ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: O SƏS

6190    |   2020-05-13 09:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən o böyük kişini – Əməkdar jurnalist, el ağsaqqalı, oturuşu, duruşu və sanbalıyla seçilən, uzun illər mətbuat aləmində külüng çalan, saç ağardan Həmzə Vəliməmmdovu gözəl yazıları ilə tanımışdım. Ən çox da bizim qəzetdə onun tez-tez bədii-publisist yazılarını, bir-birindən rəngarəng oçerk və zarisovkalarını oxuduqca o imzaya, o böyük kişiyə birə-beş hörmətim artırdı.

Onun imzalarına o qədər vurulmuşdum ki, günlərin bir günündə bu köhnə kişi barəsində bir yazı da qələmə aldım. Çünki onun "Köhnə kişilər” kitabını oxuyandan sonra yazı mənim ürəyimin sarı siminə toxundu, içimi tərpətdi, mən də bir yazı qələmə aldım. Düşündüm ki, Həmzə müəllimi tanımadığım halda onun barəsində yazdığım yazı yəqin ki, bu ağsaqqalın ürəyincə olacaq.

... Elə belə də oldu. Yazı dərc olunandan bir neçə gün sonra mobil telefonuma zəng elədi və təşəkkürünü bildirdi:

- Müəllim, öyrənmişəm ki, sən Füzulinin Bəhmənli kəndindənsən. Mənim orda bir dostum var – "Araz” qəzetinin redaktoru Məcnun Namazəliyev. Bax, Məcnun müəllimdən soruşsan, deyər ki, mən kiməm.

Məcnun müəllim də Həmzə Vəliməmmədovun xətrini çox istəyirdi. Onun barəsində o qədər ağızdolusu danışdı ki, mən bir daha o köhnə kişinin görünməyən tərəflərini də öyrəndim...

Amma Həmzə müəllim haqqında mənə bələdçilik edən, onun həyatını danışan dostum və qonşum, yazıçı-publisist Səməndər Məmmədovdur. Səməndər müəllim deyir ki, mən 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra təyinatla həyat yoldaşımla Lerikin Vistən kəndinə göndərildik. Mənim xanımım da universiteti bitirmişdi. Və hər ikimiz həmin kənddə müəllimlik fəaliyyətinə başladıq. Mənim əmim "Sovet kəndi”nin şöbə müdiri, Əməkdar jurnalist Məmməd Məmmədov dedi ki, heç narahat olub-eləməyin, Lerikdə bir dostum var, tapşıracam əli üstünüzdə olacaq. Bir neçə aydan sonra mən Lerikdə çıxan "Bolluq uğrunda” qəzetinin redaktoru Həmzə Vəliməmmədovla tanış oldum. O rayonda işlədiyim illər ərzində bu kişi mənə və ailəmə atalıq elədi. Ən çətin vəziyyətimizdə, sıxıntılı anlarımızda xəbərimiz olmadan bizə pay-pürüş göndərirdi, kömək edirdi və arxa dururdu. O qədər bir-birimizə isnişdik ki, təyinat müddətini bitirib mən Lerikdən Bakıya qayıdanda Həmzə müəllimlə görüşüb ayrılanda kövrəldik. Dedim ki, Həmzə müəllim, sən mənə və ailəmə ata olmusan, arxa durmusan və ən sıxıntılı anlarımızda "qorxmayın” demisən. Bunları heç vaxt unudan deyilik.

Heç unutmadılar da. Həmzə müəllimlə Səməndər Məmmədovun dostluğu düz 30 ildən çox davam eləyib. Həmişə bayramlarda, ad günlərində zəng vurub təbrik eləyib. Və bəzən də ailəsini götürüb Lerikə Həmzə müəllimi ziyarət eləməyə gedib.

Səməndər müəllim Həmzə müəllimi çox istəyirdi, Həmzə müəllim də onu. Hətta Həmzə Vəliməmmədovun 75 illik yubileyinə "Ay Həmzə qağa” adlı bir şeir də qələmə almışdı. Həmin şeiri bir daha yada salırıq:


Od kimi alışdın, sönmədin heç vaxt,

Doğru-düz yolundan dönmədin heç vaxt.

Öz uca zirvəndən enmədin heç vaxt,

Qələmin itidir, ay Həmzə qağa,

Sözün qiymətlidir, ay Həmzə qağa.

Haqqa sən haqq dedin, haqqı danmadın,

Budaqdan-budağa uçub qonmadın,

Arxan, dayağındı öz təmiz adın,

Yazıb-yaradırsan, ay Həmzə qağa,

Belə yaşayırsan, ay Həmzə qağa.

Satmadın sözünü sərvətə, vara,

Sən ağa ağ dedin, qaraya qara.

Hər kəlmən nur oldu qaranlıqlara,

Çağlayır ilhamın, ay Həmzə qağa,

Təmizdi vicdanın, ay Həmzə qağa.


Elə onun ölüm xəbərini də mənə yazıçı-publisist Səməndər Məmmədov çatdırdı. Sözün düzü, bu xəbəri eşidəndə çox kədərləndim. Qəlbimə, ürəyimə bir nisgil hopdu. Çünki hər dəfə mənimlə danışanda Həmzə müəllim deyirdi ki, Faiq, bu yaxınlarda Bakıya gələcəm, üzbəzü oturub söhbət eləyərik, bir stəkan çay içərik. Səni elə görmək istəyirəm ki. Elə mən də o böyük kişini, o köhnə kişini görmək istəyirdim. Elə bir həftə olmazdı ki, mənə zəng eləməsin. Ölümündən iki-üç gün qabaq yenə zəng eləmişdi. Zəng eləyən kimi onun o müdrik, o ağsaqqal, o ağayana səsini yenidən eşitdim:

- Faiq, nə təhərsən? İşlərin necədir? Sənin bir yazını oxudum, çox xoşuma gəldi. "Eyvanıma bir quş qondu” yazını deyirəm. O quşa yazığım gəldi. İstəyirəm sənə bir kisə buğda göndərim, o quşa səpərsən...



... Ürəyin yumuşaqlığına bir bax ey! Ancaq səmimi və təmiz ürək sahibi olan adamlar bu sözü deyə bilər... ancaq qəlbində və ürəyində mərhəmət olan insanlar bu sözü dilinə gətirər... ancaq çətinlik görən, sıxıntı yaşayan adamlar bu fikri səsləndirə bilər... Mən də dedim ki, ustad, çox sağ ol, evdə dənimiz var! Elə o dəndən də o quşa səpirəm. Soruşdu ki, quş yenə gəlirmi? Dedim gəlir. Yaman sevindi. Özü də ürəyinizi buz kimi saxlayın, nəinki o quşa, mənim eyvanıma qonan hər bir quşa o dəndən səpirəm...

Mən bu qədər həssas, bu qədər sadə, bu qədər səmimi adam az-az görmüşəm. O böyüklükdə kişi, o yaşda adam az qalırdı telefonla danışanda ürəyini çıxarıb sevdiyi adama hədiyyə eləsin... az qalırdı iki daşın arasında gəlib səni ziyarət eləsin... az qalırdı desin ki, nə çətinliyin var, de, yoluna qoyum...

Amma bir dəfə də olsun nə sıxıntımı, nə dərdimi, kədərimi, nə də qəmimi, qüssəmi ona hiss etdirməzdim. Hətta ən ağrılı vaxtlarımda onunla telefonla danışanda çox şən olurdum, o da deyirdi ki, vallah, mən sənin kimi nikbin adam görməmişəm. Hansı ki, qəzetdə oxumuşam ki, sən yeddi dəfə ağır əməliyyat keçirmisən.

... Belə ağayana kişilər və köhnə kişilər indi barmaqla sayıla bilər. Elə nə vardı o köhnə kişilərdə, o ağayana kişilərdə idi. Çünki onlar lap uca zirvəyə qalxsa da, lap yüksək vəzifədə əyləşsə də heç vaxt, heç zaman dəyişməyiblər, olduğu kimi qalıblar və o zirvədən tanıdıqları, sevdikləri və hətta tanımadıqlara adamlara yuxarıdan aşağıya baxmayıblar. Elə ona görə də Əməkdar jurnalist, uzun müddət Lerikdə çıxan "Bolluq uğrunda” qəzetinin redaktoru olmuş Həmzə Vəliməmmədovu tanıyanlar onu çox istəyir. Çünki Həmzə müəllimə kömək üçün üz tutanlar heç vaxt ümidsiz geri dönməyib...

... Səsi indi də qulaqlarımdadı. Və elə bilirəm ki, yenə mənə zəng vuracaq və deyəcək ki, Faiq, filan yazını oxumuşam. O səsin şirinliyi, o səsin doğmalığı, o səsin qeyri-adiliyi mənim əbədi olaraq yaddaşıma həkk edilib. Çünki o səsdə və o zəngdə bir ağsaqqallıq, bir nuranilik və bir böyük ürək vardı....

... Və bu böyük ürək sahibi dünyanın ən varlı adamlarından sayıla bilər. Çünki o, ömrü boyu var-dövlət barəsində deyil, yaxşılıq eləmək, əl tutmaq, kimsəsizə arxa durmaq barəsində düşünüb. Və səhv eləmirəmsə, onun yolunu davam etdirən çox gözəl övladları və nəvələri də var. Və o övladlar və nəvələr həmişə bu köhnə kişi, bu ağayana kişi – Həmzə Vəliməmmədovla fəxr edəcəklər, qürur duyacaqlar. Çünki Həmzə müəllim yaşadığı 80 ildən çox ömrü ləyaqətlə, qürurla sona çatdırıb. Allah sənə rəhmət eləsin, ay köhnə kişi!



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK