ANA SƏHİFƏ / YAZARLAR

Kar və kor məmurlar - Nicat NOVRUZOĞLU yazır

43749    |   2020-05-16 09:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar məmurlar efirlərimizi bəziyib. Yaman dəbdədilər. Üzlərini tanımırdıq. Kabinetlərinə girə bilmirdik. Sağ olsun qaramaskalılar. Kabinetlərini çəkib bizə göstərdilər. Biz də bildik ki, bu hansı məmurdu. Və məmur kabineti necə olar.

Maskası qara olanlar məmurları göstərdikcə yığıb aparırdı. Niyə məhz qaramaskalılar? Bəyəm başqa rəng maska taxmaq olmaz? Olar. Amma hər rəngin bir o tərəfi var. Qaradan o tərəfə isə rəng yoxdu.

Bəs onlar bu məmurları hara aparır? Orasını bilməm. Çünki məmur olmamışam. Bir ara oldum o da elə belə məmurluq idi. Biz tərəfdə elə məmura fıstırınqa məmur deyirlər. Nə almağa imkan var idi, nə də ki, yığmağa. Elə ona görə də qaramaskalı məni tanımır. O səbəbdən onların getdiyi istiqaməti də bilmirəm. Bir onu bilirəm ki, o yerdə deyilənlərə görə məmurların yedikləri burunlarından və ciblərindən piltim-piltim tökülür.

Əməliyyat ilk öncə əlifba sırası ilə başladı. Ağstafa getdi. Ona Yevlağın keçmiş icra başçısı da qoşuldu. Mesaj verildi. Üzlərə su çiləndi. Kimisi ayıldı, kimisi yox.

Əlifbanın sırası pozuldu, N B-nı qabaqladı. Ayılmayan Neftçala getdi. Biləsuvar ondan sonraya düşdü. Sonra da ki, İmişli. Hələlik ən sonda Mədəniyyət Nazirliyinin əməkdaşları dayanıb. Hələ davamı olacaq. Çünki ayılmayanlar var.

Ayılmayanlar ayılmaq astanasında olsalar da özləri özlərini ayılmaqdan saxlayırlar. Onlara ayılmaq sərf eləmir. Ayılsalar qaramaskalıların xofu onları basacaq, gözləri qorxacaq. Onların da əlləri almaqdan soyuyacaq. Bu onlara lazımdı? Kulturnu "jizn”lərin yaşayırlar da. 40 il kasıb kimi yaşamaqdansa bir gün oliqarx kimi yaşamaq lazımdır. Babəkin azadlığının məmur variyantı belədir.

Mən məmur hərəkətlərini və hərəkətsizliklərini gördükcə həmişə fikirləşmişəm ki, görəsən bunlardan vəzifəyə gedərkən sağlam olduqlarını təsdiq edən kağız tələb olunur. Amma olunsa nə fayda. Nə var ki, sğlamam arayışını almağa. Məncə hər şeyin kökündə bax o arayış durur. Bunları sağlam göstərən arayış. Axı insan sağlam ola-ola bir belə cinayəti necə işlədə bilər? İnsan sağlam ola-ola özünə bir belə qarğışı, söyüşü necə yağdıra bilər? İnsan sağlam ola-ola necə kiminsə halal əmək haqqısını əlindən alıb yeyə bilər? İnsan sağlam ola-ola ona etimad göstərmiş bir şəxsə necə xəyanət edə bilər? Bir belə çıxışlar, bir belə proqramlar, bir belə islahatlar doğurdanmı çatmır bunlara? Demək ki, bunlar kar və kordurlar. Tamahları gözlərini tutub, qulaqlarını batırıb. Demək ki, bunların mənəviyyatında bir qüsur var.

Mənəviyyatı qüsurlanmışlar çoxdu məmləkətimizdə. Əhali sayına görə dünya dövlətləri ilə müqayisədə əməlli başlı çoxdurlar. Çoxluqdakı bilirsiz də nə deməkdi. Məhz belə çoxluq həqiqətən də elə...

Çox tərbiyəsiz yazmayım. Tərbiyəsizi tərbiyəsizliklə tərbiyələndirmək mümkün deyil. Bu da mənim qüsurum sayılmasın.

Bütün bu qüsurların altını biz çəkirik. Qara millət. Niyə məhz millət? Çünki çəkən çəkdirəndən qat-qat çoxdur. Ona görə çəkən millət adlanır.

Qara millətdə də az yoxdu. O sağlamlıq kağızı olmayan məmurların başına bir fırfıra kimi fırlanır ki, gəl görəsən. Stolun başında otuzdururlar. Sağlığına da sağlıq deyirlər xəstəliyinə də sağlıq deyirlər. Səhv də danışsa təsdiqləyirlər düz də danışsa. Hesabını da bağlayırlar. Pay pürüşünü də qoyurlar. Sonra doymayıb döşlərini irəli verərək orda burda - dünən filan məmurla bir yerdə çörək yeyirdik - deyib lovğalanırlarda. Bəlkə də elə buna görə də məmurlar sizin haqqınıza girir. Kartınıza çökür. Başınıza torba hörür.

Ax, mənim qara millətim,ax.

Qaradan yenə söz düşdü. Bir əvvəldə bir də ində. Əvvəlimizdə də qara var indimizdə də. Qara bizim rəngimizdi. Yoxun da üzü qaradı. Biz yoxla eyni rəngdəyik. Bu yoxun təbii üzüdü. Maskasız. Nə qədər üzünü cırmaqlasan da altdan elə qara çıxacaq. Biz isə qaralıqdan çıxa bilərik. Yox isə həmişə qara olacaq.

Axırı gəldi çıxdı yoxa. Çıxmaq yaxşıdı. Yüksəlirsən. Yoxa çıxmaq pisdi. Yoxa çıxmaq elə sondu. Sondakı isə Nicat Novruzoğludu.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-08-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK