ANA SƏHİFƏ / İDMAN

Klublar çempionatın bərpasını istəyir - AFFA iclas keçirdi

7801    |   2020-05-14 20:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Adalet.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA, PFL və Premyer Liqa klubları rəsmilərinin iştirak etdiyi iclasda əvvəlcə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək toplantının keçirilmə qaydaları və müzakirə olunacaq məsələlər barədə danışıb. E.Məmmədov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar stadionların və digər idman qurğularının dezinfeksiya olunması, çempionat bərpa olunacağı təqdirdə oyunlarda əvəzetmə sayının müəyyənləşdirilməsi, futbolçuların müqavilə müddəti və icarə əsasında çıxış edən oyunçularla bağlı suallara aydınlıq gətirilməsi, kubok oyunlarının təqvimi və uşaq liqalarında oyunların keçirilib-keçirilməyəcəyi əsas müzakirə mövzusu olan məsələlərdir.

Sonra Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov klubların məşqə başlayacağı təqdirdə ölkə çempionatının hansı tarixlərdə bərpa olunacağı ilə bağlı mümkün variantlar barədə məlumat verib. Cari mövsümün hələ ki başa çatmaması və yekun turnir cədvəlinin olmaması nəzərə alınaraq, klub nümayəndələri klubların adının əlifba sırasına uyğun qaydada çıxış edib.

Müvafiq olaraq, "Keşlə”, "Qarabağ”, "Qəbələ”, "Neftçi”, "Sabah”, "Səbail”, "Sumqayıt” və "Zirə” klubunun rəsmiləri müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, onları maraqlandıran sualları səsləndiriblər. Bütün klubların nümayəndələri stadion və bazalarda müvafiq dezinfeksiya işlərinin aparıldığını bildirib.

Çempionat oyunlarında 3 fasilə olmaq şərtilə 5 əvəzləmənin həyata keçirilməsi təklifi bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb. Kubok oyunlarının təqviminin dəqiqləşdirilməsi üçün Premyer Liqanın mümkün bərpa tarixinin gözlənilməsi barədə razılıq əldə olunub.

Birinci divizion və uşaq liqalarında oyunların keçirilməsi məsələsinə aydınlıq gətirilməsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən tənzimlənəcək.

Premyer Liqa klublarının məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bildirib ki, artıq proses başlayıb və davam edir.

İcraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir Premyer Klubuna AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK