ANA SƏHİFƏ / İDMAN

Belarus çempionatında koronavirusa ilk yoluxma təsdiqləndi, komanda karantinə alındı

13139    |   2020-05-11 19:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Futbol üzrə Belarus çempionatında ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Oxu.Azxəbər verir ki, paytaxtın "Minsk” klubunun bir futbolçusunda COVID-19-un əlamətləri aşkarlanıb. Bu barədə "Minsk”in rəhbəri İqor Şloydo deyib:

"Təəssüf ki, oyunçularımızdan birində koronavirus əlaməti üzə çıxdı. Onun vəziyyəti normaldır, lakin simptomları var. Ona görə də, test edildi, nəticəni gözləyirik. Hələ ki, komandanın bütün məşqləri ləğv olunub”.

İqor Şloydo onu da bildirib ki, əsas komanda ilə bağlı hər kəs bu gün müayinədən keçiriləcək. Həmçinin klub iki həftəlik karantində olacaq. Bu isə komandanın iki tur matçının təxirə salınması deməkdir.

Son məlumata əsasən, adı açıqlanmayan futbolçunun koronavirus testi müsbət nəticələnib.

Qeyd edək ki, Belarusda son statistikaya görə, 23 906 insan koronavirusa yoluxub, 135 nəfər dünyasını dəyişib.




İmza:
SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK