ANA SƏHİFƏ / SİYASƏT

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirildi

10116    |   2020-05-12 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirildi.

İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli müzakirəyə təqdim edilən məsələ barədə məlumat verdi. Vurğulandı ki, "Hərbi qulluqçuların statusu haqqında”, "Dini etiqad azadlığı haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Veteranlar haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Torpaq islahatı haqqında”, "Sosial sığorta haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında” və "Xidməti və mülki silah haqqında” qanunlara - bütövlükdə 14 sənədə təklif edilən dəyişiklik 2018-ci il 31 may tarixli "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrası ilə əlaqədardır. Təklif olunan dəyişikliklər ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə əsaslanır. Yuxarıda adı çəkilən qanuna uyğun olaraq sözügedən sənədlərdə mövcud olan bir sıra terminlər dəqiqləşdirilmişdir.

İclasda çıxış edən komitə üzvləri Sahıb Alıyev, Cavanşir Paşazadə, Anar İsgəndərov, Sevinc Fətəliyeva, Malik Həsənov, Azər Badamov, Ceyhun Məmmədov, İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təklif edilən dəyişikliklərin ölkəmizdə əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəldiyini diqqətə çatdırdılar.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Nicat Novruzoğlu


İmza:

Türkiyə ilə Azərbaycan arasında bir neçə sənəd Milli Məclisin plenar iclasında tövsiyə olunub

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO

Eldəniz Quliyev: "Amerika Cəmil Həsənlini fırladır"

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK