ANA SƏHİFƏ / İDMAN

Üç dünya çempionatının ev sahibi məlum oldu

8257    |   2020-05-13 22:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ümumdünya Taekvondosu (World Taekwondo) beynəlxalq yarışlarla bağlı vacib qərarlar qəbul edib.

Oxu.Azqurumun saytına istinadən xəbər verir ki, İdarə Heyətinin yığıncağı federasiyanın prezidenti Çue Çunq-vonun rəhbərliyi ilə videokonfrans üsulu ilə həyata keçirilib.

Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edib.

Koronavirus pandemiyası səbəbindən əhəmiyyətli beynəlxalq tədbirlərlə əlaqədar ləğv və təxirə salınma qərarları qəbul edilərkən bəzi yarışlara ev sahibliyi edəcəkölkələr də müəyyən olunub. Belə ki, yeniyetmələr arasında dünya çempionatı 2021-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2022-ci ildə gənclər arasında dünya birinciliyi və gənclərin Olimpiya Oyunlarına təsnifat turniri Seneqalın paytaxtı Dakarda keçiriləcək.

Poomsae üzrə dünya çempionatı 2022-ci ildə Cənubi Koreyanın Qoyanq şəhərində təşkil olunacaq. 2022-ci ilin Qran Pri turnirləri isə İngiltərə (Mançester) və Sinqapurda baş tutacaq.

Qeyd edək ki, federasiyanın tədbirlər planındapandemiya ilə əlaqədar hər hansı dəyişiklik baş verməsə, Assambleyanın növbəti yığıncağının oktyabrda Sofiya şəhərində keçirilməsi nəzərdə tutulur.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK