ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: İNSAN

21268    |   2020-05-16 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Allah-Təala Yer üzünü yaradanda nə varsa hamısını insana görə yaradıb. Uca-uca dağları, böyük-böyük okeanları, bir-birindən gözəl dənizləri, çayları, meşələri, ormanları, ağacları, gülləri, çiçəkləri... insanlara bəxş eləyib. Və hər şey ona görə yaranıb ki, insanlar bu yaradılandan istifadə eləsin və Allahın verdiyinə şükranlıq duası oxusun...

... Və biz insanlar Allahın verdiyi bu gözəlliklərin, bu bir-birinə bənzəməyən zərifliklərin qədrini o qədər də yaxşı bilməmişik. Əgər bilsəydik, Yer üzünün və Göy üzünün başına olmazın oyunları gətirməzdik. Biz Yer üzünün və Göy üzünün başına o qədər oyun açdıq ki, axırda yer üzü də, göy üzü də bizdən üz döndərdi. Göydən yağan yağış da, qar da, hətta üfüqdən boylanan günəş də 40-50 il bundan qabaqkı kimi dupduru, şəffaf deyil, insanı sevindirmir.

Buna da min şükür! Ona görə şükür deyirəm ki, insan hər şeyi itirəndən sonra onun qədrini bilməyə başlayır. Biz də Allah-Təalanın verdiyi o gözəl varlıqların çoxunu itirmişik. Axı dedim, yenə min şükür!

Dünyada hər şey təkrarsızdı. Yəni bir şeyin oxşarı olsa da, amma o, heç də əvvəlki demək deyil. Yaradan bütün olanları və olacaqları elə nizamlayıb ki, ona əl vursan hər şey pozula bilər. Bizsə nəinki Allahın yaratdığına əl vurmuşuq, hətta onu vurub dağıtmışıq ey!..

Koronavirus bəlası bir daha insanlara ayılmağı, özünü dərk etməyi, Allahı tanımağı və sevməyi xatırlatdı. İndi evdən çölə çıxa bilməyən, yaşı 65-dən yuxarı olan insanlar daha yaxşı bilir ki, Yer üzü nə qədər gözəlmiş... Yer üzü nə qədər rəngarəng imiş... Və Yer üzü Allahın insanlara bəxş etdiyi ən böyük var-dövlət imiş...

Bu yaxınlarda "Şərq” qəzetində bir neçə yaşlı ziyalının karantin rejimi ilə bağlı müsahibəsini oxudum. Xalq şairi Nəriman Həsənzadə də, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli də və digər tanınmışlar da evdə olduqları günlərdə darıxdıqlarını bildirirlər. Mənim müəllimim, gözəl insan və gözəl ziyalı Cahangir Məmmədli müsahibəsində bildirir ki, məni insanlar üçün, Aqil Abbas üçün çox darıxmışam...

İnsan! Yer üzünün əşrəfi və Allah-Təalanın ən böyük möcüzəsi! İnsan nəfəsi, insan ayağı, insan səsi gəlməyən həyat sönür və ölür. İnsan addımı atılmayan yerdə həyat inkişafdan qalır. O ağaclar, o güllər, o ormanlar insan nəfəsi görmədiyinə görə, insan nəfəsi hiss etmədiyi üçün zəriflikdən, incəlikdən çıxır və kobudlaşır. Mən bunu bir dəfə kəndimiz - Böyük Bəhmənli erməni işğalından azad ediləndən sonra görmüşəm. 1993-cü ilin avqustun 23-də Füzuli işğal olunanda bizim kənd də ermənilərin əlinə keçmişdi. Cəmi 5 aydan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Milli Ordu Füzulinin 22 kəndini və Horadiz şəhərini azad eləmişdi. 1994-cü ilin yanvarın 10-da mən kəndimizə ilk dəfə gedən adamlardan idim. Həyətimizə girdim, sanki meşəliklə rastlaşdım. İnsan nəfəsi dəymədiyinə görə, həyətdə gəndalaş, sirkan və o qədər digər otlar elə hündür idi ki, evə çox çətinliklə daxil oldum. Yəni sözümün canı odur ki, insan nəfəsi və ayağı dəyməyən yerdə ağac da, gül də, çiçək də, torpaq da öz görkəmini itirir, kobudlaşır və vəhşiləşir.

Heç biz bu yazın gözəlliyini, ətrini, rəngini hiss eləmədik... heç biz bu yaz qızılgülün ətrini ala bilmədik... heç biz bu yaz gedib kəndimizdə-kəsəyimizdə güllərin, çiçəklərin, otların arasında gəzmədik... Sanki bu yaz başqa bir yazdı. Böyük Ramiz Rövşənin "Çiçəklər doğulur bu yaz gecəsi” şeirindən bir parçanı xatırlayıram:

Çiçəklər doğulur bu yaz gecəsi,
bu yaz gecəsində sevməyə nə var?!

Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından, -
bu yaz gecesində ölməyə nə var?!.

... Hanı o gözəl yaz? Hanı o təbiətin min bir xalısı? O gözəl yaz da var, o güllər də var, o çiçəklər də. Sadəcə olaraq, bu yaz o yaz deyil. Bu yazın güllərinin ətri insanları bihuş eləmir... Bu yazın təmiz havası insanların ciyərlərinə hopmur... Bu yazın qədəm qoyması insanların ürəyini də sevindirmir... Çünki insanlar öz canlarının hayındadı. Yəqin ki, böyük günahlar eləmişik və böyük günahlara görə də bu cəzanın altını çəkirik.

... İnsan da insan olmalıdır ey! Yer üzünə, Göy üzünə əl aparmalı deyil...Yer üzünün, Göy üzünün altını üstünə çevirməkdən qorxmalıdır. Amma insanlar bəzən Firon kimi Allahlıq iddiasına düşür. Allahlıq iddiasına düşəndə də bax beləcə, bir bəla gəlir, insanları silkələyir, onları haqqın yoluna qayıtmağa səsləyir. Biz isə çox çətin ki, haqqın yoluna qayıdaq. Çünki haqqın yoluna qayıdan adam bu bəlanın dünyanı ağzına aldığı günlərdə yetimə- yesirə, kasıb-kusuba göndərilən payı basıb yeməz. Basıb yeyirsə, deməli, insan deyil. Və ayılmırsa, özünə gəlmirsə, pisliyindən əl çəkmirsə, bu lap pis!

... İnsan! Axı Allah-Təala sənə digər canlılardan fərqli olaraq şüur da verib. Bəs sən niyə belə eləyirsən? Başqasına zülm eləmək, başqasının haqqına girmək ay insan oğlu insan, bağışlanılmaz günahlardandır. Heç olmasa, indi özünüzə gəlin! Yetimin haqqını, kimsəsizin malını, kasıbın balasının ağzındakı tikəni çıxarıb yeməkdən qorxun! Nə vaxta qədər ki, bunu eləyəcəksiniz, yer ayağınızın altından qaçacaq, o güllər də, çiçəklər də, ağaclar da əvvəlki təki ətir saçmayacaq və siz də yekə-yekə özündənrazı halda gəzib bu gözəllikləri görməyəcəksiniz.

...İnsanlığı itirmək yox, onu qorumaq lazımdır. İnsanlığı qorumaq isə hər bir adamın çiyninə düşən böyük yükdür. Bax, o yükü hər bir insan daşımağa borcludur. Ən azından ona görə ki, hamının bu vətənə, bu dövlətə, bu millətə bir can borcu var!..



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK