinin milli və beynəlxalq mahiyyəti bundan ibarətdir. Pandemiya şəraitində də Azərbaycanın beynəlxalq platforma kimi işi azalmayıb. Düzdür əvvəl beynəlxalq tədbirləri Bakı qəbul edirdi. Möhtəşəm salonlarda, saraylarda, otellərdə. Amma yenə də mötəbər forumlar, konfranslar keçirilir. Sadəcə virtual məkanda. Videokonfranslar şəklində. Azərbaycan planetlə yeni dildə danışır. Bu dilin yaranmasında özü iştirak etdiyindən həm asan başa düşür, həm də asan başa salır.

Mayın 14-dən 16-dək Bakı virtual ekvatorda idi. Hökumətlər tərəfindən "COVID 19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumu keçirildi. İSESKO-nun Baş direktoru, BMT-nin İnkişaf Proqramının rəhbəri, Dünya İqtisadi Forumunun Prezidenti, Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) rəhbərinin müavini, Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev...

Təşəbbüs Azərbaycana məxsus idi. ASAN sözü kimi! Azərbaycanda rüşvət və korrupsiya anlayışlarının antonimi ASAN.

Əslində ASAN bir model olaraq qara köhnəyə, oğurluğa, daş-başa öyrəşmiş keçmişdə ilişib qalanlara, "belə də yaşamaq olar!” xatırlatmasıdır. Axı doğrudan da rüşvətsiz, korrupsiyasız yaşamaq olarsa niyə hər gün öz evinə oğru kimi qayıdasan. Beş icra başçısı, bir nazir müavini həbsdə. Daha neçəsi bu yolu gözləyir. Ölkənin Mədəniyyət nazirinin müavini rüşvət aldığı yerdə, qara iş başında yaxalanır.

Etiraf edirəm. Mən Mədəniyyət naziri Əbülfəs Qarayevi heç vaxt başqa məmurlara qatmamışam. Ən azı böyük Qara Qarayevə görə. Ən azı Əbülfəs Qarayevə şeir həsr etdiyi üçün o boyda Vaqif Bəhmənlini işdən azad etməkdən çəkinmədiyinə görə. Ona görə də bu saat onun üzərinə ayaq alanları təqdir etmirəm.

Elə bu və buna bənzər səbəblərdən düşünürdüm ki, hadisədən sonra o Prezidentə təxminən belə məzmunda bir məktub yazar.

"Cənab Prezident! Həmişə qayğınızı, sayənizi hiss etmişəm. Şəxsimə, ömür yoluma, daşıdığım soyada qoyduğunuz hörmətə görə həmişə minnətdar olmuşam. Amma rəhbərlik etdiyim nazirlikdə bu günlərdə aparılan xüsusi əməliyyatdan, üzə çıxan rüsvayçılıqdan sonra mənə çox pisdir. Görünür, zəifliyə yol vermişəm. Nəyisə bacarmamışam. Nələrsə gözümdən qaçıb. Hər bir halda ölkənin baş mədəniyyət ocağında baş verənlərə görə ilk növbədə mən məsuliyyət daşıyıram. Çox üzülürəm. Sizin etimadınızı tam doğrulda bilmədim. Xahiş edirəm məni tutduğum vəzifədən azad edəsiniz. Bu vəzifəni daşımağa bundan sonra haqqımın çatmadığını düşünürəm” və s. və i.a.

Bilmirəm, bəlkə var belə bir məktub, bəlkə də yox. Belə bir istefa ərizəsini Prezident imzalardı, imzalamazdı, onu da bilmirəm, bu Cənab Prezidentin müstəsna səlahiyyətidir. Amma belə bir məktub Ə.Qarayevin tarixdə istefa ərizəsi yazmış Mədəniyyət naziri kimi qalmasını təmin edərdi. Daha mədəniyyət tariximizi müavini və mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin rəisi rəfindən talanan şəxs kimi yox.

Gəlin özümüzdən soruşaq: Kimdir daha böyük cani: tarixi irs, tarixi abidələrdən oğurlayan azərbaycanlı müavin, yoxsa Şuşanın, Ağdamın məscidini dağıdan, təhqir edən erməni məmur? Hər ikisi Azərbaycan tarixinə düşmənçilik etmirmi? Əslində hələ ötən il Şəkidə Xan sarayının həyətində qolu qırılan çinar bizə öz yarpaq, budaq dilində nələrisə başa salmağa çalışmışdı.. Təəssüf ki, biz o zaman elə həmin sarayın YUNESKO-nun kitabına düşməsinə sevincək əl çaldığımızdan alqış sədalarından rüşvətin kəsib saldığı o şax budağın şaqqıltısını, nə dediyini eşitməmişdik. Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin başı mədəni irsimizin cibinə girməyə qarışdığından dövlətin uğurlu işləri, tarix nailyyətlərini təbliğ etmək, cəmiyyətə dürüst və zəngin çatdırmaq kimi mühüm missiya unudulmuşdu. Ona görə də qaragüruh başılar adımı sənə qoyub səni də yana-yana!Prinsipilə Azərbaycan hakimiyyətinin, dövlətin üstünə hücum çəkirdilər.

Məncə elə burada biz Xudafərin və Qız Qalası hidroqovşaqlarına keçək. Çünki bu iki ad son həftələrin ən çox çəkilənlərindəndir. Elə buna görə də biz bu layihənin çikini də, bikini də bilən Əli Məmmədovu may ayının 13-də studiyamıza dəvət etmişdik...

Bu hələ cəmi bir müsahibədir. İqtidara, dövlətə opponent görüntüsü yaradan, əslində isə namərdliklə məşğul olan tərəfin təbliğat-diversiya maşınını sındırıb sıradan çıxarmağı bacardı. Bütün yalan, şər, uydurmaların ayıbını tam açdı.

Detallara varaq. Onlar iddia edirdilər ki, 2016-cı ildə imzalanmış sənəd əsasında hansısa körpülər tikilib, bu körpülər vasitəsilə hətta Dağlıq Qarabağa silah-sursat daşınıb. Ordakı separatçı rejimə, ordan da Ermənistanın özünə yardım edilib və s. İftiraçı kompaniya, qara güruhun təbliğat diversantları Azərbaycan hökumətini ittiham edirdi:

Guya İran İslam Respublikası və Azərbaycan Respublikası arasında 2016-cı ilin fevralında imzalanmış saziş milli maraqlara cavab vermədiyindən xalqdan gizlədilib.

AmmaREAL Təhlil və İnformasiya Mərkəzibütün bunların cinayətkarcasına cəfəngiyyat və dövlətə çamur atmaq cəhdi olduğunu üzə çıxardı.

İnternet var, google var, youtube var... Hadisəni,---müqavilə imzalanan zaman bütün ciddi informasiya strukturlarının geniş işıqlandırdığını sübut edən 100-lərlə material var... sənəd Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir. Ölkənin ərazi bütövlüyünün təmin olunmasıistiqamətində atılmış mühüm addımlardan biridir. Müqaviləni Tehran və Bakı imzalayıb. Söhbət mövzusu işğal altında olan ərazilərdə Azərbaycanın hüquqlarının tam tanınması və burada görülən işlərə icazə verən tərəfin yalnız Azərbaycan olmasının təsdiqini tapmasıdır və burada, qaragüruh qulbeçələrinin guya vacib məsələ olaraq qaldırdığı körpülərdən qətiyyən söhbət getmir. Necə deyərlər,Qarabağ Azərbaycandır. Nida işarəsi. Hakimiyyət bununla da ona verilən suallara öz tükədici cavabını verdi. Aydın oldu ki, təkrar edirəm: ümumiyyətə körpülərin bu sazişə dəxli yoxdur.

Bəs körpü nə məsələdir və onları harada axtarmaq lazımdır? Yerini və yolunu göstərirəm!

Dövlətə opponentlik edənlərin qaralı, ağlı güruhun bütün zümrələrinə! İnşa edilmiş həmin o körpülər məhz 1992-ci ildə, may ayının 18-də AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsindən dərhal sonra, Nazirlər Kabinetinin qaçaqaçda verdiyi sərəncama əsasən tikilib. Heç bir beynəlxalq saziş, müqavilə imzalamadan, sadəcə bir sərəncamla. Özünə milli hökumət deyən rejimin iradəsi ilə. Öz Nazirlər Kabinetinin verdiyi razılıq əsasında. Sadəcə Azərtikinti ilə bağlanmışmüqavilə ilə. Heç bir beynəlxalq saziş olmadan. İki körpü inşa edilib. Birinci körpü barədə danışdıq. İkinci körpü isə 1993-cü ildə inşa edilib. Ermənilərin işğal faktından sonra işləri İran İslam Respublikası davam etdirib və başa çatdırıb. Məhz Nazirlər Kabinetinin verdiyi sərəncam əsasında. İndi siz cavab verin anti milli hakimiyyət! 1992-ci ildə icazə vermisiniz. Beynəlxalq saziş olmadan.

Niyə?Yalnız Nazirlər Kabinetinin qərarı əsasında. Siz 2016-cı ilin fevralında imzalanan, bütün beynəlxalq normalara, ilk növbədə isə Azərbaycanın milli maraqlarına cavab verən tarixi sazişi sual altına qoyurdunuz. Amma baxın, məhz 2016-cı ildə imzalanmış beynəlxalq sənəd təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətin samballı göstəricisi deyil e. O həm də sizin üz qaranızı təmizləyib. Sizin qeyri-peşəkarlığınız, hakimiyyətə ulaq yəhəri kimi baxmağınız sayəsində həmin ərazilərdə hansısa anti Azərbaycan işlər görülübsə, bu, məhz sizin Nazirlər Kabinetinizin sərəncamının, sizin səhlənkar idarə üsulunuzun nəticəsidir. Təsəvvür edin. Əgər 2016-cı ildə Azərbaycan İranla sazişi imzalmasaydı, hidroqovşaqların inşasına nəzarəti, bütün bir infrastrukturu öz sahibliyinə götürməsəydi, biz bu qədər həcmdə su və enerji ehtiyatları əldə etməzdik. Əksinə dövlət heç nə etməsəydi, elə sizin 1992-i ildə verdiyiniz qərar yenə də öz qüvvəsini saxlayacaqdı. Bakının hərəkətsizliyi, sizin zibilinizi təmizləməməsi milli maraqlarımıza zidd olardı.

İndi Siz cavab verin. Hakimiyyətə küçədən gəlib küçəçilik gətirənlər! Sizin nəyə qadir olduğunuzu mən görmüşəm. Hakimiyyət zamanınızda yaşamış bir vətəndaş kimi. İndi isə istəyirəm ki, tanımayanlarınız, bələd olmayanlarınız da tanısın, görsün. Onu da özünüz edirsiz. Mənsiz də pis bacarmırsız. Bu həftə sosial şəbəkələrdə ulduz olanlardan danışıram. Amma əvvəlcə kiçik bir arayış. Bir az əvvəl biz Azərbaycanın planetar proseslərə videokonfranslar vasitəsilə qatıldığından danışdıq. Prezidentin CISCO rəsmiləri ilə görüşünü, onunASAN QLOBAL VEB FORUMtəşəbbüsünü şərh etdik.

Buna qədər də QoşulmamaHərəkatı, başqa əhəmiyyətli tədbirlərin şahidi olmuşuq. Yəni belə onlayn tədbirlər, video-konfransların Əliyev ölçüsü tək anlayışımız var. Bir premyer liqalıq, bir ali kateqoriyalıq var burada. İndi isə sosial şəbəkələrdə internet primitivizmini ən parlaqcasına sönük mənzərəsi. adam bilmir zoom desin, zoomu desin...

İlham Əliyev BMT-dən sonra ikinci ən böyük qurumun- Qoşulmama Hərəkatının lideridir, bu həpəndlər isə hələ internetə, zoom-a qoşula bilmirlər. Bir az baxıb əylənək. Kiçik bir izahat verim. İbrahim İbrahimli zoom-a qoşula bilmir və ona şparqalka verən kim, bir az yuxarı, bir az aşağı. Yox. Düz olmadı. İndi təzədən. Oy incitdi. Bir də. Lap rəssamın qonaq getdiyi evdə başına gələn hadisə barədə lətifəyə bənzəyir.

Mən özümü neçə vaxtdır buna görə öldürürəm də ay mənim hörmətli tamaşaçılarım. ASAN xidmət. DOST, Elektron hökumət, ən adi, ən sadə vətəndaşlarımızın rahat istifadə etdiyi elektron imtiyaz və imkanlar. Bu adamlarınsa bildiyi"istefa!” "azadlıq!”kimi təkhüceyrəli nidalardır, xitablardır. Mexaniki şüurun ümidinə qalmış bu personajlar Alov qüllələrin işıqlarını yandırıb-söndürmək cədvəlini, işıqlandırma sxemini sadəcə görsələr beyinlərində qısa qapanma baş verər. Nəsə bir az dincəldik, indi zoom və ya zoom konfransın ciddi hissəsinə keçək.

Söhbət Kərimlinin Osmanqızı kanalına hazırlanmasından gedir. Diqqət. Bu dəfə məsələ daha ciddidir. Ədliyyə generalı Vidadi Mirkamal öz rəhbərinə görüş qabağı mühüm tövsiyələrini verir. Baxın və sevinin. Niyə sevinin? Səbəbini az sonra deyəcəm.

"Mən sizə xəbərdar edim ki, camaatın... bir millət ki, eşqi yaya baxacaq!”

Dedim ki, baxın və sevinin. İndi isə sevinməyimizin niyəsini izah edim.

Bu adamlar Məhsul stadionunda-filanda hansısa geyimdə özlərini gizlədə bilirlər. Burada isə tam çılpaqdırlar. Gültəkin kimi birisi isə hətta hansısa seriyala baxan millətə "Getsinlər!” nə bilim nə deyərək həqarət edir. Bax ona sevinmək lazımdır ki, belə şarlatanlar özlərini əla təqdim edirlər. Baxın. Tanış olun. Gənclər yeniyetmələr. Ən təhlükəlisi budur ki, yumşaq formada həpənd dediyim bu insanlar iqtidara gəlmək, tutaq ki, mənim yaşadığım ölkədə Prezident, Məclis sədri, Baş nazir filan olmaq istəyirlər. Bir-birinə klaviatura ilə işlənməyi öyrədə bilməyənlər, etiraf etdikləri kimi bir J-də işləyə bilməyənlər 4-cü Sənaye Transformasiya qaydaları ilə yaşamaq təşviq edən iqtidara necə idarə etmək olar vəzzariyyatı oxuyurlar! Hesablamağı öyrənin, bəylər-bəyciklər, gəlinlər-gəlinciklər.

Xitabım sizədir: Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla söhbətdən sonra yenidən Sizə qayıdacam. Bir az fikirləşməyə vaxtınız var. Çalışın Vüqar müəllimin nə dediyini başa düşəsiz.

Bəs biz özümüz necə hesablaya bilirik? Məsələn, hamıdan böyük-böyük məsuliyyət tələb edirik, hamının babamıza borcu var. Amma bir hesablayaq görək karantin rejimi yumşaldılandan sonra korona viruslu xəstələrin sayı nə qədər artır. Axı bu lənətə gəlmiş maska və haram olmuş spirt nə problemdi ki, birincini qulaq ardına vururuq, amma ipini yox, özünü, ikincini də sadəcə vururuq. Amma adətən əlimizə yox.

Nə qədər ki. hər birimizə görə dövlət şəxsən məsuliyyət daşıyırdı, körpə kimi əlimizdən tutub aparırdı... xəstələr belə çox deyildi. Elə ki, yumşaldılar. Biz də bərkidik e. Xəstələrin sayı sağalanlardan hər gün dəfələrlə artır... Məsuliyətsizlik var. sosial məsafə saxlamamaq var. Bundesliqada qol vuran futbolçu öz hisslərini boğub yerində.

Oturub sadəcə əl çalmağa özünü vadar edə bilir. Amma biz öz səhlənkarlığımızn girovluğundan azad ola bilmirik ki, bilmirik. Baxmayaraq ki, həyətdə, həyatda ikiqat karantindir. Dünyada həm Ramazan ayıdır, həm də koronavirus. İkisi də planeti pəhrizə çağırır... Azərbaycanın təşəbbüsü ilə bütün konfessiyaların rəhbərləri ölkəmizdə bir gün oruc tutdular. Quranın tilavəti ilə oruc açdılar. Dünyada görünməmiş bir iş.

Dua öz yerində. Amma biz gələcəyə planla gedirik. Dua yalnız arzudur. Vəssəlam.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə söhbətdə vətəndaşın arzusu ilə dövlətin planı arasında gəzişmişik. Tez-tez deyirik. Dünya dəyişəcək, başqa cür olacaq. amma necə olacaq? Bax Vüsal Qasımlıilə bu barədə danışacağıq. Geniş və çox zəruri məsələlərdən bəhs edilir. Müsahibədən sonra bura qayıdırıq. Sizə əla bir sürprizim olacaq. Mütləq gözləyin.

Dünyanın gələcəyindən də danışdıq. Elə bu gələcəyin tərkib hissəsi olan Azərbaycanın da gələcəyindən. İndi isə yenidən keçmişə qayıdaq. Qaragüruhun zoom müşavirəsini unutmamısınız ki. Heç unutmayın da. Yaxşısı budur Krılovun məşhur təmsilinə qulaq asın və gözünüzün qabağında mütləq bu təsvir olsun.

"Sazəndələr.”

Dəcəl Meymun, çolaq Ayı, çəp Keçi , Bir ulağa yoldaş oldu hər üçü.

Dörd səslicə bir musiqi nəğməsi, Çalmağa həmahəng oldu cümləsi.

İki kamança, iki tar tapdılar, Bir çəmənin üstə məclis yapdılar.

Oturdular, tərəb bəzmi qurdular, Mizrabı tara nə qədər vurdular...

Sürtdü kamançaya Ayı əllərin, Az qaldı ki, lap qopara tellərin.

Heyfa ki, çıxmadı tarın sədası, Ucalmadı kamançanın nəvası.

Meymun dedi Bir dayanın, qardaşlar,

Bu növ ilə oturmazlar, yoldaşlar!

Kaman çalanlar üz-üzə otursun, Qoy tarçılar qalxıb ayağa dursun.

Gəlin indi nəğməni başdan çalaq, Dağa-daşa, səhraya səs-küy salaq.

Başladılar nəğmələri çaldılar, Yenə səs çıxmadı heyran qaldılar.

Eşşək bağırdı: Qardaşım!Toxta, dur, Mən duymuşam illətini bax budur:

Bizim böylə oturmamız qələtdir, Cərgə ilə duraq, о məsləhətdir.

Tabe oldu tamamisi ulağa, Amma yenə səs getmədi uzağa,

İşdə yenə münaqişə başlandı, Oturmaq üstə sözləri uzandı.

Bu əsnada keçdi ordan bir Bülbül, Yalvardılar: - Sən et bizə təəmmül.

Biz bir neçə kamança, tar tapmışıq, Burada bir işrət məclisi yapmışıq.

Xahişimiz budur, bir azca zəhmət Çəkib, bizə oturmağı gəl öyrət...

Bülbül dedi: - Bunlar ilə kar aşmaz, Bu baş-qulaq kamançaya yaraşmaz.

Musiqi - bir zövq istəyir bu sənət, Bir də gərək elmlə qabiliyyət.

Sizdə ki yoxdur bunlardan bir əsər, boş yerə zəhmət çəkməyin, müxtəsər. Belə bülbül olaq, gül olaq amma bunların vəd etdiyi qəfəsdə olmayaq.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK