ANA SƏHİFƏ / YAZARLAR

Əbədi kitab orucumuz... - Fazil Mustafa yazır

4853    |   2020-05-16 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən ticarət sektorunda olan dostlardan biri ilə söhbət edirdim. Bu adamların həm də Rusiya bazarı ilə əlaqələri var, oradan da mal alıb böyük market şəbəkəsində satırlar. Soruşdum ki, koronavirus təcridetmələri başlayan vaxtdan Rusiyada və bizdə supermarketlərdə ən çox hansı malların satışı önə çıxıb? Bildirdi ki, Moskvadakı dostlarımız söyləyir ki, onların obyektində ən çox satılan mallar araq, siqaret və oyun kartıdır. Bakıda isə, konkret supermarketiə ən çox satılan loto və dominodur. Marağımı çəkdi, demək ki, insanlar koronavirus təcridetmələrində vaxtlarını öldürmək üçün qapandıqları yerlədə daha çox bu iki oyuna üstünlük verirlər. Bəs Moskvada olduğu kimi, bizdə arağa və siqaretə niyə təlabat azalıb? Xatırladım ki, ilkin təbliğat aparılan zamanlarda xüsusi olaraq həkimlər tərəfindən vurğulanırdı ki, siqaretlə spirtli içki immuniteti aşağı saldığına görə bu ərəfədə istifadə etmək məqsədəuyğun deyil və hətta ciddi təhlükə yarada bilər. Bu da nəticəsi. Millət loto və domino üzərindən sağlamlığını qorumağa qərar vermiş. Tam rasional düşünən insanlarıq. Ruslarda sərt təbiət faktoru olduğuna görə onların dirənişi araq və siqaretlədir, bunu anlamaq elə də çətin deyil. Onlar görünür təsəvvürlərində koronavirusa qarşı mübarizəyə də 2-ci dünya müharibəsində almanların hücumunu dəf etmək psixologiyasının davamı olaraq, indi də amerikanların və ya başqa düşmənin hücumu kimi yanaşırlar və ənənəvi olaraq araqla ona da qalib gələcəklərini zənn edirlər. Xeyli sevindim ki, bizdə heç olmazsa koronavirus qorxusundan araqdan və siqaretdən az da olsa uzaqlaşma konkret alıcılıq statistikasında özünü göstərir.

İş elə gətirdi ki, dünən mədəniyyətimizin ən bariz göstəricisi olan zirzəmiyə yerləşmiş Bukinist mağazasına axşama yaxın baş çəkməli oldum və əllidən artıq köhnə rus nəşrlərini endirilmiş qiymətə aldım. Satıcı dostumuzdan soruşdum ki, bu saata qədər alveriniz olubmu? Söylədi ki, siftəmizi siz verdiniz. Loto və dominonun kitabdan çox alındığı məmləkətdə gələcəyin nikbin planlarını qurmağa qətiyyən tələsməyək. Çünki koronavirusun başını götürüb getdiyi məkanda loto və daminonun ardınca ən çox satılan yenə də siqaret və araq olacaqdır. Allah bütün insanlarımzın Ramazan orucunu qəbul etsin, əbədi kitab oxuma orucumuza görə isə başımıza loto və domino daşları yağdırsın. Dünya tarixində xoş dua ilə bəd duanın mükəmməl sintezini beləcə qurmuş oldum.

Fazil Mustafa
Millət vəkili


İmza:

YAZARIN ARXİVİ

2013-06-15 : Ərdoğana istefa
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK