ANA SƏHİFƏ / İDMAN

Araz Abdullayev “Qarabağ” karyerası ilə bağlı susqunluğunu pozdu

7392    |   2020-05-12 21:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ”ın futbolçusu Araz Abdullayevin gələcək karyerasına aydınlıq gəlmək üzrədir.

Oxu.Az-ın xəbərinə görə, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan idman mətbuatında yazıldığı kimi, müqavilə ilə məxsus olduğu Yunanıstanın "Panionios” klubuna qayıtmayacaq.

Buna səbəb onun 2018-ci ilin iyulun 7-də Afina klubu ilə bağladığı iki illik müqavilənin müddətinin başa çatmasıdır.

Araz Abdullayevin "Qarabağ”da qalmayacağı da dəqiqdir. Onun Ağdam klubu ilə 2018-ci ilin avqustun 31-də bağladığı icarə müqaviləsinin müddəti başa çatır. Son oyunlarda ehtiyatda gününü keçirən Araz artıq özünə yeni klub axtarışına başlayıb.

İdmançının özü isə saytımıza açıqlamasında karyerası ilə bağlı heç nəyin bilinmədiyini qeyd edib:

"Qarabağ” mənə yeni müqavilə təklif etməyib. Hələ heç nə bilinmir. Düzdür, Yunanıstan klubu ilə də müqaviləm başa çatır. Amma karyeramı xaricdə davam etdirməyimlə bağlı yazılanlar doğru deyil. Hazırda gözləmə mövqeyindəyəm. Görək, bu işlərin sonu necə olur”.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK